Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə194/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   190   191   192   193   194   195   196   197   ...   303
Regionar düyün disseksiyası. Yuxarıda qeyd etdiyimiz kimi geniş eksizya və sonra qreft və ya fleb köçürülməsi ilə nahiyənin bağlanması - əsas müalicə üsuludur. Bu sahədə profilaktik düyün disseksiyası aparılıb-aparılmaması mübahisəlidir.

Klinik olaraq neqativ olan regionar düyünlərdə 5-25% hallarda patoloji pozitivlik müşahidə olunmuşdur. Birincili eksiziya müddətində limfa disseksiyası edilən və patoloji pozitiv olan I səviyyədəki xəstələrin 5 illik yaşama faizi 52.6% - dir. Sonradan metastaz inkişaf etdikdə limfa disseksiyası edilənlərdə 5 illik yaşam faizi 31% -dir.

Cassona görə klinik olaraq neqativ regionar düyün disseksiyasına göstərişlər bunlardır:


  • Səviyyə III-V arasındakı törəmələr;

  • Nodulyar melanoma və poliploid şişlər;

  • Qoltuqaltı və ya qasıq nahiyəsi kimi düyün sahəsi üzərində yerləşmiş II səviyyə törəmələr.

Xəstəyə görə qiymətləndirilməsi lazım olan I mərhələ törəmələrinin digər profilaktik düyün disseksiyasına göstərişlər:

  1. Proqnozu qadınlardan daha pis olan kişi xəstələr;

  2. Pis proqnozu olan xüsusi sahələr, xüsusilə, bel nahiyəsində ola bilər;

  3. Əvvəllər kifayət qədər müalicə olunmamış və lokal residivli xəstələr. Bu kateqoriyada olanlar tam müalicə olunmalıdır.

  4. Patoloji materialın mövcud olmaması, yaxud natamam olması. Bu vəziyyətdə törəmənin anamnezi cərraha müalicəyə istiqamət verir.

  5. Coğrafi səbəblərlə və ya xəstəyə güvənmədikdə müalicəsi kifayət qədər aparılmayan xəstələr.

I mərhələ xəstələrində profilaktik düyün disseksiyasına əks göstərişlər də olur. Məsələn, limfatik drenajın iki və ya daha çox nahiyəyə getdiyi kürəyin ortası və qabırğaaltı nahiyələr. Tibbi səbəblər və ahıl yaşlılıq da əks göstəriş ola bilər. Bu vəziyyətlərdə lokal cərrahiyə ilə alternativ bir yol tapılamalıdır.

II mərhələdə də müalicə eynilə lokal geniş eksiziya, nahiyənin qreft və ya fleblə örtülməsindən əlavə, regionar düyün disseksiyasıdır (illik yaşama faizi 19%, 10 illik yaşama 12%-dir). Yaşam faizinin artmasında adyuvant müalicə də lazımlıdır. Bu metodlar regional perfuziya, sistematik xemoterapiya, immunoterapiya və şüa terapiyasıdır.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin