Azərbaycan Respublikası Təhsil Nazirliyi Post-neft dövründə Azərbaycanda monetar siyasəyin effektivliyi



Yüklə 264,84 Kb.
səhifə6/18
tarix01.01.2022
ölçüsü264,84 Kb.
#105340
1   2   3   4   5   6   7   8   9   ...   18
1.2 Monetar siyasət

Pul-kredit siyasəti iqtisadi siyasətin iki alətindən biridir (digər büdcə siyasəti).Pul siyasəti maliyyə orqanlarının əsasən də mərkəzi bankin pul təklifi üzərində həyata keçirdiyi tədbirlərdir. Bu tədbirlıərin məqsədi üçlü stabillik (3 iqtisadi göstəricidə) əldə etməkdir: faiz dərəcəsi, inflyasiya və valyuta məzənnəsi. Azərbaycan Respublikasında pul siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilir. Əsasən inflaysiyanı nəzarətdə saxlamaqdan ötrü pul siyasəti həyata keçirilir. Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrinə təsir göstərərək inflaysiyanı tənzimləyir. Pul siyasəti iki cür olur:

- Yumşaq pul siyasəti: dövriyyədə olan pul kütləsini artırmaq yolu ilə həyata keçirilir. Bunun üçün Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini aşağı salır, bu da agentləri daha çox kredit götürməyə təhrik edir; qiymətli kağızlar alaraq dövriyyəyə pul buraxır; kommersiya banklarına daha çox kredit verir. Bu siyasəti tələbin artmasına və iqtisadiyyatın stimullaşdırılmasına yönəlib. Bununla belə, dövriyyədə olan pul kütləsi inflaysiyanın yüksəlməsinə,dolayı yolla milli valyutanın ucuzlaşmasına şərait yaradır. 

- Sərt pul siyasəti isə əksinə olaraq inflyasiyanın məhdudlaşdırılmasına yönəlik bir siyasətdir.Mərkəzi Bank dövriyyədə olan pul kütləsini azaltmağa yönəlik tədbirlər həyata keçirir: verdiyi kreditlər üzrə faiz dərəcələrini yüksəldir, qiymətli kağızları sataraq dövriyyədəki pulu azaldır, banklara kredit verilməsini məhdudlaşdırır. Nəticədə,milli valyutanın məzənnəsi möhkəmlənir.

Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti alətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsində də öz əksini tapmışdır. Pul siyasətinin əsas alətləri aşağıdakılardır:

• Açıq bazarda əməliyyatlar;

• Faiz dərəcələrinin müəyyənləşdirilməsi;

• Məcburi ehtiyat normaları;

• Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;

• Depozit əməliyyatları; və s…

Pul siyasətinin transmissiya mexanizmi dedikdə mərkəzi bank tərəfindən qəbul edilən pul siyasəti qərarlarının iqtisadiyyata təsiri (ötürülməsi) prosesi nəzərdə tutulur. Müasir dövrdə pul siyasətinin faiz dərəcələri, kreditlərin verilməsi, valyuta məzənnəsi, səhmlərin dəyəri və s. kimi transmissiya kanalları mövcuddur. Pul siyasəti qərarları real iqtisadiyyata bu kanallar vasitəsilə dərhal deyil, müəyyən vaxtdan sonra təsir göstərir. (5;187)

Beləliklə, pul siyasəti qiymətləri stabil saxlayaraq iqtisadi fəaliyyəti stimullaşdırır.

Avropa İttifaqı vahid iqtisadi zona olduğu üçün burada pul siyasətinin istiqamətlərini ayrı-ayrı ölkələrin milli bankları deyil, Avropa Mərkəzi Bankı müəyyən edir.Ondan ötrü ki, vahid iqtisadi zonaya üzv ölkələrin birində baş verəcək böhran digər ölkələri də iqtisadi tənəzzülə sürükləyir (Yunanıstanda olduğu kimi) və bir ölkə üçün xeyirli bir siyasət digərlərinə ziyan vura bilər. Avropa Mərkəzi Bankı isə iqtisadi zonanın iqtisadi rifahını rəhbər tutan pul siyasətləri yürüdür. Milli banklar sadəcə bu siyasətin tətbiq edilməsindən məsuldurlar.

Monetar siyasətin məqsədləri:

• Ən geniş mənada monetar siyasət mərkəzi bankların pul təklifinə təsir göstərməyə çalışmasıdır.

• Mərkəzi banklar müxtəlif vasitələrdən istifadə edərək öz balans həcminin müxtəlif pul təklifi parametrlərinə təsir etməyə çalışır.

• Daxili aktivlərini artırmaq yolu ilə rezerv pulu və bu yolla bankların istifadə edə biləcəkləri resursları artıra bilər.

• Artan bank resursları kreditə, kredit əmanətə çevrilərək geniş pul təklifini artıra bilər.

Monetar siyasətin təkamülü çərçivəsində ən mühüm dönüş nöqtəsi monetar siyasətin qiymətlərin stabilliyinə nail olunması istiqamətində istifadə edilməsi olmuşdur.

Məlum oldu ki, qiymət stabilliyini hədəfləməyən monetar siyasət maliyyə siyasətinin cazibə dairəsinə daxil olaraq iqtisadiyyatlarda yüksək inflyasiyaların ortaya çıxmasına səbəb olur.

• Buna görə də qiymətlərin stabilliyi iqtisadi siyasətlərin, xüsusilə monetar siyasətin əsas hədəfinə çevrilmişdir.

• Sadə bir izahla puı ilə nominal ÜDM arasındakı əlaqəni ifadə edən miqdar bərabərliyini xatırlayaq: M x V = P x Q

• Faiz dəyişmələri kimi yazsaq bu bərabərlik belə olar: m + v = p +q (m – pul təklifinin faiz dəyişməsi, v – pulun dövriyyə sürətinin faiz dəyişməsi, p – qiymətlərin faiz dəyişməsini, q – real milli gəlirin faiz dəyişməsi). (25)

• Pulun dövriyyə sürəti və real milli gəlirin dəyişmədiyi halda m = p olur.

• Yəni klassik iqtisadçıların iddia etdiyi kimi pul təklifinin artdığı sürətlə inflyasiya artır.

• Həqiqi həyatda v və q-nün sıfır olacağını düşünməsək də, bu bərabərlik pul təklifi ilə inflyasiya arasında çox yaxın əlaqə olduğunu açıq şəkildə ortaya qoyur.

Monetar siyasət vasitələrini 2 qrupa ayırmaq mümkündür:

– 1. Birbaşa monetar siyasət vasitələri: Qiymətə və ya miqdara limit qoyma kimi birbaşa müdaxilə yolu ilə tətbiq edilən vasitələrdir. Geçmişdə bu vasitələrdən intensiv istifadə edilsə də, artıq sərbəst bazar iqtisadiyyatlarında əhəmiyyətini itirmişdir. Çin kimi iqtisadiyyatlarda bu vasitələrədən hələ də istifadə edilir. Bunlara aşağıdakılar aiddir:

• Kredit maksimumu;

• Faiz nəzarəti;

• Digər vasitələr.

– 2. Dolayı monetar siyasət vasitələri: Bu vasitələrdən müasir mərkəzi banklar tərəfindən bank sektorunun əlindəki sərbəst rezervlərin miqdarını yönləndirmək üçün istifadə edilir. Bunlara aşağıdakılar aiddir:

• Reskont siyasəti;

• Açıq bazar əməliyyatları;

• Məcburi ehtiyat norması siyasəti;

Faiz siyasəti;

• Digər vasitələr.

Birbaşa monetar siyasət vasitələri – Kredit maksimumu:

• Bankların aça biləcəkləri kreditlərə qoyulan miqdar limitinə kredit maksimumu deyilir. Məsələn, Mərkəzi bank banklara, yığdıqları əmanətin və ya bütün resurslarının (əmanət + şəxsi kapital + digər resurslar) 80%-i qədər kredit aça biləcəkləri təlimatını vermişdirsə, buradakı 80% kredit maksimumunu təşkil edir.

• Belə bir nisbət təyin etmək əvəzinə birbaşa miqdar da təyin edilə bilər. Məsələn, mərkəzi banklar banklara müəyyən miqdar manatdan çox kredit açmamaları təlimatı verə bilər.

• Kredit maksimumu ayrı-ayrı banklara da tətbiq edilə bilər. Mərkəzi bank bank sektoruna nəzarət qurumundan aldığı hesabatlara əsaslanaraq bəzi banklara kredit maksimumu tətbiq edə bilər.

• Kredit maksimumu məcburi ehtiyat norması ilə birlikdə tətbiq edildikdə daha məhdudlaşdırıcı ola bilər.

• Bu siyasət vasitəsinin tətbiqi iki mərhələli təsir doğura bilər:

– 1) Birbaşa təsir: kredit genişlənməsinin yaratdığı tələb artıqlığı bir qədər aradan qaldırılır və inflyasiya təzyiqi azaldılır.

– 2) Kredit imkanı daraldıqca faizlər yüksəlir və kredit tələbi bir az da azalır.

• Kredit maksimumu siyasəti yalnız məcmu kreditlər üzərində deyil, müxtəlif sektorlara açıla biləcək kreditlər üzərinə məhdudiyyət qoymaq üçün də istifadə edilə bilər. Mərkəzi bank bir bankın aça biləcəyi kreditləri hansı sektora hansı nisbətdə verə biləcəyinə qərar verə bilər. Bu mexanizm eyni zamanda stimullaşdırma siyasətinin bir hissəsi kimi də istifadə edilə bilər.(4;124)

Faiz nəzarəti:

• Mərkəzi bank bankların əmanət və kredit üçün tətbiq etdiyi faiz dərəcələrinə məhduddiyyətlər tətbiq etməsidir.

• Mərkəzi bank faizə limit qoya bilər, müxtəlif müddətlər üçün müxtəlif faizlər tətbiq edə bilər.

• Hətta bu mexanizmi stimullaşdırma məqsədli olaraq çeşidləndirilmiş formada da tətbiq edə bilər.

• Bu cür müdaxilələr indi də mümkün olsa da, müasir dövrdə daha çox dolayı siyasətlər vasitəsilə bazar faizlərinə təsir göstərilməyə çalışılır.

– Digər birbaşa monetar siyasət vasitələri:

• Mərkəzi bank bankların vəziyyətinə görə gətirəcəkləri qiymətli kağızlara müxtəlif reskont faiz dərəcələri tətbiq edə bilər (çeşidləndirilmiş reskont mexanizmi), banklara kredit kartları səbəbilə ödəniləcək minimum miqdarın yüksəldilməsi yolu ilə tələbin nəzarətdə saxlanılması (istehlakçı kreditlərinə tətbiq edilən nəzarət) kimi müxtəlif istiqamətlərdə pul təklifini nəzarətdə saxlamağa hədəflənən müxtəlif vasitələrdən istifadə edə bilər.

Dolayı monetar siyasət vasitələri – Reskont siyasəti:

• Bankların nağd pul ehtiyaclarını qarşılamaq məqsədilə Mərkəzi bankdan əllərindəki bondları verərək və ya borclu cari hesab formasında istifadə etdikləri kreditlərə reskont krediti, bu kreditlərə tətbiq edilən faizə də reskont faizi deyilir.

• Əlində bir kommersiya bondu və ya dövlət istiqrazı olan bir qurum bunu vaxtından əvvəl bir banka gətirərək iskont etdirir. Bank əgər nağd pula ehtiyacı varsa, iskont edərək aldığı bu bond və ya istiqrazı mərkəzi banka verib yenidən iskont etdirərək əvəzinə nağd pul alır. Bondun bu formada ikinci dəfə iskont edilməsinə reskont deyildiyi üçün bu əməliyyata reskont krediti, xərcinə də reskont faizi deyilir. (24)

• Bu kredit Mərkəzi bankın son borc vermə instansiyası olma funksiyasının nəticəsi kimi ortaya çıxmışdır.

• Reskont siyasətinin iki məqsədi ola bilər:

– 1. Bankların əlindəki qiymətli kağızları alaraq onlara pul vermək və bazardakı likvidliyi tənzimləmək

– 2. Reskont faizini dəyişdirərək bazardakı faiz dərəcəsinə təsir göstərməyə çalışmaq.

• Mərkəzi Bank reskont faizini azaldaraq bankların ondan pul almalarını stimullaşdıraraq likvidliyi artıra bilər, ya da faizi yüksəldərək likvidliyi azalda bilər.

Açıq bazar əməliyyatları

• Mərkəzi bankın banklardan və digər qurumlardan istiqraz, bond və ya digər qiymətli kağızları satın alması və ya əksinə bunları onlara satmasına açıq bazar əməliyyatı deyilir.

• Bu alqı-satqılar tamamlanmış ola biləcəyi kimi yenidən alqısatqı vədi ilə (repo və reverse repo) həyata keçirilən alqısatqı da ola bilər.

• Mərkəzi bank açıq bazar əməliyyatlarından istifadə etməklə bazardakı pul miqdarını (likvidliyi) tənzimləyir.

• İstiqraz və.s qiymətli kağızları satın aldıqda bazara likvidlik verir, satdıqda isə bazardan likvidliyi çəkir.

• Bu yolla bazardakı pul miqdarı və faizlərə təsir göstərərək tələb üzərində formalaşan təzyiqlərə nəzarət edir və inflyasiya və ya deflyasiya proseslərinə müdaxilə edir.

• Mərkəzi bank hər gün müxtəlif müddətli repo tenderi keçirərək banklara likvidlik təmin edir.

Məcburi ehtiyat norması siyasəti

• Banklar, topladıqları əmanətlərin və digər bəzi öhdəliklərin Mərkəzi Bank tərəfindən müəyyən edilən nisbətdə müəyyən bir miqdarını, gələcəkdə üzləşəcəkləri çətinliklərdə tələb edib istifadə edə bilmələri üçün Mərkəzi Bankın hesablarında saxlamağa məcburdurlar.

• Bu mexanizmə məcburi ehtiyat, onun miqdarını müəyyən edən nisbətə də məcburi ehtiyat norması deyilir.

• Mərkəzi bankın ehtiyat normasını artırıb azaldaraq bankların aça biləcəyi kredit miqdarına və faizinə təsir etməsinə də məcburi ehtiyat norması siyasəti deyilir.

• Müasir mərkəzi bank paraktikasında bu siyasətdən artıq geniş istifadə edilmir.

• Mərkəzi banklar kommersiya banklarından aldıqları bu ehtiyatlar üçün müəyyən bir faiz ödəyə də bilərlər, ödəməyə də bilərlər.

Faiz siyasəti

• Mərkəzi bankın banklarla pul alqı-satqısında tətbiq etdiyi faizləri dəyişdirərək bazar faizlərinə təsir etməyə çalışmasına faiz siyasəti deyilir.

• Mərkəzi bankın müxtəlif əməliyyatlar üçün tətbiq etdiyi faiz dərəcələri mövcuddur:

– Siyasət faizi – bir həftəlik repo əməliyyatlarına tətbiq edilən faiz. Mərkəzi bank bir həftəlik repo tenderi elan edir, banklar əllərindəki istiqraz və bondları Mərkəzi banka verib əvəzində pul alırlar, müddət başa çatdıqdan sonra da pulu geri qaytararaq qiymətli kağızlarını geri alırlar. (6;132)Mərkəzi bank bu vasitə ilə bank və digər maliyyə qurumlarının bazarda tətbiq etdiyi faiz dərəclərinə, banklardan alınan kreditlərin miqdarına, səhm və valyuta kimi aktivlərin qiymətlərinə təsir edir.

– Gecəlik faiz və ya koridor faizi - gecəlik əməliyyatlarda tətbiq edilən faiz. Mərkəzi bankın hesablarını bağlaya bilmək üçün gecəlik borc almaq və ya əlində qalan pulları gecəlik borc vermək istəyən banklara tətbiq etdiyi faizdir. Mərkəzi bank bu yolla təkrar bazarda formalaşan kısa müddətli faiz dərəcələrinə, valyuta kurslarına və kreditlərin artma sürətinə təsir göstərir.

– Gec likvidlik pəncərəsi faizi: Hesablarını bağlamaq və ya əlindəki pulu borc vermək üçün son ana qədər gözləyən banklara tətbiq edilən çəkindirici faiz dərəcələrini ifadə edən bir mexanizmdir.

Digər monetar siyasət vasitələri:

– Valyuta kurslarına müdaxilə: Mərkəzi bankın milli pulun xarici dəyərini tənzimləməyə istiqamətlənmiş müdaxilələrinə valyuta kursu siyasəti deyilir. Belə müdaxilələr daha çox kurslarda yüksək dalğalanmalar ortaya çıxdığı zaman gündəliyə gəlir. Mərkəzi bank bu cür kurs dalğalanmalarında adətən bazara valyuta sataraq və ya pazardan valyuta alaraq kursa müdaxilə edir. Müasir dövrdə Mərkəzi bank həmçinin məcburi ehtiyat norması siyasətində Rezerv Opsiya Əmsalı tətbiq edərək valyuta likvidliyini tənzimləyir.

– Pul emissiyası: Mərkəzi bank bazardakı likvidliyi artıraraq problemləri həll etməyə yönəldikdə bazara yeni pul emissiyasından bir növ siyasət vasitəsi kimi istifadə edir.

– Monetar genişləndirmə:

İqtisadiyyatın geniş istifadə olunan pul siyasəti vasitələri ilə canlandırılmasının mümkün olmadığı hallarda istifadə edilir. Bu siyasət çərçivəsində mərkəzi banklar bankların və digər qurumların əllərində olan maliyyə aktivləri (istiqraz, bond və.s) satın alaraq əvəzində banklara və urumlara pul verir. Beləliklə iqtisadiyyata qarşılığı və limiti nəzəri olaraq müəyyən olan bir miqdar yeni pul daxil etmiş olur. (22) Bu Qlobal Böhran boyunca ABŞ Mərkəzi bankı, Avropa Mərkəzi Bankı və İngiltərə Mərkəzi Bankı tərəfindən tətbiq edilmişdir. Bunun pul emissiya etməkdən yeganə fərqi limitinin və istiqraz, bond kimi qarşılığının olmasıdır. Pul emissiya etmənin bir limiti olmadığı kimi qarşılığında verilən qiymətli kağızı da olmur. Başqa sözlə bu siyasət emissiya ilə müqayisədə daha az inflyasiya təzyiqi yaradır. Açıq bazar əməliyyatlarından da fərqi odur ki, bu işin müəyyən bir müddətə və ya limitlə ediləcəyi bəlli olur.

– Açıq sözlülük siyasəti: Mərkəzi bankın gələcəkdə atacağı addımları açıqlayaraq gözləntilərə təsir göstərməklə monetar siyasətə yön verməsidir. Keçmişdə açıqsözlülük siyasəti yox idi, bu müasir yanaşmadır.



Formun Üstü


Yüklə 264,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin