52
Cütlərlə iş zamani şagirdlər təlim tapşırıqlarını cütlüklərdə yerinə
yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və
ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə imkan yaradır.
Fərdi iş şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləş-
dirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst
düşünməsi, özünəməxsus bilik, bacarıq və qabiliyyətlərini nümayiş etdirməsi
üçün real imkanlar yaradır.
Tədris prosesinin optimal şəkildə həyata keçirməsi hər bir təsviri
incəsənət müəlliminin əsas məqsədi olmalıdır. Bu prosesdə şagirdlərin fəallığına
nail olmaq, onların düşünmə qabiliyyətini və yaradıcılıq imkanlarını inkişaf
etdirmək, əldə etdikləri bilik və bacarıqların mənimsənilməsinə, praktik təcrübə-
də tətbiqnə maraq yaratmalıdır. Sadalanan məqsədləri həyata keçirmək, qarşıya
qoyulan mühüm əhəmiyyətli vəzifələri həyata keçirmək üçün müəllim şagirdləri
fəal təlimə cəlb edə bilən metod, texnika və üsullarla yaxından tanış olmalı,
təlim prosesində qarşıya çıxan çətinlik və çatışmazlıqları aradan qaldırmaq
yollarını bilməli və tətbiq olunan metodların əhəmiyyətini başa düşməlidir.
Müasir dövrdə ən demokratik metod hesab edilən
fəal təlimin həyata
keçirilməsinə çox böyük tələbat vardır. Təlim prosesində fəal təlimi həyata
keçirmək üçün tələb olunan demokratik mühitin yaradılması mühüm şərtlər-
dəndir. Təlim prosesində yaradılan demokratik mühüt müəllim və şagirdlər üçün
eyni səviyyədə tələblər qoyur. Bütün bunlar təlim prosesində qarşılıqlı hörmət
və ünsiyyətin əsasını qoyur, şagirdi gələcək həyata hazırlayır, onun bir şəxsiyyət
kimi formalaşmasında əhəmiyyətli rol oynayır.
Dostları ilə paylaş: