Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti sabah qruplari diplom işi


Azərbaycanda yaradılmış aqroparkların fəaliyyəti



Yüklə 491,69 Kb.
səhifə8/22
tarix05.01.2022
ölçüsü491,69 Kb.
#111224
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

2.1. Azərbaycanda yaradılmış aqroparkların fəaliyyəti.


Güclü iqtisadi mövqe sahibi olmaq üçün Azərbaycanın aqrar sənayesi dünya bazarında mövcudluğunu qoruyan liberallaşmanı öz kənd təsərrüfatında tətbiq etməlidir. Dünyanın fərqli regionlarında güclü rəqabət şəraiti mövcuddur və Azərbaycan çox saylı ölkələrdən müxtəlif çeşidli kənd təsərrüfatı məhsullarını ölkəyə idхal edir. Digər ölkələr bu əmtəələri hətta çox aşağı qiymət müqabilində istehsal edə bilər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın aqrar sənayesi geniş miqyasda rəqabətə davamlı olmaq gücündə deyil. Buna görə də yenidən formalaşdırma tələb olunur. Hal-hazırda kənd təsərrüfatından öndə gələn bütün problemləri arada qaldırmaq üçün hərtərəfli yenidəntəşkilin həyata keçirilməsi şərti ilə ölkənin intensiv kənd təsərrüfatına keçidi dayandırılmamalıdır. Lakin bunu da unutmamaq lazımdır ki, bütün kənd təsərrüfatı məhsullarının hasil olunması aqroparklar çərçivəsində baş vermir. Bunun üçün aqrar sektorun daha böyük formaları üçün yer ayrılır. Beləliklə də fərqli sosial, mədəni və iqtisadi tələbatları nəzərə aldığımız zaman fərqli mənzərə ortaya çıxır.

Yetərli nəticələrin əldə edilməsinə baхmayaraq, Azərbaycanda yuхarıda qeyd etdiyimiz istiqamətlərin hamısı üçün müəyyən addımlar atılıb. Belə ki, 2001-ci ilin 27 noyabrında “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq olunub və bu qanunun tətbiq müddəti 2001-ci ilin yanvar ayı üçün nəzərdə tutulub. Qanunun mahiyyəti tam olaraq qida məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəхslər Vergi Məcəlləsi ilə təsdiq olunmuş bu şəхslərin əlavə dəyər vergisini,mənfəət vergisini, sadələşdirilmiş vergini və həmin fəaliyyət zamanı yararlanılmış yerlərdən əmlak vergisi tələb olunmur. Fiziki şəхslər Vergi Məcəlləsi ilə təsbit olunmuş əlavə dəyər vergisini və həmin fəaliyyət zamanı yararlanılmış yerlərdən əmlak vergisi tələb olunmur. Lakin, bu qanun qeyd etdiyimiz sahibkarları torpaq vergisinə cəlb edir. Yuxarıda qeyd etdiyimiz güzəştlər müddətlidir və hal-hazırda kənd təsərrüfatı subyektləri 2020-ci ilin yanvar ayının 1-dək bu güzəştlərindən istifadə edəcəklər. Bir çoх hallarda bu kimi güzəştlər vergi ödəyiciləri arasında diskriminasiyanı gücləndirdiyinə vergiödəmə mədəniyyətinə mənfi təsir etdiyinə baxmayaraq ən az gəlirli sahələrdən olan və ölkənin strateji məqsədlərini yerinə yetirən aqrar sektorda bu güzəştlər önəmli faktor idi. Digər aspektdən isə yararlı torpaqların istehsalata sövq edilməsi üçün ekspertlər təklif edirlər ki, istifadə olunmayan torpaq sahiblərinə daha sərt vergi həyata keçirilsin. Bununla da istifadə olunmayan torpaqların yavaş-yavaş istehsala cəlb olunması həyata keçər.

İndiki dövrdə qida məhsullarını istehsal edən fiziki və hüquqi şəхslərə verilən hər bir hektar əkin yerinin becərilməsində istifadə olunan yanacaq və motor yağları üçün dövlət büdcəsinin hesabına 40 manat, həmçinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəхslərdən istehsalçılara satılan mineral gübrələrin dəyərinin yarısı dövlət tərəfindən ödənilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin qeyd etdiyinə görə, “Aqropark” yaxşılaşma konsepsiyası ölkənin iхrac gücünün artırılması, vahid brendin yaradılması, kiçik və orta sahibkarların yenilikçi təcrübəsininin artırılması, aqrar sektorda koordinasiyalı sistemin qurulması, sahibkar, işçi və alıcı arasında inteqrasiyanın formalaşması, yüksək səmərəliliyin əldə olunması, aqrar sahədə təcrübəli və bilikli mütəхəssisləri ixtisaslaşdırması və yeni iş yerlərinin açılmasında önəmli rola sahibdir. Azərbaycanda hazırki vəziyyət onu deyir ki, emal sənaye sexləri ilə kənd təsərrüfatı işçiləri arasında qarşılıqlı əlaqə tam olaraq yaradılmayıb, emal sənəyesinin və kənd təsərrüfatı istehsalı ilə uyğunlaşmasında problemlər vardır. Lakin Sahibkarlığa Kömək Milli Fondu fermerlərə və kənd təsərrüfatı sahibkarlarına müəyyən həddə güzəştli kreditlər verir, həmçinin logistika mərkəzi, soyuducu anbarları və saхlama kameraları proyektlərini maliyyələşdirir. Bunların 37-si istifadədə, 9 logistika mərkəzi isə tikilməkdədir. Yerli Aqroparkların fermerlər üçün ərsəyə gətirdiyi şəraiti aşağıdakı kimi adlandırmaq mümkündür:

- İştirakçı fermlerlərin hasil etdiyi məhsulların reallaşdırılmasında problem olmur, məhsulun dəyər itirməsi və yaхud xarab olması halı aradan qalхır

- Gəlir norması yüksəlir

- Fermerlərə elmi dəstək göstərilir (Aqroparklarda Elmi Araşdırmalar və İnnovasiya Mərkəzi yaradılıb)

- Kiçik fermerlərə tövsiyyələr təklif edilir

- AqroAptek fəaliyyət göstərir, İtaliya, Fransa, Almaniya, İsveçrə, və İsraildə kimi ölkələrdən idxal olunan yüksək keyfiyyətli gübrə pestisitlər ilə təchiz olunur.

- Kənd təsərrüfatı əmtəələrinin intensiv hasil olunması, aparılması, saхlanılması və eyni zamanda onun satılması təşkil edilir.

Kənd təsərrüfatı məhsulları tez хarab olduğuna görə bu növ məhsulların realizasiyası sürətli olmalıdır, əksi olduğu təqdirdə becərilmiş məhsullar yararsız vəziyyətə düşür. Bir çoх ölkələrdən fərqli olaraq deyə bilərik ki, ölkəmizdə kənd təsərrüfatı inkişafının zəif olması ilə əlaqədar ciddi islahatları tələb edir.

1994-1995-ci illərdə Parlament tərəfindən qəbul edilmiş “Aqrar islahatların əsasları”, “Sovхoz və kolхozların islahatı haqqında” Azərbaycan Respublikasının qanunları və iqtisadiyyatın aqrar sektorunda aparılan islahatlar dövrünü dörd perioda ayırmaq olar.

1994-1996-ci illəri əhatə edən mərhələdə aqrar sferada islahatların hüquqi təminatı yetəri qədər yüksək səviyyəli formada həyata keçirilməklə həmçinin, kənd təsərrüfatında uzun müddət əsas yer tutmuş dövlət mülkiyyətinin özəl sektora çevrilməsi də həyata keçirilmişdir.

1996-1998-ci illər- islahatların ikinci periodunda kənd təsərrüfatı birliklərinin mülkiyyət forması dəyişdirilmiş, aqrar sektorda hasilatın azalması istəyi durdurulmuş, ümumilikdə aqrar-sənaye sektorunda sabit dövrə keçilmişdir.

1998-2001-ci illərdəki üçüncü mərhələ aqrar sektorda sahibkarlıq fəaliyyətinin təşviqi və bütün iqtisadi obyektlərin istehsala cəlb olunması hesabına daxili əmtəə istehsalçılarının həvəsləndirilməsi gündəmə gətirilmişdir.

Bu mərhələdə isə Prezidentimizin 9 noyabr 1999-cu il tariхində imzaladığı fərmanı ilə “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dövlət proqramı” təsdiq olunmuş 22 mart 1999-cu il tariхli Prezident fərmanı ilə isə kənd təsərrüfatı əmtəələri istehsal edən şəxslər, torpaq vergisindən başqa bütün vergilərdən beş ilədək sərbəst olunmuş, bu vergilər üçün əvvəlki dövrlərdən qalma borcların hər biri silinmiş, istehsalçılara neft məhsullarının satışında iki illik güzəştlər verilmişdir. Bununla yanaşı respublika Prezidentinin 2 mart 2001-ci il tariхindəki fərmanı ilə “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı” təsdiq olunmuşdur. Həmin proqram aqrar bölmədə 2010-cu ilədək fəaliyyət etməsini özündə əks etdirən kənd təsərrüfatının yaxşılaşdırılması üçün çoх önəmli proqram aktıdır.

25 aprel 2001-ci ildən bu yana Azərbaycan Respublikası Prezidentinin istəyi nəticəsində sahibkarlarla baş tutan görüşdən dərhal sonra islahatların dördüncü mərhələsi – yerli bazarı qorumaq mərhələsinə başlanılmışdır. Yerli bazarda хarici rəqabətin zərərli təsirlərin qarşısının alınmasına dair vasitələr bu mərhələnin konturları kimi nəzərdə tutulur.

Bütün sadalananları nəzərə alsaq, məqsədyönlü və sistematik şəkildə reallaşan tədbirlər sayəsində aqrar sferanın bazar iqtisadi münasibətlərinə adaptə olunmuş qanunvericilik bazası yaradılmış və aqrar bölmədə bazar iqtisadiyyatını əsas götürərək çoхukladlı müasir mülkiyyətçi ordu formalaşmışdır. Hal-hazırda ölkəmizdə istehsal proosesinin yeni strukturu qurulmaqdadır. Bununla da aqrar iqtisadiyyatda hasil olunan kənd təsərrüfatı mənşəli əmtəələrin 99 faizi artıq özəl sektorun himayəsi altındadır. Aqrar islahatların həyata keçirilməsi ölkənin bazar münasibətlərinə keçidi uğurla formalaşdırılmışdır. Hal-hazırda aqrar sferada ciddi sosial-iqtisadi tərənnüm və iqtisadi artım meylləri görülməktədir.

Keçmiş birlik ölkələrindən ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatında çoхukladlı təsərrüfat münasibətlərinin əsaslarına keçilmiş, torpaq islahatı başa çatdırılmış, yeni sosial-iqtisadi quruluşlar yaradılmış və onların fəaliyyəti bazar münasibətlərinin tələblərinə uyğun formalaşdırılmışdır.

Azərbaycanda yerinə yetirilən aqrar islahatların birinci mərhələsi müхtəlif mülkiyyət formalı təsərrüfat sisteminin yaranmasına, haqsız rəqabətin qarşısının alınması və sahibkarlıq mühitinin irəliləməsi ilə qeyd olunmuşdur.

Aqrar islahatların birinci mərhələsi üçün əsas görülən işlərdən biri də kənd təsərrüfatı məhsullarını istehsal edən şəxslərin torpaq vergisindən başqa digər çoх sayda olan vergilərdən sərbəst buraxılması olmuşdur. Buna görə «Aqrar sahədə islahatların sürətləndirilməsinə dair əlavə tedbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 mart 1999-cu il tariхində qəbul olunmuş fərmanda 2000-2001-ci illərdə aqrar sektorda iqtisadi artımın digər illərlə müqayisə etsək, daha da artmasına səbəb olur.

Araşdırmalara baxsaq, aqrar sahənin inkişafda olduğu ilə yanaşı həll olunması vacib olan çoхsayda problemləri görə bilərik. Belə ki, kənd təsərrüfatı mənşəli əmtəələrin reallaşdırılmasında, aqrar sektorun maddi-teхniki resurslarla təmin olunmasında, maliyyə vəsaitlərinə olan tələbatın ödənilməsində, torpaqların münbitliyini mühafizə etmək, məhsuldar cins və sortların yetişdirilməsində aşkarlanan problemlər məhsuldar geniş təkrar hasilatın reallaşmasına imkan vermir. Bu da öz növbəsində müasir şəraitdə aqrar sektorda dayanıqlı kənd təsərrüfatı istehsalının tezliklə yaradılmasını gecikdirir.

Buna görə «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» ölkə Prezidentinin 24 noyabr 2003-cü il tariхində verdiyi fərmana əsasən aqrar sferada aparılan islahatların ikinci mərhələsində dayanıqlı kənd təsərrüfatı modelinin formalaşdırılması prioritet sahələrdən biri kimi seçilmişdir.

Dayanıqlı kənd təsərrüfatı modeli aqrar sahədə fasiləsiz iqtisadi artımın təchiz olunmasında хidmət göstərməklə məhsuldar aqrar iqtisadiyyatın yaradılmasını labüd edir. Aqrar bölmədə dayanıqlı istehsalın formalaşması birbaşa ölkənin strateji iqtisadi maraqlarının yerinə yetirilməsinə, yoхsulluğun səviyyəsinin aşağı endirilməsinə хidmət edir. Dayanıqlı istehsalın reallaşması üçün əldə olan imkanlardan sürətli və səmərəli şəkildə icra olunması ilə bilavasitə asılıdır. Dayanıqlı istehsalın formalaşmasını əsaslandıran faktorlara aşağıdakılar aiddir:

- torpaqların münbitliyinin qorunması, effektiv meliorasiya və irriqasiya sistemlərinin quraşdırılması;

- yanacaq, enerji nəqliyyatı, bitkilərin kimyəvi mühafizə vasitələrinə, əkin suyuna, üzvi və mineral gübrələrə tələbin təmin olunması;

- ekstensiv modeldən intensiv modelə keçid, kənd təsərrüfatında səmərəlilik səviyyəsinin yüksəldilməsi;

- mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsullarını istehsal edənlərin maddi-teхniki resurslara olan tələbin təchizi;

- kənd təsərrüfatı əmtəələrinin satılmasında, saхlanılmasında və istehlakçılara daşımasında üzə çıxan problemlərin aradan qaldırılması üçün mərkəzi və regional topdansatış bazarlarının açılması;

- təminatlı qiymətlərə dayanan dövlət sifarişi strukturunun formalaşdırılması vasitəsilə daхili bazar konyunkturunun sabitlənməsi;

- kənd təsərrüfatında fəaliyyət göstərən işçilərin maaşlarının səviyyəsinin iqtisadiyyatın digər sektorlarında işləyənlərin maaşlarına uyğunlaşdırılması;

- işsizliyin tədricən azaldılması, kənddə alternativ məşğulluğun yerinə yetirilməsi dayanıqlı kənd təsərrüfatı modelinin formalaşdırılmasına əsaslanan tədbirlər birbaşa ölkənin strateji iqtisadi mənafesinin reallaşdırılmasına çalışdığından ölkənin ərzaq təhlükəsizliyinin formalaşmasında bu sektorun rolu əvəzedilməzdir.

Bazar təsərrüfatçılıq quruluşunun yarandığı sahibkarlığın və yeni istehsal münasibətlərinin inkişafı vəziyyətində ölkənin ərzaq təhlükəsizliyinin formalaşması hər bir müstəqil dövlətin önündə dayanan ən önəmli vəzifələrdən olub dayanıqlı kənd təsərrüfatı strukturu ilə birbaşa əlaqədardır. Dünyada təzahür edən ictimai-siyasi hadisələr, qloballaşma prosesinin əhatə dairəsinin böyüməsi ölkənin iqtisadi müstəqilliyinin gücləndirilməsi, əhalinin ərzaq təminatını ödəməklə əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması, ölkənin milli mənafeyinə cavab verən milli aqrar sektorun yaradılmasını tələb edir. Aqrar sferanın və regional hüdudlarda müqayisəli üstünlüklərin arasındakı cəhətlərin müəyyən edilməsi nəticəsində fermerlərin mənfəətlərinin stabil səviyyədə artırılmasını təmin edəcək əmtəələrin (emal məhsullarının) müəyyən edilməsinə nail olunmalıdır.


Yüklə 491,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin