Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə22/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   18   19   20   21   22   23   24   25   ...   303

Yara bağlamaq üsulları:


  1. Tikiş ilə bağlamaq. Dəri tikişi qoyulmazdan əvvəl yaranın içərisində boşluq qalacaqsa, yaxud kəsilmiş sümüküstlüyü, qığırdaqüstlüyü, əzələ fassiası varsa, bunlar sorulan tikiş materialı ilə tikilir və dərialtı tikiş qoyularaq yara kənarlarının bir-birinə yaxınlaşması təmin olunur. Bu həm də dəri tikişlərinə artıq gərginlik yüklənməsinin qarşısını alır. Müxtəlif tikiş üsulları mövcuddur:

  • Sadə tikiş – iynənin giriş bucağı 90 dərəcə və ya daha çox olmalıdır. Giriş və çıxışdakı bucaqlar ilə hər iki tərəfdəki iynənin keçdiyi toxuma miqdarının bərabər olması, yara kənarlarının tam qarşı-qarşıya gəlməsini təmin edir. Üz nahiyyəsində tikişlər 2-5 mm ara ilə yara kənarından 1-4 mm uzaqlıqdan atılmalıdır.

  • Vertikal matris tikiş - yara kənarlarının çevrilməsini ən yaxşı təmin edən tikiş növüdür. Yara bağlamaqda geniş yayılan üsul yara boyu bir-birinin ardınca vertikal matris tikiş qoymaqdır.

  • Horizontal matris tikiş - yara kənarlarının bir qədər çevrilməsini təmin edən bir üsuldur. Xüsusilə, əldə - dartılmaya məruz qalan yaraların bağlanmasında istifadə olunur.

  • Yarı basdırılmış horizontal matris tikiş - V formalı yaralarda künc hissədə nekrozun qarşısını almaq məqsədilə istifadə olunan tikiş növüdür. Loskut tərəfdə dəridən deyil, dərialtından keçən və qidalanma pozulması baş verəbiləcək dəri hissəsinin travmatizasiyasının qarşısını almaq üçün istifadə edilir.

  • Subkutikulyar (dəri daxili) davamlı tikiş - dərini bağlamaqda faydalı və praktik bir üsuldur. İynə dərinin daxilindən horizontal olaraq xırda parçalar dələrək keçir, sonra isə qarşı tərəfdə irəliləyərək eyni şəkildə davam edilir. Sökmək asan olsun deyə, uzun yaralarda tikiş dəridən hər 5-8 sm-dən bir keçməlidir. Belə tikiş 2-3 həftə sökülməmiş qala bilər.

  • Davamlı tikiş - bu tikiş başın tüklü hissəsinin dərisi kimi tikiş izinin saçla örtüldüyü və ya göz qapağı kimi incə ipəklə tikilən zaman dərinin incə olması nəticəsində tikiş izinin qalmadığı yerlərdə istifadə olunur. Lakin göz qapağında tikişlər 5-ci gün sökülməzsə, tikiş xətti epitelizasiya olunar və inkluzyon kistalar yaranar.

  1. Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin