Azərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan memarliq və İNŞaat universiteti “İnşaat” fakültəsi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix10.10.2022
ölçüsü0,7 Mb.
#118187
1   2   3   4   5   6   7   8   9   ...   14
31423bcf1d54c90afb89a3a5a2f02905

Karbonat süxurları. Sement istehsalında əhəngdaşından, gilli əhəngdaşından, təbaşirdən, 
mergeld
ən, əhəng tufundan, ba- 
lıqqulaqlı əhəngdaşından və s. istifadə olunur. Bu süxurlar əsasən kalsium-karbonatdan ibarətdir. 
Karbonat süxurlarının keyfiyyəti onların quruluşundan, qarışıqların miqdarından və onların xammalda 
yayılma dərəcəsindən asılıdır. Dənələrinin ölçüsünə görə əhəngdaşları aşağıdakılara bölünür: 
kobudd
ənəli, iridənəli, ortadənəli, xırdadənəli və narındənəli. Dənələrin ölçüləri uyğun olaraq 2...1, 
1...0,5, 0,5...0,75...0,1, 0,1...0,01 mm olur. 
T
əbaşir gizli kristallik və yumşaq süxur olub ağ rənglidir. O demək olar ki, tamamilə 
mikrod
ənəli (0,01 mm-dən az) kalsium-karbonatdan ibarətdir.
Uyğun olaraq əhəngdaşının və təbaşirin sıxlıqları 2000...2800 kq/m
3
, 1600...2400 kq/m
3
, n
əmlikləri 
3...10 %, 15...25 %, sıxılmada möhkəmlik hədləri 100 MPa, 0,5...15 MPa olur. Portlandsement 
istehsalında tərkibi 40...43,5 % CaO, 3,2...3,7% MgO ibarət olan karbonat süxurları yararlıdır. Yaxşı olar 
ki, q
ələvilərin miqdarı 1%-dən, SO
3
-
ün miqdarı isə 1,5...1,7 %-dən çox olmasın. Kimyəvi tərkibi nisbətən 
sabit v
ə kristallik quruluşu eynicins olan süxurlar daha yararlıdır. Tabaşir və xırda kristallik quruluşlu 
əhəngdaşı süxurları reaksiyaya daha qabildir. Karbonat süxurlarında bərabər surətdə paylanmış narın gil 
v
ə amorf SiO
2
qarışıqlarının olması da xeyirlidir. Qarışıqda dolomitin miqdarının çox olması məqsədə-
uyğun deyildir. Çünki dolomitin reaksiyayagirmə qabiliyyəti aşağıdır. Xammalın keyfiyyətindən asılı 
olaraq yanma temperat
uru, sobanın məhsuldarlığı və məhsulun xassələri dəyişir. Belə ki, yüksək sıxlığa 
malik olan m
ərmər əhəngdaşına nisbətən daha çətin yanır. Karbonat süxurunun xüsusi növlərindən biri 
d
ə mergeldir. O, çökmə mənşəli olub əhəngdaşından gilə keçid dağ süxurudur. Mergelin tərkibi 
20...60 % gil-
qum qarışığından, 50...80 % isə kalsium-karbonatdan ibarətdir. Tərkibində olan CaCO
3
v
ə gil-qumun miqdarından asılı olaraq mergellər aşağıdakılara ayrılır: qumlu, gilli və əhəngli. Sement 
istehsalında ən qiymətli xammal tərkibi 75...80 % CaCO
3
v
ə 20...25 % gildən ibarət olan əhəngli 



mergel hesab olunur. Kimy
əvi tərkibinə görə mergel portlandsement xammal qarışığına daha yaxın 
oldu
ğuna görə onun istifadə olunması istehsal texnologiyasını sadələşdirir. Mergellər fiziki 
xass
ələrinə görə bir-birindən kəskin fərqlənə bilirlər: bəziləri sıx quruluşlu olub yüksək möhkəmliyə 
malik, dig
ərləri isə yumşaq və kövrək olur. 
T
ərkibindəki karbonat və gil komponentlərinin nisbi miqdarından asılı olaraq karbonat 
süxurları cədvəl 1.1-dəki kimi təsnif olunur. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin