Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,71 Mb.
səhifə38/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   52
İlişmə muftasının diaqnostikası. İlişmə muftasında baş verən imtina və nasazlıqların xarici əlamətləri aşağıdakılardır:

a) üzlüklərin yeyilməsi, onların üzərinə yağın düşməsi, sıxıcı yayların gərilmə xüsusiyyətlərinin zəifləməsi və pedalın sərbəst gedişinin normada olmaması nəticəsində ilişmə muftası yük altında işlədiyindən sürüşmənin baş verməsi; nəticədə mühərrikin yaratdığı gücün müəyyən hissəsi faydasız olaraq hissələrin qızmasına və üzlüklərin yeyilməsinə sərf olunur, avtomobilin dartıcı xüsusiyyətləri korlanır, yanacaq sərfi artır;

b) ayıran muftanın linglərinin eyni müstəvi üzrə düzgün yerləşməməsi və pedalın sərbəst gedişinin normadan artıq olması nəticəsində ilişmə muftasının mühərriki güc ötürücü aqreqatlardan tam ayırmaması; buna görə də ötürmələri keçirdikdə səslər əmələ gəlir, dişli çarxların yeyilməsi artır və s.;

c) aparılan valda topun şlislərinin yeyilməsi və dempfer yaylarının sınması təsirindən ilişmə muftasının sərt birləşməsi; bu halda avtomobili hərəkətə gətirəndə o, yerindən sıçrayışla tərpənir, bu isə transmissiyada dinamiki yüklərin artmasına və nəticədə sürətlər qutusunda dişli çarxların dişlərinin sınmasına səbəb olur;

d) üzlüklərdə pərçim birləşmələrinin zəiflənməsi, yastıqların dağılması, ayırıcı linglərin vəziyyətinin normal olmamasına görə döyüntülərin və səslərin əmələ gəlməsi.

İlişmə muftası əsasən pedalın sərbəst gedişinə və sürüşmə momentinə görə diaqnostika edilir. Pedalın sərbəst gedişi yerini dəyişə bilən xətkeş vasitəsilə təyin olunur. Ilişmə muftasında sürüşmənin olmasını dinamometrik stenddə təyin edilir. Bunun üçün avtomobilin kardan valı stroboskopik lampa vasitəsilə (lampa alışdırma sisteminin elektrik dövrəsinə birləşdirilir) işıqlandırılır.Avtomobilin təkərləri stendin konstruksiyasında olan hyükləyici qurğu vasitəsilə tormozlanır.Əğər ilişmə muftasında sürüşmə yoxdursa, lampa ilə işıqlandırılan kardan valı tərpənməz görünür. Çünki o, mühərrikin dirsəkli valı ilə tamlıq təşkil edir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin