Dilaltı və əlavə tüpürcək vəzi şişləri
Kiçik tüpürcək vəziləri hər zaman boyunun birincili şişlərinə daxil edilməsə də, tüpürcək vəziləri haqqında danışırıqsa, bu şişlər haqqında da məlumat vermək istərdik.
Kiçik tüpürcək vəziləri şişləri qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Bütün tüpürcək vəziləri xoşxassəli şişlərin 5-10%-i bədxassəli şişlərin isə 10-15%-i sublinqual və əlavə vəziləri, yəni kiçik tüpürcək vəzilərini təşkil edir. Bütün tüpürcək vəzi şişlərinin 40%-i xoşxassəli, bunların hamısı isə xoşxassəli qarışıq şişlərdir. Bəzən Uartın şişinə də rast gəlinir. Bədxassəli şişlər lokal olaraq yüksək dərəcədə invaziv şişlərdir. Boyun limfa düyünlərinə metastazı xəstəliyin ilk dövrlərində meydana çıxır.
Xoşxassəli şişlər isə özlərini selikaltı asimptomatik kütlə kimi göstərərək əsasən sərt damaqda lokalizasiya edirlər və damaq qabarcıqlarının tərsinə asimmetrik törəmələridir. Selikli qişa sağlam qalır və şişin üzərində sərbəst hərəkət edir.
Bədxassəli şişlərə diaqnoz qoyulduqda onların artıq çox böyük olduğu müəyyən olunur. Şiş ağrılıdır. Selikli qişada xoralar mövcud olur və bu xora şişin əmələ gətirdiyi kütlənin mərkəzində olur. Skvamoz hüceyrəli karsinomada xoraların daha kiçik olduğu müşahidə olunur. Bəd xassəli şişlərin yayılma dərəcəsini təyin etmək üçün çox dəqiq bir rentgenoqrafiya aparmaq lazımdır. Bu şişlərdə də iynə aspirasion biopsiyası və instizional biopsiyadan uzaq durulmalıdır.
Xoş xassəli qarışıq şişlərin rezeksiyasında kifayət qədər selikli qişa və sümük kənarları da götürülməlidir. Əsasən, sərt damaqda lokalizasiya olunduğu üçün sərt damaq burun selikli qişası qorunaraq çıxarılmalıdır. Eyni seansda aparılan rekonstruksiyada, yaxud lokal bukkal-palatal fleblərdən və ya qreftlərdən istifadə olunur. Çox vaxt bu və ya digər dərəcədə maksillanın rezeksiyası da lazım gəlir. Oroantral fistulaların cərrahi müalicəsi açıq qalan nahiyənin dental protezlərlə bağlanmasından daha üstündür.
Kiçik tüpürcək vəzilərinin xərçənginin müalicəsində anatomik lokalizasiyasına və qonşu orqanlara münasibətinə görə en blok rezeksiyası ilə bərabər radikal boyun disseksiyası da aparılır. Ağız boşluğu selikli qişası itkisi çox olduğundan eyni seansda aparılacaq fərqli fleb metodları istifadə olunur.
Xoş xassəli şişlərdə rezeksiya əsas müalicə üsuludur. Residiv 5%-dən artıq olan bəd xassəli şişlərdə isə bu proqnoz çox da yaxşı deyil və 5 illik yaşama 25% təşkil edir.
Dostları ilə paylaş: |