Leyomiosarkoma - düz əzələlərin bədxassəli şişidir. Ən çox rast gəlinən nahiyə retroperitoneal olsa da, aşağı ətraflarda da inkişaf edə bilər. Dərialtı və ya daha dərin toxumalarda lokalizasiya edir, möhkəm olub, müxtəlif böyümə sürəti göstərə bilirlər. Xəstələrin 50%-də metastaz qan vasitəsilə olur.
Retikulum hüceyrəli sarkoma.Dərialtı toxuma və əzələ təbəqələrindən inkişaf edir. Limfa düyünləri ilə əlaqəli deyil. Sürətli böyüyür və ətraf toxumaya infiltrasiya edir. İri göbələkşəkilli şiş formasında müşahidə olunur. Adətən, qan vasitəsilə metastaz verir. Şüa terapiyasına həssasdır. Cərrahi yolla müalicə edildikdə geniş eksiziya aparılmalıdır. Postoperativ şüa terapiyası da tətbiq oluna bilər.