Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə103/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   99   100   101   102   103   104   105   106   ...   303
Xoş xassəli törəmələr:

  1. İltihabi hiperplaziya. Ağızın selikli qişası bir çox qıcıqlanmalara məruz qalır. Bəzi şəxslərdə yanaq, dil və dodağın selikli qişasını əmmək, dişləmək və ya çeynəmə vərdişləri vardır. Bu formada travmatizmə uğrayan selikli qişada ödem inkişaf edir və şəxs bu hissəni dişləməyə başlayır. Beləliklə, selikli qişada skvamoz epiteldən ibarət metaplaziya inkişaf edir. Mukozanın altında ödemli birləşdirici toxuma fibrotik formaya çevrilir. Bu müddətdə fibroepitelial polipin əmələ gəlməsinə baxmayaraq, fibroz və çapıqlaşma tamamlandıqdan sonra qıcıqlanma fibroması formalaşır. Bu törəmələr protezlə qıcıqlanma nəticəsində də yarana bilər. Müalicə səbəbin aradan qaldırması və eksiziyadan ibarətdir.

  2. Kistalar. Mukoz kistalar dodağın arxa səthi, ağız əsası, dil və yanağın selikli qişasında inkişaf edən törəmələrdir. Bu kistalar kiçik tüpürcək vəzilərinin inkişaf etdiyi nahiyədən əmələ gəlir. Vəzinin ekskretor axacağının tıxanması ilə inkişaf edir. 1-2 mm ilə 1-2 sm ölçüdə yarımşəffaf, maviyə çalan rəngli törəmələrdir. Müalicə kistanın kənarlarının bayıra çevrilərək tikilməsindən ibarətdir.

Lingual və submandibulyar tüpürcək vəzilərinin polipləri daha çətindir. Ağız əsasındakı bu törəmələr böyük ölçülərə çatır və “ranula ” adlanır. Ağız əsasında dermoid kistalar da inkişaf edə bilər. Müalicəsi eksiziya ilə aparılır.


  1. Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin