Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə29/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   25   26   27   28   29   30   31   32   ...   303

Kollagen sintezi fazası. Dəqiq məlum olmayan bir mexanizm ilə fibroblastlardan kollagen yaranması başlayır. Kollagen molekullarının mexanik xüsusiyyətləri çapıq toxumasının sərtliyini təmin edən qarışıq və qıvrımlı quruluşa malikdir.

Yaranın dartılma qüvvəsi fibroplaziya dövründə sürətlə və kollagen sintezinə mütənasib bir şəkildə artır. Lazımi miqdarda kollagen yaradıldıqda yaradakı fibroblastların sayı azalır. Fibroplastik dövr sona çatdıqda fibroblastların itməsi ilə çapıq əmələ gəlmə fazası başlayır.

  1. Çapıq əmələ gəlmə fazası. Fibroplaziya nəticəsində yaranan çapıq geniş və sıx bir kollagen strukturdur. Lakin artıq dərəcədə həll olan kollagen liflər pərakəndə şəkildə yerləşmiş olduğuna görə bu, həssas birləşmədir. Bu liflərin hörgüyə bənzər formadan daha inkişaf etmiş struktura çevrildiyi görünür. Fibroblastların yaradan itməsinə və kollagen sintezinin getdikcə azalmasına görə zaman keçdikcə yaranın gücü artır. Spontan bir hadisə olan yenidən formalaşma illərcə davam edə bilər. Bu çapığın hansı dərəcəyə qədər formalaşacağı xəstənin yaşına və yaralanmanın vaxtına bağlı olduğu kimi, xəstədən xəstəyə də fərqlidir. Yenidən formalaşmanın mexanizmi tam aydın olmasa da, eyni zamanda davamlı kollagen birləşmə və parçalanma dövrünün olması bu proses haqqında müəyyən fikrə gəlməyə kömək edir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin