Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ


I FƏSİL TÜRKİYƏ HAQQINDA ÜMUMİ MƏLUMAT



Yüklə 52,67 Kb.
səhifə2/21
tarix01.01.2022
ölçüsü52,67 Kb.
#105491
1   2   3   4   5   6   7   8   9   ...   21
I FƏSİL
TÜRKİYƏ HAQQINDA ÜMUMİ MƏLUMAT
Avrasiya materikində yerləşən Türkiyənin Asiya və Avropa hissələri Mərmərə dənizi, Bosfor və Dardanell boğazları vasitəsilə ayrılır. Cənubda Suriya və İraq, şərqdə İran, şimal-şərqdə Ermənistan, Gürcüstan və Azərbaycan, şimal-qərbdə Bolqarıstan və Yunanıstan ilə həmsərhəddir.Ərazisinin böyük hissəsini Kiçik Asiya və ya Anadolu adlanan yarımada tutur.Ölkənin ən uca zirvəsi Ağrı dağıdır(5165m).Cənubda Tavr dağları yerləşir,on un ən uca zirvəsi Kaçqardır(3726m).Türkiyə ərazisində faydalı qazıntılardan kömür,dəmir filizi,xrom və mis yataqları aşkar olunsa da,duru yanacaq sərvətləri (neft,təbii qaz) yoxdur.Ölkənin əsas çayları: Fərat,Dəclə,Qızıl və Yaşıl İrmaq,ən iri gölləri isə Van və Tuzdur.

Ölkənin ən iri şəhərləri – İstanbul, Ankara, İzmir, Ədənə, Bursa,Konya, mühüm portları – İzmir,İstanbul,İsgəndərun, Zonquldağ,Mersin,Samsun və Trabzondur.Ölkə əhalisinin 80%-ni türklər,15%-ni kürdlər təşkil edir, milli azlıqlardan Türkiyədə misal olaraq ərəblər,çərkəzlər və başqa xalqlar yaşayırlar.

Dağlıq relyef ölkə iqliminin müxtəlifliyinə səbəb olur.Qara dəniz sahilləri mülayim isti iqlimi,rütubətliyi, isti yayı və sərin qışı ilə (yanvarda 7,avqustda 24 dərəcə) seçilir.Egey dənizi və Aralıq dənizi sahilləri isə isti,quru yayı və mülayim,yağışlı qışı olan Aralıq dənizi iqliminə malikdir. Anadolu yaylasında qış soyuq və nisbətən uzun (yanvarda mənfi 20 dərəcəyə qədər), yay isə quru və isti olur (iyulda 30 dərəcə).

. Türkiyənin müstəqilliyi 29 oktyabr 1923-cü ildə elan olunmuşdur.Həmin gün – Respublika yaradılması günü, Milli bayram kimi geniş qeyd olunur.İnzibati cəhətcə ölkə 75 əyalətə bölünür.İcraedici hakimiyyət prezidentə Prezident Şurasına və Baş nazirə məxsusdur.Qanunverici hakimiyyəti birpalatalı parlament – Böyük Millət Məclisi həyata keçirir. Türkiyə son illərdə bütün dünya ölkələri,öncə qonşu ölkələrlə münasibətlərini inkişaf etdirir.Bu isə ölkənin beynəlxalq turizm əlaqələrinə də müsbət təsir göstərir.




Yüklə 52,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin