25
Müəssisənin bazar müvəffəqiyyəti rəqabət mühitini
düzgün müəyyənləşdirərək
öyrənməkdən və ona uyğunlaşmaqdan asılıdır. Deməli, rəqabət bazar
iqtisadiyyatının inrisafını təmin edən əsas amillərdən biri olmaqla yanaşı, həm də
müəssisələrin bazar davranışlarını formalaşdıran amillərdən biri iimi çıxış edir.
26
FƏSİL II. SIĞORTA BAZARINDA RƏQABƏTİN İDARƏEDİLMƏSİNİN
MARKETİNQ PROBLEMLƏRİ
2.1. Bazar təsərrüfatçılığı şəraitində sığorta bazarı və onun
sosial-iqtisadi təbiəti
Sığorta bazarı əsasən bazar prinsipləri əsasında formalaşır və bazar
iqtisadiyyatının formalaşması və inkişafında özünə məxsus xüsusi yer tutur. Belə
ki, sığorta fəaliyyəti biznes fəaliyyətinin bir çox istiqamərlətini
əhatə edir və bu
istiqamətlər arasında alınan xammal və materialların, satılan məhsulların, bir sıra
digər fəaliyyət növlərinin və xidmətlərin sığortalanması xüsusi əhəmiyyət kəsb
edir. Bu baxımdan, sıöorta fəaliyyəti bazar münasibətlərinin formalaşması və
inkişafında xüsusi əhəmiyyətə və rola malik olur.
Bazar münasibətləri şəraitində sığorta bazarının sosial – iqtisadi mahiyyətini
açıqlarkən “sığorta”nın iqtisadi kateqoriya kimi mahiyyətinin açıqlanmasına diqqət
yetirmək vacibdir.
Sığorta (ing.
Insurance) – şəxslərin mülki məsuliyyəti, həyatı, sağlamlığı,
əmlakı, qanunvericiliklə
qadağan olunmayan fəaliyyəti, həmçinin sahibkarlıq
fəaliyyəti ilə bağlı əmlak mənafelərinin müdafiəsi yönündə riskin
bölüşdürülməsinə və ya ötürülməsinə əsaslanan münasibətlər sistemidir.
Ümumilikdə sığorta – istehsal münasibətlərinin vacib elementlərindən biridir. Bu,
istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz
və müntəzəm təkrar istehsalın əsas şərtlərindən biri hesab edilir.
Sığorta bazarı – təsərrüfat subyektləri (sığorta fəaliyyəti ilə məşğul ol
şirkətlər) tərəfindən sığortalıların sığorta
ödənişlərindən formalaşan, sığorta
hadisəsi nəticəsində sığortalıya dəyən zərərin ödənildiyi, sığorta fondunun
hesabına hüquqi və fiziki şəxslərin əmlak maraqlarının müdafiəsi ilə bağlı
münasibətlər sistemidir. Eyni zamanda sığorta bazarı pul
münasibətlərinin xüsusi
sferasıdır. Burada alqı-satqı obyekti kimi sığorta müdafiəsi, təklif və ona olan
tələbatı formalaşdıran pul münasibətləri formasında nəzərdən keçirilir.
Sığorta könüllü və icbari formalarda həyata keçirilir. Hər iki sığorta sığortaçı
ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Könüllü sığortanın
27
aparılmasının ümumi şərtlərinin və qaydalarının müəyyən edilməsi sığortaçı
tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta
müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta mqvcud
qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Qanunvericiliyə zidd olmayan bir sıra əmlak mənafeləri sığorta obyektlərinə
aid ola bilər:
- sığorta
olunan şəxsin əmək qabiliyyəti, həyatı, sağlamlığı və pensiya
təminatı ilə bağlı (şəxsi sığorta);
- əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı ilə əlaqədar (əmlak sığortası);
- sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına dəymiş zərərin,
həmçinin hüquqi şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlı (məsuliyyət sığortası).
Ölkə ərazisində yerləşən hüquqi şəxslərin əmlak mənafelərinin (təkrar sığorta
və qarşılıqlı sığorta istisna olmaqla) və ölkənin rezidentləri
kimi fiziki şəxslərin
əmlak mənafelərinin sığortası yalnız sığorta fəaliyyətinin həyata keçirilməsinə
lisenziyası olan hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
Sığortaçılar sığorta agentləri və sığorta brokerləri vasitəsi ilə sığorta
fəaliyyətini həyata keçirirlər.Verilmiş səlahiyyətlərə uyğun olaraq sığortaçının
adından və onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər sığorta
agentləridir. Sığortalının yaxud sığortaçının tapşırıqları əsasında öz adından sığorta
üzrə vasitəçilik fəaliyyətini həyata keçirən, sahibkarlar qismində müəyyən olunmuş
qaydada qeydiyyatdan keçən fiziki və ya hüquqi şəxslər sığorta brokerləri kimi
fəaliyyət göstərirlər.
Dostları ilə paylaş: