Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci


Avtomobilin güc ötürücü aqreqatlarının diaqnostikası



Yüklə 0,71 Mb.
səhifə37/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   52
Avtomobilin güc ötürücü aqreqatlarının diaqnostikası

Avtomobilin güc ötürücü aqreqatlarının (transmissiyanın) texniki vəziyyəti hər şeydən əvvəl istehsal zamanı onların hazırlama və yığılma texnologiyasının keyfiyyətindən, həmçinin nizamlama işlərinin yüksək səviyyədə aparılmasından asılıdır. Burada transmissiya aqreqatlarının təmirə yararlığına xüsusi fikir vermək lazımdır. Çünki istismar dövründə avtomobilin texniki qulluq və təmir xərcləri əsasən onun aqreqatlarının təkmillik dərəcəsindən, başqa sözlə desək, təmirə yararlığın xüsusiyyətlərindən (elementlərin qarşılıqlı əvəz olunma və unifikasiya qabiliyyəti, texniki qulluq və təmir obyektinə əlverişlilik dərəcəsi, qaraj avadanlığının varisliyi) asılıdır.

Ümümiyyətlə, transmissiyanın texniki vəziyyəti güc itkisinə, aqreqatlardakı lüftlərə və avtomobilin sərbəst diyirlənmə məsafəsinə görə qiymətləndirilir.

Transmissiyada diaqnostika və nizamlama işləri onun aqreqatlarının – ilişmə muftasının , ötürmələr qutusunun, paylayıcı qutunun , kardan ötürməsinin və arxa körpünün (baş ötürücü və diferensialın) texniki vəziyyətlərinin öyrənilməsini və tələb olunan yerlərdə nizamlama əməliyyatlarının yerinə yetirilməsini əhatə edir. Transmissiyanın TQ və ÇT işləri bütün avtomobildə yerinə yetirilən texniki təsirlərin 10% ni təşkil edir.

Transmissiyanın bütün aqreqatları tez-tez dəyişən dinamiki yüklər altında işləyir. Buna görə də istismar prosesində transmissiya aqreqatlarının detallarından yüksək etibarlılıq tələb edilir. Əks təqdirdə avtomobildə imtinalar və nasazlıqlar yaranır ki, bunların da aradan qaldırılması böyük xərclərlə başa gəlir.

Transmissiyda diaqnostika işlərini yerinə yetirmək üçün onun aqreqatlarında baş verən imtina və nasazlıqların xarici əlamətləri nəzərdən keçirilməlidir.

Bu əlamətlər transmissiyanın hər bir aqreqatı üçün aşağıdakılardan ibarətdir:


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin