Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə


"Xarici dövlətlərə ödənilən qrantlar"



Yüklə 488,08 Kb.
səhifə3/3
tarix01.08.2018
ölçüsü488,08 Kb.
#64769
1   2   3

261000. "Xarici dövlətlərə ödənilən qrantlar" köməkçi bölməsinə xarici təşkilatlara əvəzsiz verilən cari və əsaslı ödənişlər ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

261100. "Xarici dövlətlərə cari ödənişlər üçün verilən qrantlar" paraqrafına əvəzsiz verilən cari ödənişlərlə bağlı xərclər daxildir.

261200. "Xarici dövlətlərə əsaslı ödənişlər üçün verilən qrantlar" paraqrafına əvəzsiz əsaslı ödənişlərlə bağlı verilən xərclər daxildir.

262000. "Beynəlxalq təşkilatlara ödənilən qrantlar" köməkçi bölməsi-nə beynəlxalq təşkilatlara əvəzsiz verilən qrantlarla bağlı xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

262100. "Beynəlxalq təşkilatlara cari ödənişlər üçün verilən qrantlar" paraqrafına beynəlxalq təşkilatlara əvəzsiz olaraq cari ödənişlərlə bağlı verilən xərclər daxildir.

262200. "Beynəlxalq təşkilatlara əsaslı ödənişlər üçün verilən qrantlar" paraqrafına beynəlxalq təşkilatlara əvəzsiz olaraq əsaslı ödənişlərlə bağlı verilən xərclər daxildir.
263000. "Digər dövlət idarəetmə sektoruna ödənilən qrantlar" köməkçi bölməsinə digər dövlət idarəetmə sektoruna əvəzsiz verilən cari və əsaslı ödənişlərlə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

263100. "Digər dövlət idarəetmə sektoruna cari ödənişlər üçün verilən qrantlar" paraqrafına digər dövlət idarəetmə orqanlarına əvəzsiz cari ödənişlərlə bağlı verilən xərclər daxildir.

263200. "Digər dövlət idarəetmə sektoruna əsaslı ödənişlər üçün verilən qrantlar" paraqrafına dövlət idarəetmə orqanlarına əvəzsiz olaraq əsaslı ödənişlərlə bağlı verilən xərclər daxildir.

264000. "Üzvlük haqqı və digər ödənişlər" köməkçi bölməsinə üzv olan beynəlxalq təşkilatlara ödənilən üzvlük haqqı və digər ödənişlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

264100. "Beynəlxalq təşkilatlara üzvlük haqqı" paraqrafına beynəlxalq təşkilatlara ödənilən üzvlük haqqı ilə bağlı xərclər daxildir.

264200. "Digər ödənişlər" paraqrafına beynəlxalq təşkilatlara digər ödənişlər üzrə xərclər daxildir.

270000. "Təqaüdlər və sosial müavinətlər" bölməsinə sosial sığortaya, qocalara, işsizlərə, əlillərə sosial yardım üzrə müavinətlər, təqaüdlər, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən xərclər daxildir. Bu bölmədə uşaqlı ailələrə verilən dövlət müavinəti və kompensasiyalar, bütün növ pensiyalar, təqaüdlər, şəhid ailələrinə, qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, hamiləliyə və doğuşa görə müavinətlər, uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinət, dəfn üçün müavinət, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımı, humanitar yardım, pulsuz müalicəyə göndərilən pensiyaçılara, ən çox ehtiyacı olan pensiyaçıların ailə üzvlərinə maddi yardım, işsiz vətəndaşlara müavinətlərin ödənilməsi, əlillərə maddi yardım, əlil uşaqlara onların təhsili ilə bağlı yardım, birlikdə yaşayan üç və da-ha çox əmək qabiliyyəti olmayan əlil ailələr üçün ünvanlı tədbirlərin keçiril-məsi, əlillər üçün idman-sağlamlıq mərkəzlərinin yaradılması, əlillərin beynəlxalq və ölkədaxili idman yarışlarında iştirakı ilə bağlı proqramların, sərgilərin təşkili və ədəbi musiqi müsabiqələrinin, konfransların keçirilməsi, sanatoriya-kurort müalicəsi üzrə xərclərin tam və ya qismən ödənilməsi və əhaliyə sair ödənişlərlə bağlı xərclər daxildir. Bu bölmə 4 köməkçi bölmədən, 0 cümlədən "271000. Sosial təminat", "272000. Sosial müdafiə üzrə müavinətlər", "27300. Dövlət qulluqçularına sosial müavinətlər" və "274000. Digər təqaüdlər, müavinətlər və transfertlər" köməkçi bölmələrindən ibarətdir.

271000. "Sosial təminat" köməkçi bölməsinə ödənilən təqaüdlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

271100. "Təqaüdlər" paraqrafına işləyən və işləməyən təqaüdçülərə qocalığa görə təqaüdlərin verilməsi, əlillərə, hərbi təqaüdçülərə verilən təqaüdlər və digər təqaüdlərin verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf 5 maddədən ibarətdir.

271110. "İşləyən təqaüdçülərə qocalığa görə verilən təqaüdlər" maddəsinə qanunvericiliyə uyğun olaraq işləyən təqaüdçülərə verilən təqaüdlə bağlı xərclər daxildir.

271120. "İşləməyən təqaüdçülərə qocalığa görə verilən təqaüdlər" maddəsinə qanunvericiliyə uyğun olaraq işləməyən təqaüdçülərə verilən təqaüdlərlə bağlı xərclər daxildir.

271130. "Əlillərə verilən təqaüdlər" maddəsinə qanunvericiliyə uyğun olaraq əlilliyə görə verilən təqaüdlə bağlı xərclər daxildir.

271400. "Hərbi təqaüdlər" maddəsinə hərbi qulluqda olan və təqaüdə çıxmış hərbçilərə ödənilən təqaüdlə bağı xərclər daxildir.

271500. "Digər təqaüdlər" maddəsinə 271110-271140-cı maddələrdə öz əksini tapmayan digər təqaüdlərlə bağlı xərclər daxildir.
271200. "Natural formada olan müavinətlər" paraqrafına mülki və hərbi təqaüdçülərə, əlillərə və digər təqaüd alanlara natural formada ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272000. "Sosial müdafiə üzrə müavinətlər" köməkçi bölməsinə ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272100. "Sosial yardımlar üzrə ödənişlər" paraqrafına uşaqlara və şəhid uşaqlarına, qaçqınlara, məcburi köçkünlərə, Qarabağ müharibəsində əlil olmuş hərbçilərə və vətəndaşlara, Çernobıl qəzası nəticəsində əlil olanlara, birinci və ikinci qrup əlillərə ödənilən müavinətlər, işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə bağlı xərclər daxildir. Bu paraqraf 9 maddədən ibarətdir.

272110. "3 yaşına kimi uşaqlara verilən müavinətlər" maddəsinə 3 yaşına çatmamış uşaqlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272120. "İstefada olan hərbçilərin və hərbi qulluqçuların uşaqlarına verilən müavinətlər" maddəsinə qanunvericiliyə uyğun olaraq istefada olan hərbçilərin və hərbi qulluqçulann uşaqlarına ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272130. "20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin uşaqlarına verilən müavinətlər" maddəsinə 20 Yanvar hadisəsi zamanı və Qarabağ müharibəsində şəhid olanların uşaqlarına müavinətlərin verilməsi ilə bağlı xərclər daxildir.

272140. "Qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlər" maddəsinə qaçqın və məcburi köçkünlərə müavinətlərin verilməsi ilə bağlı xərclər daxildir.

272150. "Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər" maddə-sinə Qarabağ müharibəsi zamanı əlil olanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272160. "Qarabağ müharibəsində əlil olmuş hərbçilərə və Çernobıl qəzası nəticəsində əlil olanlara verilən müavinətlər" maddəsinə Qarabağ müharibəsi zamanı əlil olmuş hərbçilərə və Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və əlil olanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272170. "I və II qrup əlillərə verilən müavinətlər" maddəsinə qanun-vericiliyə uyğun olaraq uşaqlıqdan və sonradan əlil olmuş birinci və ikinci qrup əlillərə ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272180. "İşsizliyə görə verilən müavinətlər" maddəsinə işsiz və iş ax-taranlara işsizliyə görə ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

272190. "İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər" maddəsinə məşğulluq problemlərinin maliyyələşdirilməsi (transfert formasında), işsiz vətəndaşların peşəyönümlü işinin təşkili, boş iş yerləri haqqında məlumat bazasının yaradılması və ixtisasın artırılması ilə bağlı xərclər daxildir.

272200. "Natural formada olan sosial yardımlar" paraqrafına 272100-cı paraqrafa aid olan ödənişlərin (xərclərin) natural formada həyata keçirilməsi ilə bağlı xərclər daxildir.

273000. "Dövlət qulluqçularına sosial müavinətlər" köməkçi bölməsinə mövcud qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularına ödənilən müavinətlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

273100. "Müavinətlər üzrə ödənişlər" paraqrafına dövlət qulluqçularına müavinət formasında ödənilən xərclər daxildir.

273200. "Natural formada olan müavinətlər" paraqrafına natural formasında alınan müavinətlərlə bağlı xərclər daxildir.

274000. "Digər təqaüdlər, müavinətlər və transfertlər" köməkçi bölməsinə 271000-273000-cı köməkçi bölmələrində öz əksini tapmayan bütün ödənişlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 8 paraqrafdan ibarətdir.

274100. "Aztəminatlı ailələrə verilən müavinətlər" paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş aztəminatlı ailələrə, himayəsində uşağı olan aztəminatlı ailələrə, ailə başçısını itirən aztəminatlı ailələrə ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

274200. "Qocalığa görə verilən müavinətlər" paraqrafına işləyən təqaüdçülərə qocalığa görə və işləməyən təqaüdçülərə qocalığa görə ödənilən müavinətlər üzrə xərclər daxildir.
274300. "İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər" paraqrafına mövcud qanunvericiliklə nəzərdə tutulmuş müvəqqəti iş qabiliyyətini itirməyə görə işçilərə ödənilən müavinətlər üzrə xərclər daxildir.

274400. "Uşağın doğulması ilə bağlı verilən müavinətlər" paraqrafına uşaq doğularkən ata və ya ananın iş yerindən, işləməyənlər üçün isə sosial müdafiə mərkəzlərindən birdəfəlik ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

274500. "Analıq müavinətləri" paraqrafına analıq məzuniyyətinə çıxan qadınlara ödənilən müavinətlə bağlı xərclər daxildir.

274600. "Böyük Vətən Müharibəsi iştirakçılarına verilən müavinətlər" paraqrafına Böyük Vətən Müharibəsi iştirakçılarına və onlara bərabər tutulanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

274700. "Tələbələrə verilən təqaüdlər" paraqrafına mövcud qanunvericiliyə əsasən ali və orta-ixtisas məktəblərində təhsil alan tələbələrə ödənilən təqaüdlərlə bağlı xərclər daxildir.

274800. "Digər müavinət və transfertlər" paraqrafına xəstələrin müalicəyə göndərilməsi, protezlərin hazırlanmasına çəkilən xərclər, uşaqlara, əlillərə və ruhi xəstələrə himayəliyin edilməsi, çoxuşaqlı və aztəminatlı ailələrə süni qidanın alınması və uşaqlar üçün pulsuz məmulatların buraxılması, müharibə əlillərinin və iştirakçılarının yubiley gecələrinin keçirilməsi ilə bağlı xərclər, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, həmçinin bu paraqrafa dövlət büdcəsindən və digər təşkilatlar tərəfindən ödənilən və öz əksini 274100-274700-cı paraqraflarda tapmayan digər müavinət, yardım və transfertlərlə bağlı xərclər daxildir.

280000. "Digər xərclər" bölməsinə mülkiyyətlə bağlı xərclər daxil edilir. Bu bölmə 2 köməkçi bölmədən ibarətdir.

281000. "Faizlər üzrə ödənişlər istisna olmaqla mülkiyyətlə bağlı xərclər" köməkçi bölməsinə cari məqsədlər üçün binaların və evlərin icarəsi, film və verilişlərin çəkilməsi üçün icarəyə götürülmüş teatr, konsert salonları, sahə və otaqların icarəsi haqqı, müəssisə və təşkilatlar tərəfindən avadanlıq və nəqliyyat vasitələrinin icarəyə götürülməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "281400. İcarə və muzdlu xidmətlər" paraqrafından ibarətdir.

282000. "Sair müxtəlif xərclər" köməkçi bölməsinə idarə və müəssisələr tərəfindən həyata keçirilən sair müxtəlif xərclər daxil edilir və bu köməkçi bölmə 3 paraqrafdan, o cümlədən "282100. Sair xərclər", "282200. Əsaslı xərclər" və "282300. Bank xərcləri" paraqraflarından ibarətdir.

282100. "Sair xərclər" paraqrafına cari məqsədlər üçün nəzərdə tutulmuş malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı digər xərclər, o cümlədən təhsil müəssisələrində bədən tərbiyəsi tədbirlərinin və kütləvi informasiya işlərinin aparılması, incəsənətlə bağlı müvəqqəti sərgilərin təşkili, sanitar aviasiyasının uçuş saatlarının ödənilməsi, televiziya və radio verilişləri üzrə (xüsusi kino çəkilişi, texniki rabitə vasitələrinin istismarı, xidmətlərin ödənilməsi) əməliyyat xərcləri, şagirdlərə fəxri fərmanların, medalların, eləcə də idman yarışları iştirakçılarına mükafatların verilməsi, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanma) gəlməklə əlaqədar olaraq zərər çəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi, şahidlərin çağırılması, ekspertlərin və tərcüməçilərin xidmətlərinin ödənilməsi, müxtəlif mükafatlandırma nişanlarının hazırlanması, əhalini köçürmə tədbirləri ilə bağlı xərclər, ümumi-icbari təhsil fondunun xərcləri, hökumətin qərarlarına (sərəncamlarına) müvafiq olaraq xaricdə milli və beynəlxalq sərgi və yarmarkaların keçirilməsi ilə bağlı xərclər, büdcə təşkilatlarının ixtisasartırma müəssisələrində dinləyicilərin ixtisaslarının artırılması və hazırlıq işləri ilə bağlı xərclər, maliyyə orqanlarının uçotuna daxil olmuş dövlət idarələrinin keçmiş əmlakının, sahibsiz əmlakın, müsadirə edilmiş əmlakın ticarət və sair təşkilatlara verilməsindən əvvəl saxlanılması və təmiri, təhsillə bağlı ekskursiyaların keçirilməsi, şagirdlərin düşərgə toplantı-larının keçirilməsi, şagirdlərin yeni qəbulunun təşkili, şagirdlərin istehsal təcrübəsinin ödənilməsi, şagirdlərin yol haqqının və onların yolda və təcrübə yerlərində olduqları müddətdə gündəlik yemək xərclərinin ödənilməsi, gətirilməsi və saxlanılması, elmi sessiyaların, qurultayların, konfransların, iclasların təşkili və keçirilməsi, dissertasiyaların müdafiəsi ilə bağlı, elmi tədqiqat müəssisələri üçün kənar təşkilatlar tərəfindən yerinə yetirilən elmi, təcrübi-eksperimental işlərin haqqının ödənilməsi, tədris müəssisələrinin nəzdindəki eksperimental emalatxanaların xidmətinin ödənilməsi, muzey ekspozisiyalarının və sərgilərin təşkili zamanı müvəqqəti xarakter daşıyan və köməkçi materiallar olan xəritələrin, sxemlərin, diaqramların, eskizlərin, maketlərin və digər əşyaların hazırlanması, sair əməliyyatların və məsrəflərin ödənilməsi xərcləri, Azərbaycan Respublikasının xarici ölkələrdə olan səfirlik, konsulluq və nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin müəyyən edilmiş norma daxilində yüklərinin daşınması, beynəlxalq və ümumrespublika gənclər, idman tədbirlərinin, təlim-məşq yarışlarının və təlim-məşq toplanışlarının keçirilməsi, məhkəmənin qərarına əsasən fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, məcburi işburaxma hallan və əmək mübahisələri üzrə digər ödənişlərin verilməsi, tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqan-larının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, məhkəmə və iqtisad məhkəməsinə verilmiş iddia ərizələri və notariat əməliyyatları üzrə dövlət rüsumunun ödənilməsi (büdcə təşkilatlan, Milli Bank və onun qurumları istisna olmaqla) xərcləri daxildir.

282200. "Əsaslı xərclər" paraqrafına müəssisə və təşkilatlar tərəfindən əsaslı təmir xərclərinin aparılması ilə bağlı xərclər daxildir. Bu paraqrafa yaşayış və hərbi binaların, sosial-mədəni və kommunal bina və tikililərin, inzibati və idarəetmə bina və tikililərin, digər mülki bina və tikililərin, yolların və körpülərin, suvarma və digər kanalların təmiri xərcləri daxil edilir. Həmçinin bu paraqrafa təşkilatlar və müəssisələr tərəfindən nəqliyyat (avtomobillərin və di-gər nəqliyyat texnikasının) vasitələrinin, istehsal, qeyri-istehsal avadanlıqlarının və digər daşman əsas vəsaitlərin əsaslı təmiri ilə bağlı xərclər daxildir.

282300. "Bank xərcləri" paraqrafına idarə və müəssisələrə banklar tərəfindən göstərilən bank xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclər daxildir.

310000. "Qeyri-maliyyə aktivlərinin alınması" bölməsinə qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər daxildir. Bu bölmə "311000. Əsas və-saitlər", "312000. Maddi-istehsal ehtiyatları", "313000. Qiymətli materiallar" və "314000. Qeyri-istehsal aktivləri" köməkçi bölmələrindən ibarətdir.

311000. "Əsas vəsaitlər" köməkçi bölməsinə bina və tikililər, maşın və avadanlıqlar, digər əsas vəsaitlər alınması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "311100. Bina və tikililər", "311200. Maşın və avadanlıqlar" və "311300. Digər əsas vəsaitlər" paraqraflarından ibarətdir.

311100. "Bina və tikililər" paraqrafına yaşayış binaları, qeyri-yaşayış binalan və digər tikililərlə bağlı xərclər daxildir. Bu paraqraf "311110. Yaşayış binaları", "311120. Qeyri-yaşayış binaları" və "311130. Digər tikililər" maddələrindən ibarətdir.

311110. "Yaşayış binaları" maddəsinə təşkilatlar və müəssisələr tərəfin-dən yaşayış binalarmın alınması və tikintisi ilə bağlı xərclər daxildir.

311120. "Qeyri-yaşayış binaları" maddəsinə təşkilatlar və müəssisələr tərəfindən qeyri-yaşayış bina və tikililərin (inzibati, idarəetmə, hərbi təyinatlı bina və tikililərin) alınması və tikintisi ilə bağlı xərclər daxildir.

311130. "Digər tikililər" maddəsinə təşkilatlar və müəssisələr tərəfindən digər mülki bina və tikililərin, sosial-mədəni binaların, suvarma kanallarının, yolların və körpülərin tikintisi və inşası, həmçinin 311110-311120-cı maddələrə daxil edilməyən tikinti ilə bağlı digər xərclər daxildir.

311200. "Maşın və avadanlıqlar" paraqrafına müəssisə və təşkilatlar tərəfindən nəqliyyat vasitələrinin, digər maşın və avadanlıqların alınması ilə bağlı xərclər daxildir. Bu paraqraf "311210. Nəqliyyat vasitələri" və "311220. Digər maşın və avadanlıqlar" maddələrindən ibarətdir.

311210. "Nəqliyyat vasitələri" maddəsinə müəssisə və təşkilatlar tərəfindən nəqliyyat vasitələrinin alınması və istehsalı ilə bağlı xərclər daxildir.

311220. "Digər maşın və avadanlıqlar" maddəsinə müəssisə və təşkilatlar tərəfindən digər raaşm, istehsal, qeyri-istehsal avadanlıqlarının alınması və istehsalı ilə bağlı xərclər daxildir.

311300. "Digər əsas vəsaitlər" paraqrafına kənd təsərrüfatı aktivlərinin və qeyri-maddi əsas aktivlərin alınması ilə bağlı xərclər daxildir. Bu paraqraf "311310. Kənd təsərrüfatı texnikası" və "311320. Qeyri-maddi əsas aktivlərin alınması" maddələrindən ibarətdir.

311310. "Kənd təsərrüfatı texnikası" maddəsinə kənd təsərrüfatı texnikasının, kənd təsərrüfatında iri buynuzlu, iş heyvanlarının alınması və saxlanılması, kənd təsərrüfatı üçün toxumların alınması və kənd təsərrüfatı ilə bağlı digər xərclər daxildir.

311320. "Qeyri-maddi aktivlər" maddəsinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, lisenziyalar, təşkilati xərclər, ticarət markaları, əmtəə nişanlarının alınması ilə bağlı xərclər daxildir.

312000. "Maddi-istehsal ehtiyatları" köməkçi bölməsinə satış üçün nəzərdə tutulan mallar, dövlət orqanları tərəfindən fövqəladə və strateji mal ehtiyatlarının, o cümlədən taxıl ehtiyatlarının və ölkə üçün vacib olan digər mal-ların alınması və yaradılması xərcləri daxildir.

313000. "Qiymətli materiallar" köməkçi bölməsinə dövlət orqanları tərəfindən qiymətli materialların alınması və yaradılması üzrə xərclər daxildir.

314000. "Qeyri-istehsal aktivləri" köməkçi bölməsinə torpağın (onlarda yerləşən tikinti obyektləri və qurğulardan başqa), meşənin, yeraltı sərvətlərin və faydalı qazıntıların yerinin alınması, kompüter proqramlarının alınması və hazırlanması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 4 paraqrafdan ibarətdir.

314100. "Torpaq" paraqrafına torpağın, meşələrin (onlarda yerləşən tikinti obyekti və qurğular istisna olmaqla) alınması ilə bağlı xərclər daxildir.

314200. "Yeraltı aktivlər" paraqrafına yerin təkində olan faydalı qazıntıların alınması ilə bağlı xərclər daxildir.

314300. "Digər təbii aktivlər" paraqrafına 314100-314200-cı paraqraflar-da göstərilməyən digər təbii aktivlərin alınması ilə bağlı xərclər daxildir.

314400. "İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər" paraqrafına bir ildən çox istifadə edilən kompüter proqramlarının hazırlanması və ya onun alınması ilə bağlı xərclər daxildir.

320000. "Maliyyə aktivləri üzrə əməliyyatlar" bölməsinə ölkə daxilin-də dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar, həmçinin valyuta, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, səhm və digər kapital, törəmə maliyyə alətləri və sair maliyyə aktivləri üzrə əməliyyatlar daxildir.

321000. "Daxili" köməkçi bölməsinə ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "321200. Valyuta və depozitlər", "321300. Səhmlər istisna olmaqla qiymətli kağızlar", "321400. Ssudalar", "321500. Səhm və digər kapital", "321700. Törəmə maliyyə alətləri" və "321800. Digər maliyyə aktivləri" paraqraflarından ibarətdir.

321200. "Valyuta və depozitlər" paraqrafına ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar üzrə əməliyyatlar, il ərzində valyutanın qiymətinin dəyişməsi, qoyulmuş depozitlərin faizinin dəyişməsi ilə bağlı əməliyyatlar daxildir.

321300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə daxilində dövlət tərəfindən alınan uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "321310. Qısamüddətli" və "321320. Uzunmüddətli" maddələrindən ibarətdir.

321400. "Ssudalar" paraqrafında dövlət tərəfindən verilən ssudalar üzrə əməliyyatlar əks etdirilir. Bu paraqraf "321410. Qısamüddətli" və "321420. Uzunmüddətli" maddələrindən ibarətdir.

321500. "Səhm və digər kapital" paraqrafına dövlət tərəfindən ölkə daxilində səhm və digər kapitalın alınması ilə bağlı əməliyyatlar daxildir.
321700. "Törəmə maliyyə alətləri" paraqrafına dünya bazarında xarici valyutaların məzənnəsinin faiz dərəcələrinin, qiymətli kağızların məzənnəsinin dəyişməsi zamanı olan risklərdən müdafiəsi ilə bağlı əməliyyatlar daxildir.

321800. "Digər maliyyə aktivləri" paraqrafına 312200-312700-cı paraqraflarına daxil edilməyən ölkə daxilində digər maliyyə aktivləri üzrə əməliyyatlar daxildir.

322000. "Xarici" köməkçi bölməsinə ölkə xaricində dövlətə məxsus cari və tranzit hesablar, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, xarici borclar üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "322200. Valyuta və depozitlər", "322300. Səhmlər istisna olmaqla qiymətli kağızlar", "322400. Ssudalar", "322700. Törəmə maliyyə alətləri" və "322800. Digər maliyyə aktivləri" paraqraflarından ibarətdir.

322200. "Valyuta və depozitlər" paraqrafında ölkə xaricində dövlətə məxsus cari və tranzit hesabları üzrə əməliyyatlar, il ərzində valyutanın qiymətinin dəyişməsi, qoyulmuş depozitlərin faizinin dəyişməsi nəticəsində fərqi əks olunur.

322300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə xaricində dövlət tərəfindən alınan uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "322310. Qısamüddətli" və "322320. Uzunmüddətli" maddələrindən ibarətdir.

322400. "Ssudalar" paraqrafına dövlət tərəfindən xaricə verilən ssudalar üzrə əməliyyatlar daxildir. Bu paraqrafa "322410. Qısamüddətli" və "322420. Uzunmüddətli" maddələri daxildir.

322700. "Törəmə maliyyə alətləri" paraqrafına dünya bazarında xarici valyutaların məzənnəsinin faiz dərəcələrinin, qiymətli kağızların məzənnəsinin dəyişməsi zamanı olan risklərdən müdafiə üzrə əməliyyatlar daxildir.

322800 "Digər maliyyə aktivləri" paraqrafına 312200-312700-cı paraqraflarında öz əksini tapmayan ölkə xaricində digər maliyyə aktivləri üzrə əməliyyatlar daxildir.

323000. "Qızıl və SDR" paraqrafında qızıl və SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borclarına vahidi) maliyyə aktivlərinin yaradılması üzrə əməliyyatlar daxildir.

330000. "Öhdəliklər üzrə maliyyə əməliyyatları" bölməsi "331000. Daxili" və "332000. Xarici" köməkçi bölmələrindən ibarətdir.

331000. "Daxili" köməkçi bölməsinə dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar, dövlətin qiymətli kağızlarının və istiqrazlarının satışından yaranan öhdəliklər və daxili borclanmadan yaranan öhdəliklər üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "331200. Valyuta və depozitlər", "331300. Səhmlər istisna olmaqla qiymətli kağızlar" və "331400. Ssudalar" paraqraflarından ibarətdir.

331200. "Valyuta və depozitlər" paraqrafına ölkə daxilində dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar daxildir.

331300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə daxilində buraxılmış uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "331310. Qısamüddətli" və "331320. Uzunmüddətli" maddələrindən ibarətdir.

331400. "Ssudalar" paraqrafına dövlət tərəfindən alman qısamüddətli və uzunmüddətli ssudalar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "331410. Qısamüddətli" və "331420. Uzunmüddətli" maddələrindən ibarətdir.

332000. "Xarici" köməkçi bölməsinə dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar, qiymətli kağızların və istiqrazların satışından yaranan öhdəliklər və xarici borclanmadan yaranan öhdəliklər üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "332200. Valyuta və depozitlər", "332300. Səhmlər istisna olmaqla qiymetli kağızlar" və "332400. Ssudalar" paraqraflarından ibarətdir.

332200. "Valyuta və depozitlər" paraqrafına ölkə xaricində dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesablan üzrə əməliyyatlar daxildir.

332300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə xaricində alınmış uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "332310. Qısamüddətli" və "332320. Uzunmüddətli" maddələrindən ibarətdir.
332400. "Ssudalar" paraqrafına dövlət tərəfindən xaricdən alınan uzunmüddətli və qısamüddətli ssudalar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "332410. Qısamüddətli" və "332420. Uzunmüddətli" maddələrindən ibarətdir.
Yüklə 488,08 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin