Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə211/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   207   208   209   210   211   212   213   214   ...   303
Yanıq maye formulaları:

Yanıq olan xəstədə yaranan maye itkisi və ödemin yaratdığı hipovolemik şokun qarşısını almaq məqsədilə istifadə olunan çoxsaylı formulalar var. Burada ən çox istifadə olunan 4 formuladan bəhs olunacaq.



  1. Evans formulu:

İlk 24 saatda:

  • Kolloid: 1 cm3 x bədən çəkisi (kg) x yanıq %-i

  • 0,9% NaCl: 1 cm3 x bədən çəkisi (kg) x yanıq %-i

  • Gündəlik su ehtiyacı: 5% qlükoza məhlulu 2000 cm3və ya 1500 cm3

Yanıq faizi 50%-dən böyük olan yanıqlar 50% kimi hesablanır. Hesablanan mayenin yarısı ilk 8 saatda, digər yarısı isə 16 saatda verilir.

2-ci gün:



  • İlk 24 saatda hesablanan kolloid və elektrolit məhlullarının cəminin yarısına gündəlik maye ehtiyacı əlavə olunur.

  1. Brooke Formulu:

İlk 24 saatda:

  • Kolloid: 0,5 cm3x bədən çəkisi (kg) x yanıq %-i

  • Elektrolit: 1,5 cm3x bədən çəkisi (kg) x yanıq %-i

  • Gündəlik su ehtiyacı: 5% qlükoza məhlulu 2000 cm3və ya 1500 cm3

Hesablanan mayenin yarısı ilk 8 saatda verilir.

2-ci gün:



  • İlk 24 saatda hesablanan kolloid və elektrolit məhlullarının cəminin yarısına gündəlik maye ehtiyacı əlavə olunur və bu cür verilir.

Uşaqlarda 30%-dən böyük yanıqlarda hesablamalar 30% qəbul edilərək əlavə olunur.


  1. Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin