Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə23/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   19   20   21   22   23   24   25   26   ...   32
Dedi:

- Qızım, el səni bu igidə arxa verir, kömək ol, dayaq ol ona dar gündə, çətin ayaqda, ağır zamanda.

Sonra o Gözəlin örpəyini açıb Qədirin sol qoluna bağladı, ürəyinə yaxın.

Dedi:

- El gözəlinin namusunu sənə tapşırıram, igid, gözəllərin namusu elin namusudur. Elin namusu isə müqəddəsdir”[50, s.36].

Bu misalda “sonra” determinativi hadisənin zamanını dəyişdirmir, onun davamını göstərir. Həmin determinativin “və” bağlayıcısına yaxın funksiya yerinə yetirməsi məlumdur. Bu məqamda hadisənin zaman üzrə davamının ifadəsi daha güclüdür. Deməli, əvvəlki mikromətndə zaman determinativi hadisəni başqa bir zamana çəkirdisə, hadisələr də zaman cəhətdən buna istiqamətlənirdisə, “sonra” determinativində isə informasiyanın verildiyi zaman dəyişmir, o, davam olunur, həmin determinativ də davam olunan zamanı bildirir. Belə fərqlərin eyni qrup determinativlər üzrə mövcudluğu təbii qəbul olunmalıdır. Çünki belə fərqlər zaman determinativlərinin öz semantikasından, onların işlənmə məqamından asılıdır.

Məkan determinativləri də zaman determinativləri kimi bədii mətnlərdə çox işlənir. O da mətnlərarası əlaqələndirici funksiya yerinə yetirir. Onların mətndə semantikası informativ əlaqələnmə cəhətdən kontekstual səciyyə daşıyır. Mikromətnlərin əlaqələnməsi də həmin semantika üzərində qurulur; hadisə ya məkana yönəlir, ya məkanda baş verir, ya da məkandan kənara doğru yönəlir. Onların informasiya verimi zamanı tənzimlənməsi mətn hipertemasını necə strukturlaşdırmasından asılıdır:

Hamı atlandı. Ayağı hələ də zoqquldayan Amanov da, yoldaşlarının köməyi ilə yəhərə qalxdı.



Qabaqda, yol-izə yaxşı bələd olduğundan starşina, onun ardınca baş leytenant, sonra sərhədpozanın uzandırıldığı yerdə atı yedəyinə almış əsgər, onların ardıca da obiri sərhədçilər nizamla qar basmış dolama cığırla üzüyuxarı qalxırdılar.

Hardasa yenə uçqun oldu; nərəsi qarı sovuran küləyin uğultusuna qarışdı, yayılım atəşi tək lap uzaqlarda əks-səda verdi” [50, s.38].

“Qabaqda” yer determinativi ikinci mətnin əvvəlində gəlməklə birinci mikromətndəki informasiyanın davamını bu istiqamətə yönəldir və hadisələrin baş vermə məkanına işarə edir. Onların mikromətnlər arasında əlaqələndirici funksiyası zamanı determinativlərində olduğu kimi, işlənmə məqamları ilə bağlıdır.

Həm mikro, həm də makromətnlərdə zaman, səbəb-nəticə və məkan determinativlərinin işlənməsi funksional uyğunluğa baxmayaraq özünəməxsusluqlara malikdir. Görünür, mikromətnlərdə cümlə, makromətndə mikromətn əlamətlərinin mövcudluğu, çox vaxt onların üst-üstə düşməsi ciddi bir qanunauyğunluluqdan xəbər verir. Bu da informasiyanın təşkili, onun mətn strukturlaşması zamanı hərəkətə gəldiyi ehtimal olunur. Çox güman ki, həmin qanunauyğunluğun da əsasında cümlə modeli dayanır. Cümlədən makromətnə qədər mürəkkəb strukturu əhatə edən bu model informasiya modeli adlandırıla bilər. İnfomasiya modelinin linqvistik strukturlaşması isə müxtəlif parametrlərə malikdir, dil bu strukturun və onun ifadə bazasını təşkil edir. İnformasiya və struktur tənasüblüyü nitqimizi şərtləndirir, ünsiyyəti təmin edir.

Mikromətnlərarası əlaqə vasitələrindən biri də deyktik vasitələrdir. Onların fəaliyyət dairəsi cümlələrdən tutmuş mətnlərarası münasibətlərə qədər qabarıq hiss olunur. Adətən deyktiklər mətndə nəyəsə işarə edir, iki mikromətn münasibətində isə işləndiyi mətndən əvvəldə verilən informasiyaya, hadisəyə, məkana və ya zamana işarə edir:

Bir il idi Qədir əlində sazı el igidlərinin hünərinə, sədaqətinə nəğmələr qoşurdu. Eldən-elə gəzirdi onun nəğmələri, dildən-dilə dolaşırdı. O, ən böyük dastanını yaratmaq, əhdinə əməl etmək üçün qələbə müjdəsi gözləyirdi Savalan elindən. Qələbə müjdəsi ... gəlmədi.

Bu bahar Muğan elinin üzü gülmədi. Elə bil xeyir tanrısı taxtından enmiş, yerini qarabaşlı, qaraəməlli tutmuşdu”.

Babam yaşında kişinin sözündən necə çıxaydım. Bir də qorxurdum acığı tutar, məni işdən çıxardar. Hər dəfə əlli-altımış litr südü az yazardım” (50,s.26).

Əvəzliklər leksik-qrammatik söz qrupları kimi, nitqin qurulmasında vacib funksiya yerinə yetirir, bu funksiya təbiəti etibarilə bir tərəfdən kommunativdirsə, digər tərəfdən mətnin qurulmasında xüsusi rol oynayan qurucu vahiddir. Kommunikasiya nöqteyi-nəzərindən onlar nəinki bir-birini inkar etmir, hətta bir-birini şərtləndirir. Biz bu xüsusiyyətlər barədə determinativlərdən bəhs edərkən qeyd etmişik. Əvəzliklərin deyktik funksiyası onların öz təbiətindən doğur; çünki nəyəsə işarə etmə hadisə və predmetləri nitq anına yaxınlaşdırır, onun haqqında ya fikrin davamına, ya da nəticəsinə imkan yaradır. Fikrimizi izah etmək üçün Ə.Muğanlının “İlk qazanc” hekayəsini nəzərdən keçirək. Əsərin qəhrəmanı fermadan evə çox gec gəlir, anası böyük intizarla onun yolunu gözləyir; o, evə oğurluq süd gətirir. Anası bunu bilən kimi əsəbləşir və onu geri qaytarır:

Həyətdən çıxanda ayaq saxladım, qıvrılıb geri baxdım. Ümid edirdim ki, anam qorxaqlığımı yada salıb məni çağıracaq. Çağırmadı. Pilləkəndə oturub ağlayırdı. Uşaqlar da lal-dinməz başına yığışmışdılar.


Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin