Sərt damağın bədxassəli şişləri. Sərt damağın ən çox rast gəlinən bədxassəli şişləri kiçik tüpürcək vəzilərindən başlanğıc götürür. Adenoid kistik karsinoma və adenokarsinoma eyni tezliklə rast gəlinir. Bəd xassəli qarışıq şişlər nadir rast gəlinir. Birincili olaraq sərt damaqdan başlanğıc götürmüş epidermoid karsinomalar nadir rast gəlinir, daha çox hallarda birincili olaraq maksilyar sinusdan inkişaf edib, sərt damağa invaziya edərək ağız boşluğuna perforasiya edir. Kütlənin dil ilə hiss edilməsi ilə ilk kliniki əlamətini göstərir və çox inkişaf etdiyi hallar istisna olmaqla simptomsuzdur.Tüpürcək vəzi şişləri yavaş inkişaf edir, nadir hallarda metastaz verir. Müalicə lokal eksiziyadır, eksiziyaya sümük toxuması da daxil edilməlidir. Şişlər radiorezistentdir. Şişdən yaranan qüsur obturator protez və ya cərrahi rekonstruksiya ilə bağlanır.