Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə44/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   40   41   42   43   44   45   46   47   ...   167
16 Təsviri incəsənət-kurikulum

İnteqrasiya  -  müəyyən  təhsil  sistemi  çərçivəsində  şagirdlərin 
təfəkküründə  dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları 
inkişafa  və  özünüinkişafa  istiqamətləndirmək  məqsədilə  təlimin  bütün  məzmun 
komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir. 
Fəndaxili  inteqrasiya  –  müəyyən  bir  fənnin  aşıladığı  anlayış,  bilik  və 
bacarıqların  əlaqələndirilməsi  –  fənn  daxilindəki  faktların  sistemləşdirilməsidir. 
Belə  səviyyədə  inteqrasiyanı  verilmiş  materialın    ayrı-ayrı  tədris  vahidlərində 
cəmləşdirilməsi  də  hesab  etmək  olar.  Bu  isə  son  nəticədə  fənnin  məzmununun, 
strukturunun  dəyişdirilməsinə  gətirib  çıxarır.  Bu  mənada,  inteqrasiya  olunmuş 
məzmun  informativ  cəhətdən  daha  tutumlu  olur,  şagirdlərin    daha  əhatəli 
kateqoriyalarla düşünmə bacarıqları formalaşdırmalarına kömək edir. Ümumtəhsil 
pillələrindəki fənlərin tədrisində geniş şəkildə istifadə olunan fəndaxili inteqrasiya 
üçün konsentrik prinsipə əsaslanan spiralvari quruluş daha xarakterikdir.   


31 
 
 
Bu cür inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə 
və  yaxud  ümumidən  xüsusiyə  doğru  ola  bilər.  Beləliklə,  məzmun  get-gedə  yeni 
məlumatlarla  zənginləşir,  mövzulararası  bağlılıqlarla  daha  maraqlı  hala  gəlir.  Bu 
formanın  üstün  xüsusiyyəti  ondan  ibarətdir  ki,  şagirdlər  başlanğıc  problemi 
diqqətdən qaçırmadan onunla bağlı olan bilik və bacarıqları daha da  genişləndirir 
və dərinləşdirirlər.  
 
Fəndaxili inteqrasiya həm üfüqi, həm də şaquli ola bilər. 
 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin