Təsviri incəsənətin növlər nönövləri
Dekorativ- tətbiqi sənət
Boyakarlıq
Qrafika
Memarlıq
Heykəltəraşlıq
Akvarel, quaş, tempra, akril və .s
67
2. Mövzu ilə əlaqəli bütün sözlər mərkəz sözün ətrafında yazılır.
3. Bir-birilə əlaqəli olan fikirlər arasında xətt çəkilərək birləşdirilir.
4. Bütün fikirlərin yazıya köçürülməsi və ideyalar axını üçün vaxt qoyulur.
(5–10 dəqiqə).
5. Şagirdlər mümkün qədər çox fikir və əlaqəli ifadələr yazmağa həvəs-
ləndirilir (bu onların dünyagörüşünü, mövzuya dair biliklərinin səviyyəsini
göstərən meyardır).
Bu üsuldan istifadə olunması təsviri və dekorativ sənətin növ və janrlarına
dair anlayışlar barədə təsəvvürlərin yaranmasına, öyrənilmiş biliklərin sistemləş-
dirilməsinə, əldə olunmuş yeni anlayışlar hesabına vizual yaddaş ehtiyatlarının
zənginləşdirilməsinə imkan yaradır. Bir-birilə əlaqəsi olan anlayışların mənimsə-
nilməsi şagirdlərə nəzəri bilikləri daha yaxşı öyrənməyə və onların ümumi
inkişafına təkan verir.
«Diskussiya» “Təsviri incəsənət” təlimində diskussiyadan istifadə didaktik əhəmiyyət
daşıyır. Diskussiya şagirdlərin kommunikativ bacarıqlarının formalaşdırılma-
sında mühüm rol oynayır.
Diskussiyalarda iştirak edən şagirdlər sual və replikalarla müzakirələrə
qoşulur, canlı və cansız əşyalardan, fakt və hadisələrdən istifadə etməklə məntiqi
fikir yürütmək bacarıqlarını nümayiş etdirirlər. Təsviri sənət fənnindən aldıqları
nəzəri bilikləri təcrübədə də tətbiq etmək imkanı qazanırlar.
«İNSERT» Fəal təlim metodlarından biri kimi, təsviri incəsənət fənninin tədrisində
«Səmərəli Mütaliə və Yazı üçün İnteraktiv Qeydetmə Sistemi»-ndən ( İNSERT)
geniş istifadə imkanları vardır.
Bu metod dərslikdəki mətnin aktiv fəaliyyətlə, yəni şagirdin öz
münasibətini bildirərək oxunmasıdır. Şagird mövzudakı fikirlərə münasibətini
qəbul olunmuş işarələrlə «V» – bu məlumat mənə tanış idi, «–» bu informasiya
68
mənim əvvəllər bildiyimi rədd edir, «+» bu informasiya mənim üçün yenidir,
«?» bu məsələyə dair əlavə məlumat almaq istərdim) bildirir. Dərslik mətni
oxunduqdan sonra ümumiləşmələr aparılır və qeyd olunur.