Pazvari eksiziya - dodaq, burun qanadı, göz qapağı, qulaq kimi sərbəst kənarı olan orqanlardakı törəmələri kənarlaşdırmaq üçün paz şəklində tətbiq olunan bir eksiziyadır. Alt dodağın 1/3-i , üst dodaq və alt göz qapağının 1/4- i bu üsulla eksiziya edilərək ilkin olaraq düzəldilir.
Sirkulyar (dairəvi) eksiziya - eksiziya ediləcək törəmənin altında qığırdaq toxuma varsa, sirkulyar eksiziya və yaranan defektə də dəri qrefti tətbiq olunur. Bu, xüsusilə, burun üçün tətbiq olunur. Bədənin başqa nahiyələrindəki böyük törəmələrin çıxarılmasında da sirkulyar eksiziya istifadə olunur. Yaranan qüsur dəri qreftləriylə, lokal loskutlarla aradan qaldırılır.