İlk növbədə, məlum biliklər təsdiq edilir, yeni bilik və informasiyaları
öyrənmək üçün gələcək fəaliyyət planlaşdırılır.
“Təsviri incəsənət” fənnindən nəzəri mövzuların (növ və janrların
meydana gəlməsi və inkişafı, kompozisiya və perspektivin qanun, qayda, üsul və
vasitələri və s.) tədrisində bu metoddan istifadə etmək məqsədəuyğundur.
Rollar üzrə oyun
“Təsviri incəsənət” fənninin tədrisində rollar üzrə oyunhər hansı bir
problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul şagirdlərə
hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu ilə baxmaq
imkanı verir.
Müəllim rollu oyunlardan istifadə edərkən əldə etmək istədiyi məqsədi,
oyunun mövzusunu, ssenarisini və oyunda iştirak edəcək obrazları, xarakterləri,
geyim və dekorasiyaları, əvvəlcədən müəyyənləşdirir, ifa olunacaq rolların
mətni yazılmış kartlar hazırlayır. Rollar bölüşdürüldükdən sonra digər şagird-
lərdən kimin aparıcı, kimin müşahidəçi olacağını planlaşdırır. Hazırlaşmaq
üçün şagirdlərə vaxt verir. Oyun nümayiş etdirildikdən sonra müəllim qoyulmuş
problemlə bağlı müzakirə təşkil edir.