Təyziq yaraları. Əvvəllər yataq yaraları adlandırılan bu tip yaralar yataq və ya gipsin içində qalan immobilizasiya nəticəsində yaranan bir ağırlaşmadır. Bunlar toxuma qidalanmasının uzun müddət pozul
Təyziq yaraları. Əvvəllər yataq yaraları adlandırılan bu tip yaralar yataq və ya gipsin içində qalan immobilizasiya nəticəsində yaranan bir ağırlaşmadır. Bunlar toxuma qidalanmasının uzun müddət pozulması nəticəsində baş verir.
Xəstəxanada əmələ gəlmiş yaralar, əsasən, xəstəyə qulluğun zəif olmasından irəli gəlir. Müalicə çox vaxt çətin və uzunmüddətlidir. Birinci mərhələdə yara nahiyəsi təzyiqdən azad edilməli və xəstənin ideal mobilizasiyası təmin edilməlidir. Daha sonra ölü toxumalar və infeksiya mənbəyi mexaniki yolla və ya sarğılarla yaradan uzaqlaşdırılır. Bütün səthin canlı qranulyasiya toxuması ilə örtülməsi təmin olunur. Gələcəkdə yara loskutla bərpa olunur.