Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 10. Kommersiya bankları və digər kredit təşkilatları



Yüklə 47,82 Kb.
səhifə10/12
tarix10.01.2022
ölçüsü47,82 Kb.
#108931
1   ...   4   5   6   7   8   9   10   11   12
Mövzu 10. Kommersiya bankları və digər kredit təşkilatları.

Banklar əsas iqtisadi institutlardır. Banklar haqqında yazarkən ilk növbədə onu qeyd etmək lazımdır ki, hələ ilk banklar orta əsrlərdə yaranmışdır. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir. Lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır. Beləliklə, ikipilləli bank sistemi yaradılmışdır. Bu sistemdə birinci pilləyə mərkəzi banklar, ikinci pilləyə isə, Kommersiya bankları və digər kredit institutları daxildir. Dünya bank sistemində ikinci pilləli banklar kimi Kommersiya bankları mühüm yer tutur. Əgər mərkəzi banklar bankların bankı olaraq banklara və hökümətə xidmət edirsə, Kommersiya bankları bilavasitə müştərilərə xidmət edir, onlarla işləyir. Ümumiyyətlə, Kommersiya bankları anlayışı bank işinin ilk yarandığı dövrlərdən istifadə olunmağa başlanmışdır. Əslində, “komimersiya” sözü “commerce” sözündən götürülüb, mənası «ticarət» deməkdir. Kommersiya bankları anlayışı Azərbaycan dilinə «ticari» banklar kimi tərcümə olunur. Hazırda ayrı-ayrı ölkələrdə Kommersiya banklarına müxtəlif çeşidli maliyyə-kredit institutları aid edilir. Onların ən başlıca fərqi isə, pul-emissiyası hüquqlarının olmamasıdır. Kommersiya bankları – sənaye və ticarət qurumlarına qısa müddətli kredit açmaq üzrə pul bazarında fəaliyyət göstərən banklardır. Kommersiya bankı--konkret fiziki və hüquqi şəxslərdən vəsaitlərin qaytarmaq və ödəmək şərti ilə cəlb edilməsi və yerləşdirilməsi üçün yaradılmış,həmçinin digər çoxlu bank əməliyyatlarını həyata keçirən universal kredit təşkilatıdır. Bütün Kommersiya banklarının bəlli 2 funksiyası vardır: borc almaq və borc vermək. Borc almaq çox zaman əmanət şəklində, borc vermək isə kredit şəklində ortaya çıxır. məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmıt göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Kommersiya banklarının fəaliyyəti ikili səciyyə daşıyır.Onlar kommersiya təşkilatı olmaqla yanaşı,həm də cəmiyyətin ictimai təsisatları kimi çıxış edir.Kommersiya təşkilatı kimi onlar maksimal mənfəət əldə etmək istiqamətində fəaliyyət göstərir.




Yüklə 47,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin