Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə9/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   5   6   7   8   9   10   11   12   ...   167
16 Təsviri incəsənət-kurikulum

 
Təsviri və dekorativ yaradıcılıq 
Təsvir  yaradarkən  şagird  hadisələri,  obyektləri  və  predmetləri  dərk  etdiyi 
tərzdə  vizuallaşdıraraq  onların  mahiyyətinə,  qarşılıqlı  əlaqələrinə  və  fərdi 
xüsusiyyətlərinə öz münasibətini bildirir. 
Təsvir  fəaliyyəti  şagirdlərin  əqli  və  estetik  inkişafına  əhəmiyyətli  dərəcədə 
müsbət  təsir  göstərir,  onların  görmə  yaddaşının,  mühit  və  məkan  duyumunun, 
obrazlı təsəvvür qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. 
Təsviri  yaradıcılıq  fəaliyyəti  gerçəkliyi  dərk  etmək,  obrazlı  və  məntiqi 
düşünmək,  hiss  və  duyğuları  vizual  obrazlarda  əks  etdirmək  bacarıqlarnın  təmin 
edilməsində  başlıca  vasitə  hesab  olunur.  Bu  prosesdə  şagird  keçmişə  və  gələcəyə 
obrazlı münasibətini bildirmək imkanları əldə edir. 
İnsan  mənəviyyatının  mühüm  tərkib  hissəsi  olan  gözəlliyə  tələbatın 
ödəniləmsində təsvir yaradıcılığı  mühüm əhəmiyyət kəsb edir. Yaradıcılıq prosesi 
şəxsdə  daxili  aləmlə  xarici  aləm  arasında  əlaqələrin  yaranmasını,  müxtəlif  təsvir 


11 
 
üsullarının mənimsənilməsini təmin edir, onun cəmiyyətə daha fəal inteqrasiyasına 
və özünütəsdiqinə geniş imkanlar yaradır. 
Təsviri  sənətin  mühüm  hissəsi  olan,  istər  müstəvi  səth  üzərində  (qrafika, 
rəngkarlıq),  istərsə  də  üçölçülü  plastik  forma  yaratmaq  bacarığı  (heykəltəraşlıq) 
şagirddə  forma  hissiyyatını  təmin  etməklə,  onun  forma  gözəlliyindən  və 
kamilliyindən zövq almaq qabiliyyətini inkişaf etdirir. 
Təsviri  və  dekorativ  yaradıcılıq  şagirdlərə  eyni  zamanda  tərtibat,  quraşdır-
ma, dizayn bacarıqları aşılayır. 
Dekorativ  yaradıcılıq  şəxsin  bəzəyə  olan  təbii  tələbatını  ödəyir  və  onun 
estetik  aləmini  zənginləşdirərək  bədii  zövqünün  formalaşmasına,  bu  sahədə  milli 
ənənələrin davam etdirilməsinə qüvvətli təsir göstərir. 
Dekorativ kompozisiya və dizayn (tərtibat) işlərinin yerinə yetirilməsi şagir-
din bədii düşüncə, zövq, ənənə daşıyıcısına çevrilməsinə imkanlar yaradır. 
Dekorativ  yaradıcılıq  prosesi  şagirdlərin  abstrakt  və  estetik  düşüncə 
qabiliyyətini  inkişaf  etdirərək  rənglərin,  formaların,  ölçülərin  vəhdət  prinsiplərini 
və qanunauyğunluqlarını mənimsəməsini təmin edir. 
 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin