Ödemin patofiziologiyası. Ödemin səbəbi lokal və ya sistematik ola bilər. Kapillyar filtrasiyanın sürəti, limfanın geri dönməsi və kapillyar yatağın reabsorbsiyası tutumunu keçərsə, ödem meydana gəlir. Burada tarazılığa nəzarət edən faktorlar aşağıdakılardır:
xronik infeksiyalar (streptokok, stafilokok, vərəm, sifilis və s. )
Kəskin ödem.Aşağıda göstərilən səbəblər kəskin ödemin əmələ gəlməsinə səbəb olur:
Intersitisial boşluqlarda protein konsentrasiyasının artması
Kapillyar divarının keçiriciliyinin artması
Limfa damarlarının, yaxud venaların blokadası
Plazma proteinlərinin azalması
Xroniki ödem.Venoz sistemdə mövcud olan hər hansı bir blokada ya da çatışmazlıq nəticəsində vena daxilindəki hidrostatik təzyiqin artması, eləcə də limfa sistemdə anadangəlmə və ya qazanılmış müxtəlif dəyişikliklər səbəbindən baş verir.
Simptomlar. Limfatik ödem yüngül dərəcədə şişkinlikdən, ciddi sellulitlərə, hətta limfasarkomalara qədər gəlib çatan həyati təhlükəli ağırlaşmalara səbəb olur. İlk dövrlərdə ödem yumşaq olur, basdıqda iz buraxır. Aşağı ətrafdan topuq nahiyəsindən başlayaraq getdikcə yuxarıya doğru qalxır. Xəstə, proses gedən ətrafda narahatlıq hiss edir. Ödemin artması ilə gərginlik artdığından şikayətlər də artır. Gecələr adətən şikayətlər olmur, amma ayaqüstə qaldıqda ağrıların artmasından şikayət edir. Limfatik staz və ödem mayesindəki protein konsentrasiyasının getdikcə artması, bakteriyaların inkişafı üçün əlverişli mühit yaradır. İnfeksiya artdıqca dərialtı oxumalarda fibroz artır. Xronik ödemdə (fil ayaqlılıq) dəri qalınlaşmış, hiperkeratotik və tünd rəngli olur. Mövcud olan ödemə barmaqla basdıqda çuxurluq əmələ gətirmir.
Yuxarı ətrafda limfatik ödem - nadir hallarda anadangəlmə olur. Radikal masteoktomiyadan sonra qazanılmış olur. Bu əməliyyatı keçirənlərin bir hissəsində müxtəlif dərəcədə ödem inkişaf edir. Uzun müddət davam edən poslimfadermatoz nadir hallarda limfangiosarkomaya səbəb olur. Müalicəsi çətindir, amputasiya nadir hallarda effektli təsir göstərir. Şüa terapiyası palliativdir.
Limfatik obstruksiya. Hər hansı bir etioloji səbəbə bağlı olaraq limfatik obstruksiya əmələ gəldikdə mövcud kollaterallar, yaxud limfatiko-venoz şuntlar limfatik ödemin qarşısını tamamilə və ya qismən ala bilir. Ancaq müvafiq vəziyyətlərdə limfatik obstruksiya interlimfatik təzyiqi yüksəldərək limfanı çökdürür. Qapaq çatışmazlığı meydana çıxır, retroqrad axım inkişaf edir, orqan mənfəzinə limfa sızmağa başlayır.