Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi


Kollegiyanın sədri                                                                     Abbas Ələsgərov



Yüklə 2,07 Mb.
səhifə2/33
tarix04.01.2022
ölçüsü2,07 Mb.
#52744
1   2   3   4   5   6   7   8   9   ...   33
Kollegiyanın sədri                                                                     Abbas Ələsgərov

 

 

 



 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikası

Dövlət Şəhərsalma və Arxitektura

Komitəsinin Kollegiyası

Qərar № 03

12 iyun 2012-ci il

Sədr ___________ A.Ələsgərov


 

 

Tikinti üçün layihə işlərinə qiymətlər toplusu - “Yaşayış və ictimai binalar”

 

Qiymətlərin tətbiqi üzrə göstəriş

 

1. Toplunun bu bölməsi yaşayış və ictimai binaların, həmçinin onların komplekslərinin fərdi layihələrinin işlənməsi qiymətlərini özündə əks etdirir.



2. Əgər birləşmə, bloklaşma və ya əlavə tikililərin layihələndirmə qiymətləri normalarda nəzərdə tutulmayıbsa, birləşdirilmiş və ya bloklaşdırılmış bina və qurğuların və həmçinin içərisində qurulmuş başqa təyinatlı yerləşgələr olan binaların tikintisinə layihə-smeta sənədlərinin işlənməsinin dəyəri, birləşdirilən və ya bloklaşdırılan bina və qurğuların, o cümlədən, əsas binaların və içərisində qurulmuş yerləşgələrin layihələndirmə qiymətlərinin cəmlənməsi ilə təyin olunur.

Bu halda əsas binanın layihələndirmə qiyməti əmsal 1-lə, ona birləşdirilmiş tikililərin cəmlənmiş qiymətləri isə sifarişçi ilə razılaşdırılaraq azaldıcı əmsal tətbiq etməklə müəyyən edilir.



3. Memarlıq baxımından mühüm əhəmiyyət kəsb edən fərdi binaların layihə sənədlərinin işlənməsi qiyməti əmək sərfinə görə hesablanmaqla təyin edilir.

Binaların bu kateqoriyaya aid edilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilir.



4. «Tikinti üçün layihə işlərinə qiymətlər toplusunun tətbiqi üzrə Ümumi Göstərişlər»in 2.16-cı bəndi bu qiymət toplusuna şamil edilmir.

5. Monolit betondan və ya həcmli bloklardan olan yaşayış və ictimai binaların layihə-smeta sənədlərinin işlənməsi dəyəri qiymətlər toplusu üzrə 1,2 əmsalı tətbiq etməklə təyin olunur.

6. Mövcud normativ sənədlərdə işlənməsinə xüsusi tələblər qoyulmuş, mürəkkəb şəraitdə tikilən 7 və daha çoxmərtəbəli binaların layihə-smeta sənədlərinin hazırlanmasının dəyəri, qiymət toplularındakı layihə işlərinin dəyərinə aşağıdakı cədvəldə göstərilən əmsalları tətbiq etməklə təyin edilir.

 

Qeyd. Toplunun cədvəllərində göstərilmiş qiymətlərin səviyyəsi 01.01.2009-cu il tarixinə təyin edilmişdir.

 


Cədvəl A

 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin