Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 5. Kommersiya banklarının aktiv əməliyyatları



Yüklə 47,82 Kb.
səhifə5/12
tarix10.01.2022
ölçüsü47,82 Kb.
#108931
1   2   3   4   5   6   7   8   9   ...   12
Mövzu 5. Kommersiya banklarının aktiv əməliyyatları

Hər bir ölkədə kommersiya banklari mövcud bank qanunvericiliyinin icazə verdiyi əməliyyatları icra edirlər. Ümumiyyətlə kommersiya bankları apardığı əməliyyatları 3 qrupa bölünür: 1) aktiv əməliyyatlar 2) passiv əməliyyatlar 3)vasitəçilik əməliyyatları.

Kommersiya banklarının aktiv əməliyyatları dedikdə, müəyyən gəlir almaq üçün öz vəsaitlərini və cəlb edilmiş vəsaitləri kredit formasında istifadə etməsi nəzərdə tutulur. Bu əməliyyat müştərilərə ssuda verərək, müəyyən müddətdən sonra faizlə birlikdə geri qaytarmaq yolu ilə həyata keçirilir. Aktiv əməliyyatlar vasitəsilə kommersiya bankları cəlb etdikləri vəsaitləri ehtiyacı olanlar arasında yerləşdirərək kreditor sifətində çıxış edirlər. Kommersiya bankları aktiv əməliyyatları yerinə yetirməyə məcburdur. Çünki bankların mənfəəti bu əməliyyatlardan asılıdır. Bankların həyata keçirdikləri aktiv əməliyyatlar aşağıdakı qruplara bölünür:


SXEM Bankların aktiv əməliyyatları
Hal-hazırda Azərbaycanda kommersiya banklarının gəlirli fəaliyyət göstərməsi onun aktiv əməliyyatlarının tərkib hissəsi olan kredit əməliyyatından asılıdır. Kredit əməliyyati pul vəsaitlərini müvəqqəti istifadə etmək üçün qaytarmalı və ödənilmək şərti ilə yerləşdirilməsində kreditor və debitor arasındakı münasibətdir.

Kapitalın dövranı zamanı sahibkarın əlində toplanan müvəqqəti sərbəst pul vəsaitləri istifadə olunmalıdır. İstehsal prosesində əsas kapital istehlak olunur, öz dəyərinin bir hissəsini yeni yaranmış əmtəənin üzərinə keçirir. Əmtəə satildiqdan sonra həmin hissə ayırmalar şəklində sahibkarın sərəncamina keçir. Dövriyyə kapitalının hərəkəti zamanı da müvəqqəti pul vəsaiti yaranır. Məsələrı, xammal, yanacaq, yardımçı material və s. istehsal prosesində öz dəyərini bir istehsal prosesində yeni yaradılmış əmtəənin üzərinə keçirir və onun dəyəri tədavüldən sonra pul şəklində sahibkarın əlində toplanır. Yeni xammal alana qədər həmin pul sahibkarın əlində sərbəst şəkildə qalır. Əgər bütün pul vəsaitləri istehsal vasitələri və xammal alınana qədər istifadəsiz sahibkarın kassalarında yatib qalarsa, o heç də mənfəət gətirə bilməz.




Yüklə 47,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin