Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə221/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   217   218   219   220   221   222   223   224   ...   303
Donor sahənin infeksiyası. Yara diqqətsiz qaldıqda infeksiya donor sahədəki yaranı tam qalınlıqlı bir qüsura çevirə bilər.

  • Metastatik infeksiyalar. Meningit, beyin absesi, pnevmoniya, endokardit kimi xəstəliklər bakteriyaların hematogen yayılması nəticəsində inkişaf edir.

  • Anaerob infeksiyalar. Nadir hallarda rast gəlinir. Elektrik yanıqları, ətrafların yanıqları, “crash” zədələnmələrlə əlaqli yanıqlarda və lazımi səviyyədə işlənməyən yanıqlarda meydana çıxa bilər.

    Yanıq infeksiyalarında müəyyən olunan patogen mikroorqanizmlər.

    1. Bakteriyalar. Antibakterial müalicədən əvvəl yanıq nahiyəsində ən çox müşahidə olunan mikroorqanizmlər piogen streptkoklardır (A qrupundan olan streptokoklar – Streptococcus pyogenes). Eləcə də, Pseudomonas aeruginosaStaphylococcus aureus da mühüm rol oynayır. Bu iki mikroorqanizm daha çox rast gəlinsə də, Klebsiella spp., Proteus spp., Escherichia coli kimi digər bakteriyalar və göbələklər də yanıq yarasında müşahidə olunur.

    2. Göbələklər. Normal florada ən çox rast gəlinən göbələklər Candida cinsindən olduğu üçün, yanıqlarda da bu göbələklərin müxtəlif növlərinə rast gəlinir.

    3. Viruslar. Yanıq zamanı ən çox herpesvirus infeksiyaları müşahidə olunur. Əlavə olaraq sitomeqalovirus və hepatit virusları da infeksiya törədə bilərlər.


    Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   217   218   219   220   221   222   223   224   ...   303




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin