Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə19/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
Bu insandı – bəşərdi, bu oğlandı, bu qızdı;

Vəfasızdı – dönükdü, dönükdü – vəfasızdı

Bu dönüklər dünyası, vəfasızlar dünyası” [7, s. 26]

Səbəb-nəticə əlaqəsi əsasında qurulmuş bu MSB-də xiazmın komponentlərarası əlaqə vasitəsi funksiyası bu semantik əlaqə əsasında reallaşır, ümumidən xüsusiyə doğru prinsipi həmin komponentləri bir mərkəzə bağlayır. Belə bir əlaqə vasitəsi də sintaktik xüsusiyyət daşıyır, qeyd olunan mətnin daxili əlaqəliliyi də buna əsaslanır.

Məsələnin üslubi tərəfi isə müəllifin fikri ifadə tərzindəki özünəməxsusluqla bağlıdır; xiazmlar bu aspektdə fikri ifadə tərzindəki lakonikliyi, komponentlərarası sıx əlaqəni özündə əks etdirməklə yazıçının düşüncə tərzi ilə bağlanır ki, bu da onun üslubunda təzahür edir.

Qeyd olunan MSB-də xiazmın məntiqliliyi isə belədir: vəfasız(lıq) səbəbdir, nəticəsi isə dönüklükdür; dönüklük səbəbdirsə, vəfasızlıq nəticədir. Belə bir əvəzləmə məntiqi – ritorik dəyərə malikdir.

Bununla əlaqədar K.M. Abdulla yazır: “Xiazmın əsas tələbi odur ki, onun ikinci komponenti struktur planda birinci komponentə münasibətdə inversiyaya uğrasın. Bundan başqa, mətnin komponentləri həm də məzmun planında bir-birinə qarşı xiazmatik münasibətdə ola bilərlər. Başqa sözlə desək, hətta əgər bəzi mətnlərdə komponentlərin struktur quruluşu identik də olsa, belə məzmun planında bu komponentlərin vahidləri bir-birinə əsas mövqe tuta bilərlər [5, s.156]. Məsələn:

İnsandan insana körpümüz sınıb,



Ya rəbbim, hamımız sənə sığınıb.

Özünü özündə itirib insan

Didişmə dişləri bitirib insan.

İçdiyi zəhərdir, qusduğu zəhər

Qəhəri bəhərdir, bəhəri qəhər” [11, s. 38]

Struktur cəhətdən oxşar olan “Qəhəri bəhərdir, bəhəri qəhər” paralel konstruksiyası əks semantik vahidlərin “qəhər” və “bəhər” əlaqələnməsi nisbəti əsasında formalaşmışdır.

Komponentləri arasında səbəb-nəticə əlaqəsi olan bu MSB xüsusidən ümumiyə doğru prinsipi əsasında qurulmaqla möhkəm daxili əlaqələnməyə malikdir.

Makromətn müxtəlif məzmunlu mikromətlərin məqsədyönlü birliyindən təşkil olunur. Bu birlik də müxtəlif hadisələrin işarələnməsinin, mətnə çevrilməsinin nəticəsidir. Hadisə işarələnərkən onun kiçik seqmentləri mikromətnlərə uyğun gəlir. Ancaq onların seqmentlərarası münasibətləri nisbətən özlərindən böyük seqmentlərlə bağlı olub onun tərkib hissəsini ifadə etməklə daxili əlaqələnmə prinsipləri ilə müşayiət olunur. Nisbətən özlərindən böyük seqment bədii mətnlərdə bir neçə mikromətni əhatə edə bilir və mikromətnin qlobal şəkildə ifadə edəcəyi məzmunla tam əlaqələnir.

Mikromətnlər arasında semantik əlaqə üsulları mikromətnlərdəki ilə üst-üstə düşür. Bu təsadüfi oxşarlıq deyil, informasiyanın verilməsi prinsipləri ilə bağlıdır. İnformasiya verimində açar sözlərin (mətn yüklü sözlərin) həmin çərçivədə mikromətnləri ciddi şəkildə bir-biri ilə əlaqələndirməsi potensialı vardır. Bu məsələni aydınlaşdırmaq üçün poeziya nümunəsinə müraciət edək:

Tək əldən səs çıxmaz, bu bir həqiqət,



Yaşıdlar birləşin, taylar birləşin.

Çoxun cox zəhmi var, azın az gücü,

Sıralar birləşin, saylar birləşin” [12, s.46]

Səbəb-nəticə əlaqəsi əsasında qurulan bu mikromətn sadə quruluşludur; semantik cəhətdən burada əsas fikir “birləşin” sözü üzərində qurulub. Həmin şeirin davamında deyilir:

Eldə unudulmaz bir misal da var,

Müdrik babalardan qalıb yadigar.

Quzu təklənəndə qurda yem olar,

Cərgələr birləşin, boylar birləşin” [12, s.43]

Sadə quruluşlu bu mikromətn də səbəb-nəticə əlaqəsi əsasında qurulmuşdur; burada da mətn yüklü söz “birləşin” dir. Səkkiz bənddən ibarət olan bu mikromətn qeyd etdiyimiz açar sözlə tamamlanır. Burada iki məsələ diqqəti cəlb edir. Birincisi haqqında danışılan mikromətni təşkil edən mikromətənlərin eyni semantik əlaqə tipinə malik olmasıdır. İkincisi, onların mikrosistemdə bir-biri ilə sadalama əlaqəsi əsasında bağlanmasıdır. Makrosistemdə qeyd olunan “açar söz” mikromətnləri bir semantik mərkəzdə bağlamaqla əlaqələndirir. Bildiyimiz kimi bu əlaqədə digərləri ilə müqayisədə nisbi sərbəstlik var, onların bu sərbəstliyi “açar” sözün vasitəsi ilə bir mərkəzə yönəlir, nəticədə də makromətnin semantik bütövlüyü təmin olunur.

Mətndə açar söz və ya sözlər müxtəlif mövqelərdə işlənə bilər, bu onların əlaqələndirici funksiyasına xələl gətirmir. Böyük makromətnlərdə açar sözlər mikromətnlər üzrə paylanır. Bunu izah etmək üçün Ə. Muğanlının “İlk qazanc” hekayəsinə nəzər salaq [51, s.26].

Hekayə aşağıdakı mikromətnlə başlayır:

Nəyi gizlədim, çətin dolanırdıq. Müharibənin ikinci ili idi. Atam cəbhəyə getmişdi. Altı ay olardı, məktubların arası kəsilmişdi. Səkkiz uşaq qalmışdıq xəstə ananın ümidinə. Uşaqların böyüyü mən idim. Yeddinci sinifdə oxuyurdum. Məktəbdən çıxıb kolxozda işləmək fikrinə düşdüm. Anam ağladı, qoymadı. Lovğalıq olmasın yaxşı oxuyurdum. Birinci sinifdən yeddinci sinfə kimi qiymətlərimin hamısı “beş” idi. Ola bilsin zəhmətimə heyfi gəlirmiş”

Aydınlaşdırma əlaqəsi əsasında qurulan bu mikromətndə dörd açar söz müəyyənləşdiririk: 1) müharibə, 2) dolanışıq, 3) çətin, 4) məktəb. Mikromətnin semantikası, demək olar ki, bu sözlərin üzərində təməl tapır. Onun ardınca gələn mikromətnə müraciət edək:

Vəziyyətimiz aydan-aya ağırlaşdı. Atama görə aldığımız yardım bizə çatmırdı. Evdə də satmağa bir şeyimiz qalmamışdı. Naəlac qalıb anam icazə verdi ki, həm iºləyim, həm oxuyum. Sədrimizə yüngül iş üçün ağız açdı. Fermaya hesablayıcı götürdülər. İşim o qədər də çətin deyildi. Ferma ilə kəndin arası cəmi dörd kilometr olardı. Özüm də məktəbdə ikinci növbədə oxuyurdum. Gündə iki dəfə - bir səhər tezdən, bir də axşamüstü, dərsdən sonra velosipedimə minib gedərdim fermaya, südü ölçüb hesablayırdım, təzə doğulmuş quzuları, buzovları qeydə alırdım. Vəssalam. Qalan boş saatları dərslərimlə məşğul olurdum.”

Bu mətndə açar sözlər bunlardır: 1) vəziyyətimiz, 2) ağırlaşmaq, 3) ferma.

Bu qayda ilə sonrakı mikromətnin açar sözlərini müəyyənləşdirsək: 1) Şahmar, 2) Səttar, 3) süd leksemləri fərqlənir. Bu qayda üzrə sonrakı mikromətndəki açar sözləri müəyyənləşdirib bütövlükdə qeyd olunan hekayəni müəyyənləşdirmək olar. Bu vaxt həmin hekayə üzrə müəyyənləşdirilmiş açar sözlər üzrə ümumiləşdirmə apararaq onun məzmun sferasında üst qata çıxanlarını görmək mümkündür: 1) müharibə, 2) Şahmar kişi, 3) Səttar, 4) ana, 5) sillə. Deməli, açar sözlərin bütün mətn üzrə paylanması birbaşa makromətnin komponenti olan mikromətnlə bağlıdır və mətn semantikası da onların əsasında bütövləşir.

Makromətn semantikasının zaman, ardıcıllıq, qarşılıq-güzəşt, ziddiyyət, səbəb-nəticə və s. əlaqə üsulları əsasında qurulması makromətnə aid açar sözlərə hesablanır.

Başqa bir misal: K.Abdullayevin “Xaron. Mərhəmətli Xaron” hekayəsi bir makromətn olaraq mərhəmət, Xaron, ana, yaddaş, açar sözləri əsasında formalaşmışdır. Bu sözlərin daşıdığı məna bütün mikromətn boyu müşayiət olunur.

Bütün bunlardan çıxış edərək deyə bilərik ki, bədii mətnlərdə “açar sözlər” informasiyanın əsasında dayanır; informasiya verilərkən onlar mətn semantikasının üst qatına çıxır. Bu xüsusiyyət həcmindən asılı olmayaraq bütün makromətnləri əhatə edir.

Mətndə komponentlər arasında məzmun əlaqələri də oxşardır. Bildiyimiz kimi mikromətndə məzmun əlaqələri ümumidən xüsusiyə və xüsusidən ümumiyə doğru istiqamətlənir. Eyni dərəcədə mikromətnlər arasında da bu məzmun əlaqələri mövcuddur” [4, s.169]. MSB-lərarası məzmun kontekstində, daha doğrusu, makromətn aspektində bu məzmun əlaqəsi mikromətndə olduğu kimi, ümumiləşmiş məzmunun açılışına doğru gedir. Bəzən isə bu, makromətnin həcmindən asılı olmayaraq etalon ifadə ilə verilir. Fikrimizi izah etmək üçün Ə.Muğanlının “Təsbeh əhvalatı” adlı hekayəsinə müraciət edək. Qeyd olunan mətn belə bir etalon cümlə ilə başlayır:

Bu dünyada, qardaş, çətini haqqın yolunu tapanacandı. Haqqın yolu da ki, axtarmaqnan deyil, gərək özü çıxa rastına təsadüfən. Ta sonrası asılıdı sənin fərasətindən”.

Kiçik həcmli bu hekayənin məzmunu bu mikromətnin açılışına xidmət edir. Deməli, böyük və kiçikliyindən asılı olmayaraq makromətnin birinci komponenti bütöv makromətn üçün giriş sayıla bilər. Məsələn: Verilmiş hekayədə Nadir Nadiroviç, “mən” münasibətləri üzərində baş verən əhvalatlar (Mənim təsbehi götürməyimin Nadir Nadiroviç tərəfindən sərt qarşılanılması; danlanandan sonra Nadir Nadiroviçdən üzr istəmək üçün hövləng qayıtmağım; onun qızıl bilərzik və qızıl saat rüşvət götürərkən onun kabinetinə daxil olmağım, onlar duymadığı halda bunların şahidi olmağım, Nadir Nadiroviçin məni sonra görməyi, mənim hər şeyi görməyim və sonradan onunla əlbir olmağım) həmin mikromətnin məzmununu açır və “haqqın yolunu” necə tapmağın həyati yollarla şərhini verir.

L.Tolstoyun “Anna Karenina” romanı da belə bir etalon başlanğıcla başlayır; roman bütövlükdə bu məzmun üzərində köklənir. (Həyatda xoşbəxt insanlar hamısı bir-birinə oxşayır, bədbəxtlər isə hərəsi bir cür olur).

Xüsusidən konkretə doğru məzmun əlaqəsində isə mətnin məzmun strukturu əksinə qurulur, yəni hadisələr, təəssüratlar verilir, sonda isə konkretliyə, nəticə xarakterli fikrə ümumiləşmə verilir. Məsələn: H. Arifin “Durasıyam mən” şeirini nəzərdən keçirək:
Hələ çox gecəni qatıb gündüzə,


Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin