Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Təsnifatı. Qabarıqlı dermatofibroz sarkoma



Yüklə 0,54 Mb.
səhifə198/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   194   195   196   197   198   199   200   201   ...   303
Təsnifatı.

Qabarıqlı dermatofibroz sarkoma. Dərinin düyünlü fibroz törəməsidir. Tək düyün şəklində olduqda Darier forması, çox düyünlü və birləşmiş halda qırmızı rəngli olduqda Hoffman forması adlanır. Adətən, gövdədə müşahidə olunur. Maliqnizasiya aşağı səviyyədədir. Şüa terapiyasına müqavimətlidir. Cərrahi eksiziyada yaxşı nəticələr alınır. 5 illik yaşam faizi 70%-dir. Geniş yayılması nadir hallarda olur, lakin lokal residiv sürətlə inkişaf edir.

Fibrosarkoma - birləşdirici toxumanın fibroblastlarından inkişaf edən bədxassəli şişdir, dərialtı toxumada və ya daha dərində, əzələ və fassiyaların arasında müşahidə olunur. Ən çox yetkin yaşlarda, ətraflarda, xüsusilə, budun içəri səthində müşahidə olunur. Histoloji olaraq fibromatozdan ayırmaq çox çətindir. Şişlər, adətən, səthdə yerləşir və histoloji olaraq yaxşı differensasiya etmiş olmaqla mitoz bölünmürlər. İnfiltrativ böyümə müşahidə oluna bilər. Şişin metastaz vermə qabiliyyəti olduqca zəifdir. Anamnezdə bir neçə illik dövrlərlə təkrar aparılmış lokal eksiziyalar və residivlər çox rast gəlinir. Daha dərində yerləşmiş çox mitoz bölünənlərdə adətən hematogen metastazlar müşahidə olunur. Fibroz şişlər travma və yanıqdan sonra əmələ gələn çapıqlardan da inkişaf edə bilər.

Fibrosarkomalar şüa terapiyasına cavab vermirlər. Ən müvafiq müalicə üsulu cərrahi eksiziyadır. 5 illik yaşam faizi 56%-dir.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin