Azərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan memarliq və İNŞaat universiteti “İnşaat” fakültəsi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix10.10.2022
ölçüsü0,7 Mb.
#118187
1   ...   6   7   8   9   10   11   12   13   14
31423bcf1d54c90afb89a3a5a2f02905

 
Şəkil 3. Çənəli daşqıranların 
sxemi 
a-
sadə hərəkətli çənəli daşqıranlar; 
b-
mürəkkəb 
hərəkətli 
çənəli 
daşqıran: 1-tərpənməz çənə, 2-
tərpənənən çənə, 3-çənəni asmaq 
üçün ox, 4-ekssentrik val, 5-
şatun, 
6-
oynaqlı birləşmə, 7-boşaldılma 
deşiyinin enini dəyişən mexanizm, 
8-
bağlayıcı yay, 9-arxa dayaq 
tavası, 10-qabaq dayaq tavası, 11-bağlayıcı qurğunun dartqısı, 12-dayaq tavası 
Konuslu daşqıranlar. Bu daşqıranda materiallar fasiləsiz olaraq tərpənən və tərpənməz 
konuslar arasında sıxılmaqla parçalanır. Konstruksiyalarına görə konuslu daşqıranlar aşağıdakılara 
bölünür: 
− 
oynaqlı-asılmış vallı daşqıran (şəkil 4, a) 
− 
konsol vallı daşqıran (şəkil 4, b) 
11 


 
 
 
 
Şəkil 4. Konuslu daşqıranların sxemi 
a-
asılmış vallı; b-konsol vallı; 1-tərpənməz konusvari gövdə, 2-tərpənən konus, 3-val, 4-stəkan, 5 və 
6-çarx, 7-nov, 8-
valın dayağı 
Bu daşqıranların xırdalayan hissələri tərpənməz konusvari gövdə (I) və gövdənin daxilində 
yerləşmiş (3) yellənən vala möhkəm bərkidilmiş tərpənən konusdur (2). Valın aşağı ucu (4) stəkana 
ekssentrik oturdulur və (5,6) konusvari çarxlarla fırlanır. Stəkanın fırlanması nəticəsində tərpənən konus 
daşqıranın şaquli oxu ətrafında yellənərkən dövri olaraq tərpənməz konusa yaxınlaşır və uzaqlaşır. Bu 
zaman konuslar arasındakı yarıqda yerləşən material əzilir. Xırdalanmış məhsul maili nova (7) tökülür və 
daşqırandan xaric edilir, yaxud bilavasitə daşqıranın altında yerləşmiş nəqledici mexanizmə tökülür. 
Konuslu daşqıranlar çənəli daşqıranlardan xırdalanma prosesinin fasiləsizliyinə və beləliklə, 
yüksək məhsuldarlığına görə fərqlənir. Konuslu daşqıranlar sement zavodlarında bərk əhəngdaşının, 
klinkerin və alüminat posasının orta və narın xırdalanması üçün tətbiq olunur. Bu daşqıranlarda 
xırdalanma dərəcəsi 20 və daha çox olur. Konuslu daşqıranların məhsuldarlığı aşağıdakı formulla 
hesablanır: 
Q=6,8 D
2
b·n, 
burada, Q–
daşqıranın məhsuldarlığı, m
3
/saat; D–
xırdalayıcı konusun diametri, m; b–çıxış yarığının 
eninin ən kiçik qiyməti, m; n – xırdalayıcı konusun fırlanma tezliyi, dövr/dəq. 
Konuslu daşqıranların texniki göstəriciləri cədvəl 2.3-də verilmişdir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin