Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad yniversiteti


Sığorta xidmətlərinin satışının təşkili



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix26.07.2022
ölçüsü1,24 Mb.
#117443
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
Babazad-Az-r-Musaf-ddin

Sığorta xidmətlərinin satışının təşkili. Sığorta xidmətlərinin satışı əsasən 
üç kanal vasitəsi ilə həyata keçirilir. Bunlar aşağıdakılardır:
1. Birbaşa satış, o cümlədən: -şirkətin öz ofisində, filial, nümayəndəlik və 
agentliklərində;
2. Vasitəçilər, o cümlədən: - agentlər, brokerlər, produktor;
3. Alternativ vasitəçilər, o cümlədən: - banklar, poçtlar, turist firmaları, 
elektron vasitələr və s. 
Sığorta bazarında böyük risklər üzrə müqavilələr əsasən birbaşa kanallar 
vasitəsilə həyata keçirilir. Çünki, həmin risklərin qiymətləndirilməsi mütəxəsisdən 
yüksək ixtisaslaşma tələb edir. Bundan başqa şirkət müqavilə bağlayarkən sığorta
qaydalarında müştərinin marağına uyğun dəyişiklik etmək imkanına malikdir ki, 
vasitəçilər də bunu bacarmır. Bu gün sığorta şəhadətnamələrinin satışının ən geniş 
yayılmış kanalı vasitəçilərdir. Vasitəçilər daha çox müştərilərin əhatəsində 
olduğundan onlar sığorta xidmətlərini kütləvi şəkildə yaya bilirlər. Bu da 
sığortaçının dövriyyəsini xeyli artırmağa imkan verir. Elə bu səbəbdən şirkətlər 
xüsusilə də qeyri-həyat sığorta növlərinin inkişaf etdirilməsi üçün geniş vasitəçi 
şəbəkəsi yaratmağa çalışırlar.
Alternativ vasitəçi kanalı da sığortalıların kütləviliyini təmin etmək məqsədi 
ilə istifadə olunan əlavə vasitədir. Qeyd olunan marketinq alətləri yalnız azad bazar 
şəraitində lazimi effekt verə bilər. İnhisarlarla əhatə olunmuş bazarda bu cür 
tədirlərin köməkliyi ilə yüksək nəticələr əldə etmək çətin olsa da bazara çevik 
reaksiya göstərə bilən təcrübəli marketoloq bu işin öhdəsindəndə gələ bilər. Lakin 


57 
onu da qeyd etməliyik ki, yuxarıda göstərilən ümumi marketinq prinsipləri ilə 
yanaşı hər bir ölkənin sığorta bazarının milli xüsusiyyətləri də nəzərə alınmalıdır.
Şirkət bazar strategiyasını düzgün marketinq prinsiplərinə uyğun qursa da 
milli xüsusiyyətləri nəzərə almasa iflasa uğraya bilər. Bu tezisdən çıxış edərək belə 
qərara gəlmək olar ki, ən idial bazar strategiyası optimal marketinq prinsipləri ilə 
yanaşı bazarın milli xüsusiyyətləri də nəzərə alınaraq hazırlanan strategiyadır.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin