Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə18/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   14   15   16   17   18   19   20   21   ...   32
Gələcəyə izlər aça.

Təbib kimi əlac tapıb

Açılmamış gözlər aça

O kimsəyə ver gözü sən

Haya yetə, hoya gələ.

Ürəkləri düz oxuyub,

Gözlərə düz baxa bilə” [15, s.37].

“O” deyktiki “o kimsə” strukturunda verilir; həmin komponentlər məzmun baxımından qovuşuqdur, bütövdür. Bu status haqqında danışılan deyktiki cümlə komponentlərinin digər üzvlərindən fərqləndirir. Bu vaxt MSB hüdudunda deyktikin iki funksiyası reallaşır:

1.Kommunikativ funksiyası; mətn hipertemasının qurulmasında təyinedici rol oynayır; mikromətnin informativ yükü ona nəzərən reallaşır.

2. Mətnin formalaşmasında, onun komponentləri arasında əlaqələndirici kimi formal vahid funksiyası.

Göründüyü kimi, ikinci funksiya birincidən doğur. Eləcə də ikinci də birincinin formal təşkilinə imkan yaradır. Deməli, bir-birini tamamlayan bu iki funksiya mikromətnin daxili təşkilini təmin edir.

Bəzən deyktiklər mikromətlərin bir-birinə bağlanmasına şərait yaradır, daha doğrusu, analoji funksiyanı MSB kontekstində də yerinə yetirir. Bu xüsusiyyət də deyktiklərin nitqdəki kommunikativ rolundan irəli gəlir.

İnversiya. İnversiyanın mətndaxili əlaqələndirici rolu inversiya olunan vahidə görədir. K.M. Abdullayev yazır: “Mətndə əlaqə vasitəsi rolunu oynayan inversiya söz sırasının elə dəyişməsini keçirir ki, burada müəyyən ümumi üzv bütün mətnin əvvəlində deyil, mətnin komponentlərinin arasında işlənir. Bunda əsas məqsəd o olur ki, ümumi üzvün orta mövqedə işlənməsi ilə, yəni həm özündən əvvəlki, həm də özündən sonrakı komponentlərə aid olmaları ilə bu komponentlərin bir-birinə daha möhkəm bağlanması əldə edilsin” [4, s.157].

İnversiya olunan vahid ümumi üzvdür; ona görə ümumidir ki, bütövlükdə mikromətni əhatə edir, mətn semantikası ondan törəyir. Məsələn:

Xacə İbrahim ağa dalı-dalı çəkilib isti çadırdan çıxdı soyuq çölə. Çöl-bayır işım-işım işıldayırdı. Çöldəki hər ulduzun işığı gəlib bu yer üzünə ayrıca çatırdı nədi, hər tərəf gündüzdəki kimi işıqlıydı. Nazik, ürəyideşən kədər dolu bir cızıltı səs də bu işıltının düz içindən çıxırdı. Xacə İbrahim ağa bir otərəfə boylandı, bir də bu tərəfə nəzər yetirdi, gedib çadıra yaxın bir yerdə, sağ əldə yerə çökmüş Qotazlı dəvənin hərdən diksinən bir böyrünə qısılıb sarvan Nəzərli yatmış idi, bu biri diksinən böyründə də Xacə İbrahim ağa özünə yer elədi. Kilim kimi bir şeydi nəydisə, dəvənin üstündən götürüb yerə saldı, ayaqlarıyla təpikləyib quru yerini yumşaltdı, uzandı üstündən. Bir o tərəfə, bir bu biri tərəfə qurcuxdu, bir az da yerini yumşaltdı, amma nə illah elədi gözlərinə zalım yuxu getmədi ki, getmədi. Eləcə göydəki şıltaq, yorğun ulduzları seyr edə-edə bir para düşüncələrə qərq olub qaldı” [2, s.46].

Verilmiş mikromətndə ümumi üzv inversiya olunan “Soyuq Çöl” dür. Mikromətndə təsvir olunan hadisələr də burada baş verir; Xacə İbrahim ağanın Qotazlı dəvənin böyrünə sığınması, onun gözlərinə yuxu getməməsi də bu məkanda baş verir. Deməli, ümumi üzv mikromətn hipertemasındakı mənasıdır və hadisələr öz başlanğıcını buradan götürür. Məhz inversiya olunan üzvün mətndaxili əlaqənin reallaşmasındakı rolu da bundan ibarətdir. Çox maraqlıdır ki, qeyd etdiyimiz mikromətndə inversiya olunan vahid (soyuq çöl) sonra gələn cümlənin əvvəlində də işlənməklə oxucunu hadisələrin baş verəcəyi məkana istiqamətləndirir. Bu kontekstdə üç varlıq (Xacə İbrahim, çöl, göydə işıldayan ulduzlar) kosmosun tərkib hissəsi kimi bir-birini tamamlayır. Xacə İbrahim məkana daha yaxındır, ona sığınır. Bu mənada, ümumi üzv mikromətn hipertemasını tam əhatə edir. Əksər hallarda inversiya mikromətnin əvvəlinci cümləsində gəlməklə, onunla bağlı hadisələr açılmağa doğru gedir, hadisələr həmin ümumi üzvün ətrafında cərəyan edir. Ümumi üzvün – inversiya olunan vahidin komponentlərarası əlaqələndirici funksiyası da bundan irəli gəlir. Qeyd olunan ümumi üzvün mətn daxilindəki həm semantik, həm də formal əlaqə funksiyası bir-biri ilə əlaqələnmiş, bir-birini şərtləndirən tərzdə təzahür edir:

Məmmədquluya bir neçə gün heç kim bir söz demədi, padişahın nə qərar çıxardığı barədə. Bu yazıq da qalmışdı nigaran ki, əlbəttə başından böyük qələti eləyibdir, amma iş də artıq işdən keçmişdi. Düşünürdü: “Şahverən vardır şahın ləşkərində mən əvəzi heç olmazsa, buna görə məni buraxar inşallah. Allaha təvəkkül. Ağlına gələn Məmmədqulunun dilinə də gəlirdi, məsləhətləşdiyi, ürəyini açdığı, nigarançılığını bölüşdüyü köməkçisi qoca bir qul vardı, o idi. Bu qoca qul da Məmmədqulu ilə söhbətin hər dəfəsində onun son sözlərini qara başını tərpədə-tərpədə təkrar edər, hər dəfə “Allaha təvəkkül” deyib bununla da susardı. Amma sulu gözləri öz içində gizlətdiyi qorxu ilə bir yerdə hərlənirdi Məmmədquludan ötəri, çünki Məmmədquluya həqiqətən də sidq-ürəkdən bağlanmışdı, uzun-uzun illər idi ki, ondan savayı bir kimsəsi yoxdu” [2, s.27].

Bu mətndə bir-birini tamamlayan iki ümumiləşdirici üzv (padişahın nə qərar çıxardığı barədə, nigaran) vardır. Onlar bir-birini tamamlayır; ikinci (nigaran) birincidən (padişahın nə qərar çıxardığı barədə) törəyir. Burada bir məsələ də vardır ki, ümumiləşdirici üzvün birincisi birinci cümlədə, ikincisi isə ikinci cümlədə yerləşir. Ümumiləşdirici üzvlərdən birincisi ikincisinin səbəbidir və onlar bir-birini inkar etmir.

Ümumiləşdirici üzv mikromətnin ortasında da gələ bilər. Bu vaxt əvvəlki cümlələrdə ümumi üzvün ifadə edəcəyi fikrə başlanğıc verilir, hadisəni həmin məqama gətirir:

Zəbulla isti yay gecəsi həyətdə hovuzun kənarında yatağını salıb uzanmışdı, xorultusu da artıq dörd tərəfə düşüb çəpər boyu utancaq-utancaq boylanan qızılgülləri diksindirməkdə idi. Elə yuxudaca əlindəki qəməni Məmmədqulu var gücü ilə saplamışdı düz bunun ürəyinin başından. Həyat Zəbullanın bütün vücudundan yığışıb gəlib gözlərinin dibindən bayıra çıxdığı yerdə gözlərini yummazdan əvvəl son dəfə geniş, bir balaca da təəccüblə onları açıb başının üstündə Məmmədqulunu gördüyü zaman ağzından bir qanqarışıq ah çıxmışdı. Son gücünü toplayıb nə illah etmişdisə də, amma başını dikəldə bilməmişdi və hardansa güc alıb gəlib, bu zaman dodaqlarına şux təbəssüm qonmuşdu. Canını tapşırandan sonra da dodaqlarında o təbəssüm vardı” [2, s.31].

Bu mikromətndə ümumi üzv (düz bunun ürəyinin başından) söz birləşməsi ilə ifadə olunub və ikinci cümlənin sonunda yerləşmişdir. Birinci cümlədə Zəbullanın isti yay günündə xorultu ilə yatması Məmmədqulunun onu öldürməsi üçün imkandır; bu, ikinci cümlədə ifadə olunur və ümumi üzv də həmin cümlənin sonunda verilir, onunla bağlı hadisələr həmin mikromətnin sonuna qədər davam edir.

Elə inversiyalara rast gəlmək olur ki, o, MSB-nin sonunda gəlir. Bu tipli inversiyaları formal əlaqələndirici vahid hesab etmək olarmı? Konkret misala müraciət edək:

Bu qanlı hadisələrdən sonra uzun müddət Məmmədqulunun sorağı bir yerdən gəldimi, gəlmədi. Qaçaq düşüb dağa-daşa çəkildi, ilim-ilim itdi, illərdi gəlib hansısı yavaş-yavaş, hansısı tez-tez ötüb keçdi, bunu bu görkəmə saldı, budur indi də oturub vəzir Məsdəlinin qənşərində nə istəyir, görəsən, bu bədbəxt, biçarə, zavallı?!” [2, s.38].

Bu mikromətndə diqqətimizi cəlb edən sonuncu cümlədəki “Məsdəlinin qənşərində”; “bu bədbəxt, biçarə, zavallı?!” inversial vahidləridir. Onlar ümumidən xüsusiyə doğru prinsipi əsasında qurulmuş mikromətnin vahidləridir; mətnin komponentləri ilə bağlıdır, lakin birbaşa deyil, dolayısı ilə. Qeyd olunan inversial vahidlər Məmmədqulu ilə bağlı olduğundan mətnlə əlaqələnir, ancaq mətn qurucu formal vahidə çevrilə bilmir. O, mətn hiperteması üçün o vaxt ümumiləşir ki, onlar mətndə nəticə yerində işlənir. MSB-nin ifadə etdiyi informasiya da həmin nəticəyə doğru istiqamətlənir.

Ellipsis. Ellipsis sintaksisdə tez-tez müraciət olunan dil hadisəsidir. Dilçilikdə mətnqurucu formal vahid kimi ona müraciət XX əsrin 70-ci illərindən daha da güclənmiş və bu sahədə dəyərli tədqiqat əsərləri meydana gəlmişdir [81, s.303].

Azərbaycan dilçiliyində K.M. Abdullayev mətn səviyyəsində bu problemdən bəhs etmişdir. O yazır: “Ellipsis hər hansı komponentdə bu və ya başqa vahidin formal şəkildə iştirak etməsindən yaranır. Ellipsislik ideyası əslində sintaktik vahidin dəyərə malik yoxluğunun üzərində qurulur. Məhz belə bir yoxluq ellipsisli komponentləri, başqa sözlə desək, sıfır üzvlü komponenti başqa komponentlərə daha sıx şəkildə bağlayır” [5, s.158].

Qeyd olunduğu kimi dəyərə malik buraxılmış üzv kontekstə görə müəyyənləşir [127, s.708]. Məsələn: “Bir neçə il bundan qabaq bu uzunsaqqal müridlərdən biri Göytəpəyə gəlib çıxdı. Üç gün, üç gecə Molla Sadığın evində yeyib-yatdı. Getməzdən əvvəl ona bir kitab verdi. Bizim mirşidimiz, cəddinə qurban olduğum Seyid Nigarinindir. Oxu öyrən, başqalarını da başa sal, onun müridi ol, - dedi” [57, s.65].

Bu mikromətndə ellipsisə uğrayan “uzunsaqqal müridlərdən biri” ifadəsidir. Mətndə o buraxılandan sonra III şəxsin təkinin şəkilçisi ilə verilir və mətnin bütün komponentlərini bu kontekstdə birləşdirir. Bu tipli əlaqələnmələr müəyyən qədər də deyktivdir və burada deyktiv vahid III şəxs təkinin şəkilçisidir. Deməli, mikromətnin komponentlərini bir-biri ilə bağlayan elliptik vahidlər müəyyən qədər də deyktik ola bilir. Başqa bir misal:

Tapdıq kazakların da atını tutub gətirdi. Tüfəngləri götürüb çalın-çarpaz çiyninə keçirtdi. Qılıncları belinə bağladı. Əşrəfin çamadanını atın tərkinə sarıdı və sıçrayıb yəhərə qalxdı:

- Tez olun, səs-səmirə tökülüb gəlməmiş gedək” [57, s.102].

Yuxarıda ardıcıllıq əlaqəli mikromətndə bütün komponentləri bir-biri ilə bağlayan “Tapdıq” dır; o, MSB-nin birinci komponentində real şəkildə işlənsə də, sonrakılarda ellipsisə məruz qalır və bu tərzdə mətndaxili əlaqələnmə baş verir. Qeyd olunan komponentlərdə elliptik vahid III şəxsin təkinin şəkilçisi ilə verilir. Bu tipli əlaqəni paradiqmatik də adlandırmaq olar. Bu aspektdə paradiqma ellipsisin nəticəsi kimi meydana çıxır.

Bəzən ellipsis MSB-nin bütün komponentlərini əhatə edir:

Əhməd yavaşca onun çiynini qucaqladı. Yumaq kimi büzüşüb balacalaşmış bu ixtiyar kişini öpdü. Başını sinəsində xeyli saxladı” [57, s.106].

“Əhməd” verilən mikromətndə hadisələrin əsasında dayanır. O, birinci cümlədə real, qalan cümlələrdə isə elliptik şəkildə iştirak edir və bununla da komponentləri bir-biri ilə əlaqələndirir.

Xiazm. MSB-nin komponentləri arasındakı formal əlaqə vasitələrindən biri də xiazmdır. “Xiazmı mətn dilçiliyində əksinə paralelizm də adlandırırlar. Onun üslubi imkanları daha genişdir” [86, s.84]. Bir tərəfdən qrammatik və üslubi, digər tərəfdən də məntiqi məzmun daşıyan bu anlayış məntiqlə dilçiliyin sıx əlaqəsini də nümayiş etdirir. Misallara müraciət edək:

Müdriklərin dilində bu kəlam belə sızdı:




Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin