Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə9/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
1. “Müəllif və oxucu oriyentasiyasının üst-üstə düşməsi;

2. Orta oxucu səviyyəsindən aşağı olanlar;

3. Müəllif tezariusunu aşan oxucular”.

Üçüncü halda maraqlısı odur ki, mətndə informasiya bolluğu maksimal yüksəkliyə malik olsa da, onun faydalılığı çox aşağı düşür. Elmi üsluba aid mətnlərdə belə hallarla daha çox rastlaşılır. Birinci qrupda isə oxucu üçün mətnin informativliyi və faydası çoxdur.

Əvvəldə qeyd etdik ki, mətnə salınan–strukturlaşan informasiya ilə strukturlaşmayan arasında müəyyən nisbət vardır. Strukturlaşan informasiya artıq linqvistik işarəsi ilə səciyyələnir, informasiya əmsalına görə dərin strukturdakının tam adekvatı deyil. Çünki strukturlaşan informasiya nəyinsə haqqında yığılan informasiyanın işlənmiş variantıdır; müəllif intensiyasından asılı olaraq həmin hadisənin müəllifə maraqlı tərəfi verilir. Eyni zamanda əvvəldə dediyimiz kimi, o, seçilən informasiyada da strukturlaşan informasiya ilə ümumi üst-üstə düşsə də, onun tam adekvatı deyil. Ancaq bir qanunauyğunluq da xüsusi olaraq qeyd olunmalıdır ki, müəllif intensiyasından asılı olaraq informasiyanın praqmatik istiqamətinin hədsiz dərəcədə gözlənilməsinə cəhd edir. Əgər strukturlaşan və strukturlaşmayan informasiya arasında fərq birincinin optimallaşması hesabına azalırsa, bu müsbət haldr, müəllifin intellektual səviyyəsini nümayiş etdirir və oxucu tərəfindən mətnin qavranılmasını asanlaşdırır.

Mətnə yeni informasiyanın əlavə olunması informativ pillələrdən birincinin buraxılması fikrinin dərinləşməsinə və buraxılan informasiyanın implisit qavranılmasına şərait yaradır. Məsələn:

Başımın üstündə müqəddəs Quran

Sənə inanıram, ölkə rəhbəri

Sənə inanıram, keşikdə duran

Ayıq vətən oğlu, vətən əsgəri” [10].

M.Araz “Başımın üstündə müqəddəs Quran” deməklə Quran müqəddəsliyi və bununla bağlı inanclar həmin lirik parçada verilməsə də, implisit şəkildə ifadə olunur. Məsələ ondadır ki, implisit ifadə olunan informasiya eksplisit ifadə qədər effektlidir. Həmin hissələrin implisit ifadəsi yazı priyomudur.

Geridə biz qəbir yeri saxlamışıq

Bəsdir daha ağlamışıq, sızlamışıq!

Geridə biz qəbir yeri saxlamışıq.

Özümüzə dar ağacı qurmaq üçün

Özümüz öz boynumuzu vurmaq üçün

Qətl yeri saxlamışıq, qətl yeri!

Qəbir yeri saxlamışıq, qəbir yeri!” [8]

Müəllif “geridə biz qəbir yeri saxlamışıq” deməklə onun sonunda gələ biləcək “dəfn olunmaq üçün” ifadəsi informasiya pilləsi kimi buraxılmış, mətndə implisit ifadəsini tapmışdır. Həmin pillənin buraxılması mətnin ümumi məzmununa və yazıçı intensiyasına kəsir gətirmir. Əslində poetik parçaya emosionallıq verdiyi qədər də informativ dəqiqlik gətirir.

Mətnin informativliyinin yüksəldilməsi kimi ekstensiv üsul informasiyanın həcminin yüksəldilməsi ilə səciyyəvidir; bu mətnə əlavə informasiyanın artırılması ilə səciyyəvidir. Yazıçı tərəfindən informativ şərhin dərinləşməsi, hadisələrin detallarının verilməsi məsələnin mahiyyətinə daha dərindən daxil olmağa şərait yaradır. Nəticə etibarilə bu vaxt dil vahidlərindən daha çox istifadə olunur; dil işarələrinin həcmi çoxalır. Deməli, eyni informasiya fərqli sayda dil işarələri ilə verilə bilər. İnformasiyanın verilməsində ekstensiv üsul bədii mətnlərlə yanaşı, elmi texniki mətnlərdə də mühüm yer tutur.

İnformasiya nəzəriyyəsində mühüm yerlərdən birini də informasiyanın mətnə yerləşdirilməsi tutur. Bu vaxt aşağıdakı motivlər əsas hesab olunur:



  1. Dil praqmatikasının tələbləri;

  2. Janrın estetik tələbləri;

  3. Üslubi tələblər.

Mətn və onun kontekstində elə hallara rast gəlinir ki, oxucu mətni oxuyanda müəllifin nəzərdə tutduğundan da çox şeylər əldə edir” [104]. N.S. Kubryakova mətnin qavranılması və şərhini fərqləndirməklə, həm də onlar arasında olan bağlılığı da xüsusi olaraq vurğulayır. O, anlamaya aşağıdakıları daxil edir:

1. Mətnin komponentlərinə görə anlamaq;



2. Dil formalarının mənaları ilə əlaqəsi;

3. Dil vahidləri ilə verilmiş mətndən ümumi mənanı çıxarmaq və onlar arasında əlaqəni müəyyənləşdirmək”.

Mətnin struktur və informativ keyfiyyətinə məntiqilik, əlaqəlilik, bütövlük, dəqiqlik və aydınlıq aiddir. Onun tonal-üslubi cəhətinə nitqin düzgünlüyü, təmizliyi və nitq mədəniyyəti daxildir.

Ən gözəl mətn düzgün struktur və tonallıq əsasında informasiya ifadə edən mətndir. Bu yazıçıdan böyük səriştə və intellektual səviyyə tələb edir.


Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin