Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ baki döVLƏt rabiTƏ VƏ NƏQLİyyat kolleci



Yüklə 0,71 Mb.
səhifə50/52
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#108301
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   52
Nizamlayıcı relenin xarakterik nasazlığı gərginlik və cərəyan nizamlayıcılarında, əks cərəyan relesində nizamlamaların pozulmasıdır. Bunların da əsas səbəbi nüvə yaylarının gərilmələrinin və kontaktlar arasında araboşluğun dəyişməsidir. Gərginlik nizamlayıcısı dirsəkli valın yüksək dövrlər sayında, əks cərəyan relesi isə elektrik enerjisi sərf edicilərinin dövrəyə qoşulmuş vəziyyətində maksimum gərginliyə yoxlanılır.

Müasir avtomobillərdə titrəmə (vibrasiya) tipli və kontaktlı tranzmstorlu (kontaktsız) nizamlayıcı relelər istifadə edilir.

Titrəmə tipli nizamlayıcı relenin xarakterik nasazlığı nizamlamanın pozulmasıdır. Başqa sözlə desək, gərginlik nizamlayıcısının, cərəyan məhdudlaşdırıcısının və əks cərəyan relesinin vaxtında dövrəyə qoşulmaması və şəbəkədən ayrılmasıdır. Bu nasazlığın əsasə səbəbi lövbər yayının gərilməsinin, lövbərlə nüvə arasındakı araboşluğunun dəyişməsi, kontaktların bir-birinə “qaynaq olunması” və s.

Gərginlik nizamlayıcısı həmişə sabit saxlanılan gərginliyə, cərəyan məhdudlaşdırıcısı maksimum cərəyan gücünə, əks cərəyan relesi isə kontaktların qoşulma və ayrılma momentlərindəki maksimum gərginliyə görə yoxlanılır. Normadan fərqlənən göstəricilər alındıqda yayların gərilmələrini dəyişməklə nizamlama işləri aparılır.

Kontaktlı tranzistorlu nizamlayıcı relelər avtomobillərdə dəyişən cərəyanın generatorları ilə birlikdə istifadə edildikdə daha etibarlı işi təmin edir. Bunların əsas çatışmayan cəhəti kontaktların ayrılma anında onların arasında qığılcımın əmələ gəlməsidir. Bunun nəticəsində kontaktların oksidləşməsi yüksəlir, yeyilmə artır, generatorun iş rejimi pozulur. Digər tərəfdən burada da yaylardan istifadə edildiyi üçün tez-tez nizamlama işi tələb edilir. Lakin bunlara baxmayaraq kontaktlı tranzistorlu nizamlayıcı relelər yüksək iş stabilliyinə malikdirlər. Nizamlayıcı reledə nizamlama işləri apardıqdan sonra onun işləmə qabiliyyəti normal hala düşmürsə, onda rele dəyişdirilir.

Elektrik avadanlığının cihaz və qurğularının işləmə qabiliyyəti enerji sərfedicilərinin texniki vəziyyətindən çox asılıdır. Bunlara alışdırma və işə salma sistemləri, işıqlandırma qurğuları, nəzarət ölçü cihazları və s. elementlər daxildir.

Avtomobillərdə batareyalı (klassik) kontaktlı tranzistorlu və kontaktsız alışdırma sistemlərindən istifadə edilir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin