Azərbaycanın, eləcə də dünya incəsənətinin görkəmli nümayəndələri
və onların yaradıcılığı ilə şagirdlərin daha ətraflı tanış olmalarını
təmin etmək.
Həyati gerçəkliklərin və sənət əsərlərinin şagirdlər tərəfindən bədii-
emosional qavranılmasını təmin etmək, onların estetik zövqünün inki-
şafına nail olmaq və təsviri sənət nümunələrinin timsalında ölçü,
forma, simmetriya, harmoniya məfhumlarının mahiyyəti barədə
şagirdlərin təsəvvürlərini dərinləşdirmək.
Şagirdlərdə müqayisə, təhlil və təsvir qabiliyyətlərini təkmilləşdirmək,
onlarda sadə tərtibat-dizayn bacarıqları formalaşdırmaq, təsviri sənət
üzrə istedadlı uşaqların üzə çıxarılmasını təmin etmək.