28
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək məqsədilə yaradılmış,
qanunvericiliyə uyğun olaraq xüsusi razılıq alaraq fəaliyyət göstərən hüquqi
şəxslərdir. Bu tip hüquqi şəxslərə əsasən sığorta şirkətləri aid edilirlər.
Sığortanın funksiyaları. Sığortanın fəaliyyət mexanizmlərinin yaradilması
və tətbiqi, ictimai - iqtisadi mahiyyəti onun yerinə yetirdiyi
funksiyalara uyğun
olaraq formalaşır, Funksiya dedikdə sığorta fəaliyyətində yerinə yetirilən
ixtisaslaşmış fəaliyyət istiqamətləri başa düşülür. İxtisaslaşmış
fəaliyyət
istiqamətləri isə sığortanın formalarindan və növlərindən yaranır. Funksiyalar eyni
zamanda sığortanın maliyyə sisteminin həlqələrindən biri kimi bir sıra
xüsusiyyətləri müəyyənləşdirməyə imkan verən təzahür əlamətlərindən ibarətdir.
Maliyyə anlayışı iqtisadi mahiyyətini hər şeydən öncə bölgü funksiyası vasitəsi ilə
ifadə edir.
Sığortanın əsasən dörd funksiyası var:
1. risk funksiyası;
2. xəbərdarlıq funksiyası;
3. yığım(əmanət funksiyası);
4. nəzarət funksiyası.
Burada əsas fuksiya
risk funksiyasıdır. Belə ki,
zərər hər zaman meydana
çıxa bilər və təkrar oluna bilər. Qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun
olaraq sığorta şirkəti zərər çəkən təsərrüfat subyektinə pul yardımı göstərməlidir.
Belə olan halda risk funksiyası yenidən bölgü
münasibətlərinin həyata
keçirilməsində iştirak edir. Təsadüfi sığorta hadisəsinin baş verməsilə bağlı dəyərin
pul formasında sığorta iştirakçıları arasında yenidən bölgüsü aparılır. Yenidən
bölgü münasibətləri nəinki sığortanın mahiyyətini əks etdirir, eləcə sığortanın risk
funksiyasının həyata keçirilmə mərhələsində əsas rol oynayır.
Dostları ilə paylaş: