Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə80/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   76   77   78   79   80   81   82   83   ...   167
16 Təsviri incəsənət-kurikulum

                                
           Fəal–interaktiv dərsin ümumi quruluşu: 
          Dərsin I mərhələsi: Motivasiya, problemin qoyulması 
 
Hər  bir  tədqiqatı  başlamaq  üçün  ilk  növbədə  problem  müəyyənləşdiril-
məlidir. Problem şagirdlərin  yaş səviyyəsinə  uyğun, cəlbedici,  maraqlı olmaqla 
yanaşı,  onlarda  çoxsaylı  fərziyyələr,  ehtimallar  doğurmalı  və  bunları  yoxlamaq 
üçün ilk növbədə tədqiqat sualını formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni 
biliklərin kəşfinə aparan, bələdçi rolunu oynayır. 
Nəzərə  almaq  lazımdır  ki,  psixoloji  amil  kimi  motivasiya  hər  hansı 
fəaliyyət mexanizmini işə salan sövqedici qüvvədir. Motivasiya qismində ortaya 


58 
 
gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini izləməyə 
sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir. 
Motivasiyanın  uğurlu  alınması  üçün  aşağıdakı  şərtlərə  əməl  olunması  tövsiyə 
edilir: 

 
motivasiya üçün seçilən material maraqlı olmalıdır; 

 
fərziyyələri  yoxlamaq, tədqiqat aparmaq  və yaradıcılıq  üçün  imkan  ver-
məlidir; 

 
müəllim şagirdlərə yönəldici suallar verməli, fərziyyələr irəli sürərkən 
onları həvəsləndirməlidir; 

 
tədqiqat sualı təlim standartlarına əsasən müəyyənləşdirməli və dərsin 
məqsədinə yönəldilməlidir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin