Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə



Yüklə 2,54 Mb.
səhifə20/22
tarix11.06.2018
ölçüsü2,54 Mb.
#53403
1   ...   14   15   16   17   18   19   20   21   22

DÖVLƏT FOND-LARI

 

 

 

1700

 

 

 

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu

 

1701

 

 

 

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

 

1702

* Təxsisat sərəncamçıları sütununda dövlət xəzinədarlığında xəzinə hesabına malik olan təşkilatların adlan göstərilir. 4-cü sütun dövlət xəzinədarlığı tərəfindən istifadə olunur.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 15 mart 2006-cı il tarixli 82 nömrəliAzərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 303)

2. 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, № 5, maddə 463)
3. 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, № 5, maddə 468)
4. 9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731)
4. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

5. 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994)

6. 16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50)

7. 08 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021)

8. 19 dekabr 2007-ci il tarixli 207 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1343)

9. 30 dekabr 2007-ci il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1352)

10. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

11. 10 aprel 2008-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 308)

12. 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936)

13. 6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22)

14. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

15. 5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144)

16. 16 fevral 2009-cu il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 150)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


[1] 30 dekabr 2007-ci il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1352) ilə "Büdcə gəlirlərinin təsnifatı" adlı 1 nömrəli əlavə üzrə, aşağıdakı əlavələr və dəyişikliklər edilmişdir.
"1.1.1.1.1.0. Muzdlu işlə əlaqədar gəlir vergisi" maddəsinə yeni redaksiyada 1.1.1.1.1.3-cü yarımmaddə əlavə edilmişdir.
"1.1.4.1.1.0. Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi" maddəsinə yeni redaksiyada 1.1.4.1.1.1-ci və 1.1.4.1.1.2-ci yarımmaddələr əlavə edilmişdir.
"1.1.4.3.1.0. Hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi" maddəsinə yeni redaksiyada 1.1.4.3.1.3-cü yarımmaddə əlavə edilmişdir.
"1.1.4.3.2.0. Fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi" maddəsinə yeni redaksiyada 1.1.4.3.2.3-cü yarımmaddə əlavə edilmişdir.
"1.1.5.5.0.0. Xarici valyutada aparılmış əməliyyatlardan vergilər" paraqrafının adı yeni redaksiyada verilmişdir.
"1.1.5.5.0.0. Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar".
"1.2.2.0.0.0. Sosial ehtiyaclara digər ayırmalar" köməkçi bölməsinə yeni paraqraf əlavə edilmişdir.
"1.4.2.3.1.0. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar" maddəsi yeni yarımmaddələrlə əvəz edilmişdir.
"1.4.2.3.3.0. Sair məqsədli büdcə fondlarının daxilolmaları" maddəsinin adı "1.4.2.3.3.0. Məqsədli büdcə fondlarının daxilolmaları" kimi verilmişdir və yeni yarımmaddələr əlavə edilmişdir.

[2] 16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50) ilə "Büdcə gəlirlərinin təsnifatı" adlı 1 nömrəli əlavə üzrə "1.1.4.3.1.0. Hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi" maddəsinə yeni 1.1.4.3.1.1-ci və 1.1.4.3.1.2-ci yarımmaddələr əlavə edilmişdir.


[3] 16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50) ilə 1.1.4.3.2.0. Fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi" maddəsinə aşağıdakı redaksiyada 1.1.4.3.2.1-ci və 1.1.4.3.2.2-ci yarımmaddələr əlavə edilmişdir.

[4] 16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50) ilə 1.1.4.5.2.0. Azərbaycan Respublikasına malların idxalına görə aksiz" maddəsində "1.1.4.5.2.6" yarımmaddəsi "1.1.4.5.2.7" yarımmaddəsi hesab olunmaqla, yeni redaksiyada 1.1.4.5.2.6-cı yarımmaddə əlavə edilmişdir.

[5] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına aşağıdakı əlavələr və dəyişikliklər edilmişdir.


1. “Büdcə gəlirlərinin təsnifatı” adlı 1 nömrəli əlavə üzrə:
“1.1.4.6.0.0. “Fiskal inhisarçıların mənfəəti” paraqrafı mətndən çıxarılmışdır və “1.1.4.7.0.0.”, “1.1.4.8.0.0.”, “1.1.4.8.1.0.”, “1.1.4.8.2.0.”, “1.1.4.9.0.0.”, “1.1.4.10.0.0.” rəqəmləri müvafiq olaraq “1.1.4.6.0.0.”, “1.1.4.7.0.0.”, “1.1.4.7.1.0.”, “1.1.4.7.2.0.”, “1.1.4.8.0.0.”, “1.1.4.9.0.0.” rəqəmləri hesab edilmişdir.
16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50) ilə 1.1.4.6.0.0 "Spesifik xidmətlərə görə vergilər" maddəsində "vergilər" sözü "ödənişlər" sözü ilə əvəz edilmişdir.

[6] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə .1.4.6.0.0. “Spesifik xidmətlərə görə vergilər” paraqrafına aşağıdakı redaksiyada yeni maddələr əlavə edilmişdir.


“1.1.4.6.1.0. “Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər”;
“1.1.4.6.2.0. “Kurort, mehmanxana, avtomobil dayanacaqları üçün ödənişlər və qanunla müəyyən edilən digər yerli ödənişlər”.

[7] 16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50) ilə 1.1.4.7.1.0. Azərbaycan Respublikasının avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi" maddəsinə yeni 1.1.4.7.1.1-ci və 1.1.4.7.1.2-ci yarımmaddələr əlavə edilmişdir.

[8] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.1.5.1.0.0. “İdxal rüsumları” paraqrafına aşağıdakı redaksiyada yeni maddələr və yarımmaddələr əlavə edilmişdir.
“1.1.5.1.1.0. Hüquqi şəxslər tərəfindən ödənilən idxal rüsumu” maddəsi;
“1.1.5.1.1.1. 15 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.1.2. 10 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.1.3. 5 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.1.4. 3 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.1.5. 1 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.1.6. 0,5 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.1.7. Spesifik dərəcə ilə rüsum tutulan idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.2.0. Fiziki şəxslər tərəfindən ödənilən idxal rüsumu” maddəsi;
“1.1.5.1.2.1. 15 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.2.2. 10 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.2.3. 5 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.2.4. 3 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.2.5. 1 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.2.6. 0,5 faiz idxal rüsumu” yarımmaddəsi;
“1.1.5.1.2.7. Spesifik dərəcə ilə rüsum tutulan idxal rüsumu” yarımmaddəsi;

[9] 16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50) ilə 1.1.5.1.0.0. İdxal rüsumları" paraqrafına 1.1.5.1.3.0-cı maddə əlavə edilmişdir.

[10] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.1.7.0.0. İcarə haqqı” paraqrafına aşağıdakı redaksiyada yeni maddə və yarımmaddələr əlavə edilmişdir.
“1.4.1.7.3.1. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən icarə haqqı” yarımmaddəsi;
“1.4.1.7.3.2. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı” yarımmaddəsi;
“1.4.1.7.5.0. Bələdiyyə əmlakının icarəyə verilməsindən gəlirlər” maddəsi.

[11] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.1.5.0. Dövlət müəssisə və təşkilatlarının satışından daxilolmalar” maddəsinə aşağıdakı redaksiyada yeni yarımmaddələr əlavə edilmişdir.


“1.4.2.1.5.1. Aksiz markalarının satışından daxilolmalar”;
“1.4.2.1.5.2. Ciddi hesabat blanklarının satışından daxilolmalar”.

[12] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.1.7.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsi üzrə daxilolmalar” maddəsi çıxarılmışdır.


“1.4.2.1.6.1.” rəqəmi “1.4.2.1.8.1.” rəqəmi ilə, “1.4.2.1.6.2.” rəqəmi “1.4.2.1.8.2.” rəqəmi ilə, “1.4.2.1.7.0.” rəqəmi “1.4.2.1.9.0.” rəqəmi ilə əvəz edilmişdir.

[13] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.1.9.0. Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar” maddəsinə aşağıdakı redaksiyalarda yeni yarımmaddələr əlavə edilmişdir.


“1.4.2.1.9.1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar”;
“1.4.2.1.9.2. Qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlakın satışından daxilolmalar”;
“1.4.2.1.9.3. Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın satışından daxilolmalar”;
“1.4.2.1.9.4. Dövlətin maliyyə orqanlarına təhvil verilən dəfinələrin satışından daxilolmalar”.

[14] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.2.1.0. “Dövlət rüsumu” maddəsində “1.4.2.2.1.1. “Məhkəməyə verilən iddia ərizələrinə görə” sözləri “1.4.2.2.1.1. “Məhkəməyə verilən iddia ərizələrinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına görə, hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatına görə” sözləri ilə əvəz edilmişdir.

[15] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.2.1.3. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına görə” sözləri “1.4.2.2.1.3. “Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbula, bərpasına və ya vətəndaşlıqdan çıxmağa görə” sözləri ilə əvəz edilmişdir.

[16] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.2.1.4. “Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul və ya vətəndaşlıqdan çıxmağa görə” sözləri “1.4.2.2.1.4. “Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılmasına görə” sözləri ilə əvəz edilmişdir..

[17] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.2.1.5. “Konsul əməliyyatlarının aparılmasına görə” sözləri “1.4.2.2.1.5. “Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə” sözləri ilə əvəz edilmişdir.

[18] 16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50) ilə 1.4.2.2.1.6-cı maddəsində "Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə görə " sözləri "Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə və nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsinə görə" sözləri ilə əvəz edilmişdir.


[19] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.2.1.7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və təkrar qeydiyyatına görə” sözləri “1.4.2.2.1.7. “Qiymətli kağızların qeydiyyata alınmasına (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsinə görə, sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə, ipoteka kağızlarının qeydiyyatı və əlavə qeydiyyatı, habelə icazələrin bəzi növlərinin verilməsinə görə” sözləri ilə əvəz edilmişdir.

[20] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.2.1.8. “Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə görə” sözləri “1.4.2.2.1.8. “Əmlaka mülkiyyət hüququna, o cümlədən torpağa mülkiyyət, icarə və istifadə hüququna dair sənədlərin verilməsi və girovun dövlət qeydiyyatına görə” sözləri ilə əvəz edilmişdir.
[21] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.2.1.9. “Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsinə görə” sözləri “1.4.2.2.1.9. “Sair dövlət rüsumu” sözləri ilə əvəz edilmişdir.

[22] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2.2.1.10. “Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə görə”, “1.4.2.2.1.11. “Əmlaka mülkiyyət hüququna, o cümlədən torpağa mülkiyyət, icarə və istifadə hüququna dair sənədlərin verilməsi və girovun dövlət qeydiyyatına görə” və “1.4.2.2.1.12. “Sair dövlət rüsumu” yarımmaddələri çıxarılmışdır.


[23] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "Büdcə gəlirlərinin təsnifatı" adlı 1 nömrəli əlavəyə yeni məzmunda 1.4.2.3.3.6-cı yarımmaddə əlavə edilmişdir.

[24] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.3.0.0.0. “Cərimə və sanksiyalar üzrə daxilolmalar” köməkçi bölməsinə aşağıdakı redaksiyada yeni paraqraf və yarımmaddə əlavə edilmişdir.


“1.4.3.1.0.1. Maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar” yarımmaddəsi;

[25] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.3.4.0.0. Vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar” paraqrafı.


Aşağıdakı redaksiyada yeni köməkçi bölmə və paraqraflar əlavə edilmişdir.
“1.4.6.0.0.0. Büdcələr arasında transfertlər” köməkçi bölməsi;
“1.4.6.1.0.0. Dövlət büdcəsindən alınan dotasiyalar” paraqrafı;
“1.4.6.2.0.0. Yerli gəlir və xərcləri tənzimləmək üçün büdcələrarası ayrılan vəsaitlər” paraqrafı;
“1.4.6.3.0.0. Qarşılıqlı hesablaşmalar əsasında transfertlər” paraqrafı;
“1.4.6.4.0.0. Büdcədən alınan ssudalar” paraqrafı.
16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50) ilə 1.4.3.4.0.0. Vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar" paraqrafına yeni redaksiyada 1.4.3.4.1.0-cı və 1.4.3.4.2.0-1.4.3.4.9.0-cı maddələri, 1.4.3.4.1.1-ci və 1.4.3.4.1.2-ci yarımmaddələri və 1.4.3.5.0.0-cı paraqrafı əlavə edilmişdir.

[26] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Büdcə gəlirlərinin təsnifatına əlavə”nin izahat hissəsi üzrə:


“1.1.4.6” paraqrafı mətndən çıxarılsın və “1.1.4.7.”, “1.1.4.8” və “1.1.4.9.” rəqəmləri müvafiq olaraq “1.1.4.6.”, “1.1.4.7.” və “1.1.4.8.” rəqəmləri hesab edilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.1.4.6. Fiskal İnhisarçıların mənfəəti dedikdə, dövlət tərəfindən onlara verilən İnhisarçı hüquqlarından istifadə edərək müəyyən qrup malların istehsalını, işlərin görülməsini və xidmətlərin göstərilməsini və ya onların bölüşdürülməsini həyata keçirən inhisarçı dövlət müəssisələri tərəfindən əldə olunan mənfəətdən ayırmalar başa düşülür, Adətən, bələ İnhisarçı fəaliyyət neft məhsullarının, spirtlİ İçkilərin, tütün məmulatlarının istehsalına və kommunal xidmətlərin göstərilməsinə aid edilir. Belə fiskal inhisarçılar dövlət müəssisələrindən fərqlənir. Belə ki, fiskal inhisarçılar gəlirlərin büdcəyə təmin edilməsi məqsədi ilə yaradıldığı halda, dəmir yolu, energetika, rabitə kimi dövlət müəssisələri dövlətin sosial-iqtisadi vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə yaradılır.
15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.1.4.6.” paraqrafında “reklama” sözü “dövlət və bələdiyyə torpaqlarında , binalarında və digər obyektlərində küçə (divar) reklamının yerləşdirilməsi və yayımı, kurort, mehmanxana, avtomobil dayanacaqları üçün ödənişlər” sözləri ilə əvəz edilmişdir.
16 yanvar 2007-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 50) ilə Büdcə gəlirlərinin təsnifatı"na əlavə üzrə, 1.1.4.6-cı paraqrafında "vergilərə" sözləri "ödənişlərə" sözləri ilə əvəz edilmişdir.

[27] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.1.7.” paraqrafında “dövlət” sözündən sonra “və bələdiyyəyə” sözləri əlavə edilmişdir.

[28] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.3.” paraqrafında “cinayət və inzibati qaydada hüquqpozmalara” sözləri “cinayət hüquqpozma və inzibati xətalara, maliyyə, sığorta, vergi və” sözləri ilə əvəz edilmişdir, ikinci abzas mətndən çıxarılmışdır.
ikinci abzasın mətnində deyilirdi:
Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan cərimə və sanksiyalar təsnifatda həmin növ vergiyə aid edilən kateqoriyada öz əksini tapır.

[29] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə 1.4.6-cı bənd əlavə edilmişdir.

[30] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə 3. “Büdcə xərclərinin funksional təsnifatı” adlı 2 nömrəli əlavəyə aşağıdakı köməkçi bölmə və paraqraflar əlavə edilmişdir.
“1.1.7. Digər mərkəzi təşkilatların saxlanılması” paraqrafı;
“1.7.3. Büdcələrarası digər transfertlər” paraqrafı;
“4.4.4. Orta-ixtisas təhsili” paraqrafı;
“4.5.3. İxtisasartırma institutları” paraqrafı;
“5.2.5. Sanitar-epidemioloji xidmətlər” paraqrafı;
“6.2.4. Əlillərlə bağlı sosial təminat tədbirləri” paraqrafı;
“6.2.5. Əmək və əhalinin sosial müdafiəsi tədbirləri” paraqrafı;
“13.3.3. İqtisadi islahatların həyata keçirilməsi” paraqrafı;
“13.3.4. Sahibkarlığın inkişafı ilə bağlı tədbirlər” paraqrafı;
“13.3.5. Dövlət müəssisələrinə maliyyə yardımı” paraqrafı;
“14.3.0. Əsas bölmələrə aid edilməyən sair xərclər” köməkçi bölməsi;
“14.3.1. Məhkəmənin qərarlarına əsasən fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” paraqrafı;
“14.3.2. Aztəminatlı şəxslərə, cinayət üzrə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardım göstərilməsi, cinayət prosesində iştirak edən şəxslər, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar zərərçəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi ilə bağlı xərclər” paraqrafı;
“14.3.3. Müxtəlif xərclər” paraqrafı;
“14.3.4. Valyuta konvertasiyası üzrə xərclər” paraqrafı;
“14.3.5. Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması ilə bağlı xərclər” paraqrafı.

[31] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Büdcə xərclərinin funksional təsnifatına əlavə”nin izahat hissəsi üzrə:


“1.1.0. “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması” köməkçi bölməsində üçüncü halda “və” sözü çıxarılmışdır, “1.1.6. “Yerli özünüidarəetmə (bələdiyyə) orqanları” sözləri ilə əvəz edilmişdir və “1.1.7. Digər mərkəzi təşkilatların saxlanılması” sözləri və rəqəmləri əlavə edilmişdir.

[32] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.1.5. “Yerli icra hakimiyyəti orqanları” paraqrafına “orqanlarının” sözündən sonra “və onların müstəqil idarə və şöbələrinin” sözləri əlavə edilmişdir.


Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin