Əsgərin sırada vəzifələri. Əsgərin sırada vəzifələri:
Öz sialhının, ona tapşırılan döyüş və digər texnikanın, döyüş sursatının, fərdi mühafizə vasitələrinin, qazma alətlərinin, hərbi geyim və ləvazimatın sazlığını yoxlasın
Saçını səliqəli qırxdırmış olsun
Hərbi geyimi səliqəli və düzgün, ləvazimatını düzgün taxıb gəzdirsin, yoldaşında gördüyü nöqsanları düzəltməyə kömək etsin
Sırada öz yerini bilsin, onu tez və təlaşsız tutmağı bacarsın, yeriş vaxtı düzlənməni, təyin edilmiş intervalı saxlasın, sıradan icazəsiz çıxmasın
Sırada icazəsiz danışmasın və tam sakitliyə riayət etsin, öz komandirlərinin əmr və sərəncamlarına diqqətli olsun, düzgün icra etsin
Müşahidəçi olanda sərəncamları, komandaları təhrifsiz, bərkdən və aydın ötürsün.
Mövzu 20: Silahsız və silahla sıra hərəkətləri üsulları. Sıra və yürüş addımları.(əməli). Silahsız hərbi salamın verilməsi qaydası. Sıradan çıxma və rəisə yaxınlaşma. (əməli)
Dostları ilə paylaş: |