Süd vəzi giləsi və ekstramammar Pecet xəstəliyi. Süd vəzi giləsinin Pecet xəstəliyi qabıqlı və qoxulu dermatit və bəzən seroz-qanlı ifrazatla xarakterizə edilir. Bu, eyni zamanda duktal süd vəzi xərçənginin səthi əlamətidir. Yerli müalicəyə cavab verməyən ekzemaya bənzər törəmələrdə erkən və dərin biopsiya məsləhət görülür. Müalicəsi süd vəzi xərçənginin müalicəsi kimidir. Ekstramammar tip genital nahiyədə və ya ətrafında, bəzən qoltuqaltı və ya döş qəfəsinin digər nahiyələrində eritematoz ləkə və ya qabarıqlıq şəklindədir. Qaşınma və yanma hissi nəzərəçarpan simptomlardır. Kəpəklənmə və qabıqlanma ilə xronik persistent ekzema kimi qiymətləndirilə bilər. Yaşlılarda müşahidə olunur. Xəstələrin 1/3-dən azında əlavə apokrin xərçəng müşahidə edilə bilər.
Müalicəsi geniş rezeksiyadır, çünki residiv ola bilər. Törəmə bilavasitə qonşu toxumalara yayıla bilər.