Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Dərsin III mərhələsi: İnformasiya mübadiləsi



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə82/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   78   79   80   81   82   83   84   85   ...   167
16 Təsviri incəsənət-kurikulum

          Dərsin III mərhələsi: İnformasiya mübadiləsi 
Bu  mərhələdə  iştirakçılar  tədqiqatın  gedişində  əldə  etdikləri  informasiya-
ların mübadiləsini aparırlar. Qoyulmuş suallara cavab tapmaq zərurəti tədqiqatın 


59 
 
bütün iştirakçılarını biri-birinin təqdimatını diqqətlə dinləməyə sövq edir. Məhz 
bu mərhələdə yeni bir tələbat – yeni bilikləri qaydaya salmaq, sistemləşdirmək, 
müəyyən  bir  nəticəyə  gəlmək  üçün  tədqiqat  sualına  cavab  tapmaq  zərurəti 
yaranır. 
          Dərsin IV mərhələsi: İnformasiyaların müzakirəsi və təşkili 
 
Bu  mərhələnin  mürəkkəbliyi  aparılmış  tədqiqatların  məqsədə  doğru 
yönlənməsini  təşkil  etməklə  bütün  bilik,  bacarıq  və  vərdişlərin,  təfəkkürün 
müxtəlif  növlərində  (məntiqi,  tənqidi,  yaradıcı)  müzakirəsini  tələb  edir. 
Fasilitator suallardan istifadə etməklə (yönəldici, köməkçi) əldə edilmiş faktların 
məqsədyönlü  müzakirəsinə  və  onların  təşkilinə  kömək  edir.  İnformasiyaların 
təşkili  bütün  faktlar  əsasında  ardıcıllığın,  əlaqələrin  aşkara  çıxarılmasına  və 
onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə verilmiş tədqiqat sualına cavab 
tədricən    aydınlaşır.  Məlumat  rəsm  işi,  illüstrasiya,  eskiz,  model,  maket,  fiqur, 
esse, sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin