Mövzu 29: Sarğı və sarğı qoymaq haqqında anlayış Yaralar, qanaxmalar, qapalı zədələnmələr və sınıqlar haqqında ümumi anlayış
Sarğı və sarğı qoymaq haqqında anlayış. Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı adlanır. Sarğı materialı aşağıdakı kimi olmalıdır:
hidroskopik( nəmçəkən)
yardakı qanı və irini hopduran sarğı
tez qorumaq və asanlıqla sterləşmək xassələrinə malik sarğı
Əsas sarğı materialları aşağıdakılardan ibarətdir:
tənzifdən
ağ pambıqdan
ağac pambıqdan
ləçəkdən
Tənzifdən istifadə etməklə tabel sarğı vasitələri hazırlanır və aşağıdakılardan ibarətdir:
fərdi sarğı paketləri
müxtəlif ölçülü sterli və qeyri sterli bintlər
tənzif kürəciklər
tamponlar
yastıqçalar
tənzif dolaqları
Sarğı iki hissədən ibarətdir:
yaraya toxunan daxili hissədən
yaranın üstündə saxlanılan xarici hissədən
Sarğının növləri aşağıdakı kimidir:
tənzif, parça, sintetik material sarğılar
gips, nişasta sarğılar
müxtəlif materiallardan hazırlanmış şin sarğılar
sıxıcı sarğılar
yapışqan sarğılar
bint sarğılar
ləçək sarğılar
sapandvari sarğılar
Aseptika - cərrahiyə əməliyyatları, sarğı qoyma zamanı, yaralının və ya xəstənin yarasına, toxumalarına, orqanizminə infeksiya törədicilərinin düşməsinin qarşısını almağa yönəldilən tədbirlərə deyilir. Mikroblardan təmamilə təmizlənmiş materiallara, alətlərə, sarğı vasitələrinə steril əşyalar deyilir.
Mikrobların məhv edilməsi prosesi sterilizasiya adlanır.
Antiseptika - yaradakı, toxumdakı mikrobların məhv edilməsinə yönəldilmiş müalicə profilaktika tədbirlərə deyilir. Mikroblara məhvedici təsir göstərən çoxlu kimyəvi maddələr və dərmanlar, bioloji preparatlara antiseptika maddələr deyilir. Bunlar aşağıdakılardır:
yod cövhəri
tibbi spirt
xloramin
revanol
kalium-permanqanat
Mikrobları aşağıdakı şüalar məhv edə bilər:
- yüksək temperatur
- günəş şüaları
- ultrabənövşəyi şüalar
- ultrasəs.
Dostları ilə paylaş: |