Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Azərbaycanda kiçik sahibkarlığın inkişafının müasir vəziyyəti və kompleks təhlili



Yüklə 0,73 Mb.
səhifə20/36
tarix05.01.2022
ölçüsü0,73 Mb.
#111686
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
2.2 Azərbaycanda kiçik sahibkarlığın inkişafının müasir vəziyyəti və kompleks təhlili

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ,geniş miqyaslı islahatlar həyata keçirmişdir.Bu islahatların əsas ideyalarından biri əhalinin daha çox hissəsinin sahibkarlıq fəaliyyətinə sövq edilməsi olmuşdur.Belə ki,ölkəmizdə bazar münasibətlərinin formalaşması nəticəsində kiçik sahibkarlıq mühiti , bu müəssisələrin işgüzar fəallığı və onların idarə edilmə prinsipləri xeylı dərəcədə inkişaf etmişdir.Artıq sahibkarlar mövcud reallıqla öz resurslarını qiymətləndirib,bazarda baş verən hadisələrə uyğun olaraq öz fəaliyyətlərini həyata keçirib,gələcək perspektivlərini qiymətləndirirlər.Bütün bu proseslər isə ölkənin iqtisadi vəziyyətinə təsir edərək, iqtisadi canlanmasına səbəb olur.

1993-cü ildə H.Əliyevin hakimiyyətə geri dönməsi nəticəsində və daha sonra həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kiçik sahibkarlıq fəaliyyəti daha da inkişaf etmiş və kiçik sahibkarlığın təşəkkül tapmasi üçün hüquqi baza formalaşmışdır. Hazırda isə bu siyasəti davam etdirən İ.Əliyevin başçılığı ilə kiçik sahibkarlığın inkişafının təminatı üçün yeni mərhələ yaşanır. Dövlət özünün mövcud imkanları ilə yeni sahibkarlıq subyektlərinin iqtisadi sferanın bütün sahələrində formalaşmasına şərait yaratmaqla, kiçik sahibkarların öz potensial imkanlarında səmərəli şəkildə istifadə edə bilmələri üçün geniş imkan yaratmışdır.

Kiçik sahibkarlığın əhəmiyyəti hər bir ölkə üçün əvəzsizdir. Onlar iri müəssisələrin istehsal edə bilmədiyi məhsulları və ya məhsulların istehsalı üçün lazım olan hissələri istehsal edərək, müxtəlif xidmətlər göstərirlər. İş yerləri məhdud olan yerlərdə işsizliyi qismən aradan qaldırılar, istehlakçıları məhsulla təmin edirlər, vergi ödəməklə büdcənin gəlirini atırırlar , iri müəssisələrə nisbətən çevikdirlər .Bir sözlə ümumi həyat səviyyəsinin yüksəlməsində kifayət qədər əhəmiyyətli rol oynayırlar.

Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, iqtisadiyyatın diversifikasiyalaşmasında ən çox istifadə olunan metod kiçik sahibkarlığın inkişaf etdirilməsidir.Belə ki,ölkədə kiçik sahibkarlığın inkişaf dinamikası nə qədər yüksək olarsa ,iqtisadiyyat bir o qədər diversifikasiya olunar və nəticədə onun bir sahədən asılılığı azalar. Ölkəmizdə də düzgün həyata keçirilən siyasət nəticəsində neftlə bağlı sahələrin inkişafıyla yanaşı qeyri-neftlə bağlı olan sahələrin inkişafı vasitəsi ilə ölkə iqtisadiyyatının bir sahədən asılılığı azalmış və bununla yanaşı büdcə gəlirlərində də əhəmiyyətli artımlar baş vermişdir. Ümumilikdə iqtisadiyyatda və qeyri neft sektorunda olan artıma nəzər salaq:


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin