Azərbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət iqtisad Universiteti “sabah” Mərkəzi



Yüklə 397,16 Kb.
səhifə11/18
tarix01.01.2022
ölçüsü397,16 Kb.
#105503
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
Strategiya və Vizyon.

Startegiyanın gələcək ilə əlaqəsi nə dərəcədə önəmlidirsə vizyonunda gələcəklə əlaqəsi o dərəcədə önəmlidir. Vizyon, gələcəyə istiqamətlənən təşkilat və ya fərdlər səviyyəsində tutulmuş proyektdir. Təşkilatın gələcəkdən gözlədiyi və özünün olması lazım olduğuna inandığı idealdır. Vizyonun təyin olunması ilə təşkilatlar gələcəklə əlaqədar xəyallarını, hədəflərini, məqsədlərini bir bütün halında ortaya qoyarlar. Bir təşkilatın məqsədi beləliklə açıq şəkildə ortaya çıxır. Xüsusilə təşkilatın işçiləri və təşkilatla əlaqədə olan digər təşkilatlar üçün çatmaq istənilən nöqtə aydın olmuş olar.

Vizyon missiya konsepsiyası ilə qarışdırılır. Missiya təşkilatın mövcudluğunun səbəbidir və vizyon gələcəkdə mövcud olmaq istədiyi nöqtədir (Dinçer,1998:9). Eyni zamanda, bu iki anlayış bir-birini tamamlayır. Başqa bir ifadəylə missiya, vizyona çatmağı hədəflər və missiya olmadan da vizyon müəyyənləşməz.

Strategiya ilə vizyon və missiya anlayışları arasındakı əlaqəyə baxdığımızda missiyanın təşkilatın mövcudluq səbəbini açıqlayaraq təşkilat işçilərinə yol göstərici vəzifə boynuna götürdüyünü görərik. Təşkilatda paylaşılan dəyərlər, ortaq inanclar, əlaqələr və təşkilati mədəniyyət missiyasının içində mövcudluğunu qoruyarlar. Missiya “biz nə edirik?” sualının cavabıdır. Strategiya bir təşkilata yön vermək, məqsədə çatmaq üçün müxtəlif yollar təyin etmək, davamlı analiz edərək təşkilata dinamiklik qazandırmaq üçün başladılan və sona çatdırılmayan bir prosesdir. Vizyon isə təşkilatın gələcəkdə var olmaq istədiyi nöqtəni göstərən və strategiyalara kompas xüsusiyyətində yol göstərən, bir növ strategiyaların, hədəflərin, məqsədlərin sintezidir.

Təşkilatlarda vizyonun təyin olunmasından sonra içilərə bildirilməsi vizyon bəyanı olaraq adlandırılmaqdadır. Vizyon bəyanının təyin olunması təşkilatlara bir çox fayda təmin etməkdədir. Vizyon ilə təşkilat üzvlərinin birlikdə işinə dair ilk addım atılmış olar. Vizyon insanların hədəflərini yüksəldərək, təşkilatı daha yaxşıya və irəliyə daşıyacaq coşğunu yaradar, insanların ürəklərində alovlanan bir güc kimi çıxış edər.




Yüklə 397,16 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin