Uzaq dəri flebləri: Fleb qüsurdan uzaqda planlanır. Bilavasitə və ya dolayı yolla köçürülür.
Bilavasitə uzaq fleblər. Adətən, açıq fleblər olub, bir mərhələdə köçürülür. Çox hallarda ətrafın hərəkətli olmaq üstünlüyünə görə bir ətrafdan digərinə köçürülür. Köndələn-qol flebi, köndələn barmaq flebi, köndələn ayaq flebi bu qrupa aiddir.
Dolayı uzaq fleblər. Nadir istifadə olunan fleblərdir. Ya bir vasitə (bilək), ya da miqrasiya ilə köçürülür. Adətən, tunel fleb halına gətirilirlər.