Müalicəyə hazırlıq dövrü. Üzün geniş yumşaq toxuma zədələnmələrini təcili yardım şəraitində lazımi işıq və assistentin olmadığı bir şəraitdə bərpa etməyə çalışmaq pis nəticələrə gətirib çıxarır. Ona görə də bu tip yaralanmalar ən azı bir assistent və ya bir köməkçi personalın köməyi ilə əməliyyat otağında edilməlidir. Penetrasiya etmiş yaralanmalar tüklü dərini də əhatə edirsə, yara sahəsinə tikiş qoymağı asanlaşdırmaq üçün həmin sahə təraş edilməlidir (qaş istisna olmaqla). Qaşın forması və kənarları toxumaların düzgün yerlərinə gətirilməsinə çox lazımlı ipucudur. Qaş kənarları bir dəfə səhv tikilirsə, düzəltmək olduqca çətindir.