Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə94/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   90   91   92   93   94   95   96   97   ...   167
16 Təsviri incəsənət-kurikulum

                       
                        Layihələrin hazırlanması 
            Layihələrin  hazırlanması  müxtəlıf  mövzuların  müstəqil  şəkildə  tədqiq 
edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun 
üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat prosesində bilik və bacarıqlara 


70 
 
müstəqil  yiyələnmə  vərdişlərinin  formalaşmasında  mühüm  rol  oynayır,  onlara 
müstəqil  şəkildə  öz  fəaliyyətini  qurmağa,  habelə  öz  vaxtını  və  iş  qrafikini 
planlaşdırmağa  kömək  edir.  “Təsviri  incəsənət”  fənninin  tədrisində  bu  üsul 
şagirdlərin  bir-birilə,  eləcə  də  məktəbdənkənarda  müsabiqə  və  sərgilər  üçün, 
müxtəlif  adamlarla,  yaradıcı  şəxslərlə  qarşılıqlı  əlaqə  qurmağa  şərait  yaradır, 
problemin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir,  müxtəlif 
resurslarda və əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir. 
 
Layihələr hazırlayarkən  müəllim mövzu və ya problemi müəyyən edir və 
sinfə  bunlardan birini seçmək imkanı verir.  
 
          Problem  konkret  olmalıdır.  Müəllim  və  şagirdlər  birlikdə  layihə  üzərində 
işin başlama və başa çatma müddətini, istifadə olunacaq resursları (ədəbiyyatlar, 
internet  ünvanlar,  digər  mənbələr,  təsviri  vasitələri  və  s.)  bunları  əldə  etmək 
yollarını, iş formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər. 
           İş  prosesində  müəllim  suallara  cavab  verə  və  ya  yol  göstərə  bilər.  İşin 
icrasına isə şagirdlər özü cavabdeh olurlar.  
           Tədqiqatın  nəticəsi  hesabat,  maket,  model,  illüstrasiya,  fotoşəkillər 
cədvəllər, qrafiklər, sxemlər , eskizlər və s.  formasında ifadə oluna bilər.  

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin