Azərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan memarliq və İNŞaat universiteti “İnşaat” fakültəsi


Xırdalayıcı avadanlıqların növləri və iş prinsipləri



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix10.10.2022
ölçüsü0,7 Mb.
#118187
1   ...   6   7   8   9   10   11   12   13   14
31423bcf1d54c90afb89a3a5a2f02905

4.
Xırdalayıcı avadanlıqların növləri və iş prinsipləri. 
Çənəli daşqıranlar. Bu daşqıranlar çənələrinin yerdəyişməsinə görə sadə və mürəkkəb 
hərəkətli olur. Sadə hərəkətli daşqıranda material tərpənməz və tərpənən çənələr arasında axırıncının 
dövri olaraq əzməsi nəticəsində parçalanır (şəkil 3,a). Mürəkkəb hərəkətli çənəli daşqıranda material 
parçalan
madan başqa sürtülməyə də məruz qalır (şəkil 3,b). 
Çənəli daşqıranların məhsuldarlığı aşağıdakı emprik formulla təyin edilir: 
Q=0,093·L·d 
burada, Q – 
daşqıranın məhsuldarlığı, t/saat; L – yükləmə yarığının uzunluğu, sm; d – çənənin 
maksimal uzaqlaşmasına uyğun olaraq boşalma yarığının eni, sm. 
Çənəli daşqıranın məhsuldarlığı xırdalanın xammalın nəmliyindən, daşqırana materialın 
bərabər surətdə verilməsindən və yüklənən parçaların iriliyindən asılıdır. 
 
 
 
10 


Cədvəl 1. 
Materialların xırdalanması üçün tətbiq olunan daşqıranlar 
Materiallar 
Xırdalanma mərhələləri (daşqıranlar) 

II 
III 
Xüsusi bərk əhəngdaşı 
Çənəli, konuslu və ya 
vallı 
Çəkicli, konuslu 
və ya çənəli 
Konuslu və ya 
çəkicli 
Bərk əhəngdaşı və mergel 
_»_ 
_»_ 
_»_ 
Balıqqulaqlı əhəngdaşı, bərk 
trepel, opoka 
Özütəmizlənən çəkicli 
− 
− 
Bərk trepel, opoka, tuf 
_»_ 
− 
− 
Yumşaq trepel, opoka, tuf, 
pemza 
Vallı və ya özütə-
mizlənən çəkicli 
− 
− 
Gilli mergel və slants 
_»_ 
− 
− 
Gil və tabaşir 
Vallı 
− 
− 
 
Çənəli daşqıranlarda xırdalanma dərəcəsi 4...6 arasında olur. 
Mürəkkəb hərəkətli çənəli daşqıranlardan xırdalamanın II mərhələsində istifadə olunur. Onun 
daha narın məhsul verməsinə baxmayaraq məhsuldarlığı az olur (5...200 t/saat). Çənəli daşqıranın 
üstünlüyü 
onun sadələyində, etibarlılığında və nəm materialların xırdalanmasının mümkünlü-
yündədir. Sement sənayesində tətbiq olunan çənəli daşqıranların texniki göstəriciləri cədvəl 2.2-də 
göstərilmişdir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin